DPU-da professor Nizami Xudiyevin 70 illik yubileyi qeyd edilib
Aprelin
10-da Azərbaycan Dövlət
Pedaqoji Universitetində
(ADPU) görkəmli dilçi-alim,
tanınmış ictimai-siyasi
xadim, filologiya fakültəsinin Azərbaycan
dilçiliyi kafedrasının
müdiri, professor, Əməkdar
elm xadimi Nizami Xudiyevin 70 illik yubileyinə və elmi-pedaqoji fəaliyyətinin
50 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mərasim iştirakçıları əvvəlcə professor N.Xudiyevin
əsərlərinin təqdim
edildiyi sərgi ilə tanış
olublar.
AZƏRTAC
xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov
professor N.Xudiyevin elmi-pedaqoji
fəaliyyətindən danışıb.
Rektor dövlətimizin
başçısının N.Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında
2019-cu il 4 aprel tarixli Sərəncamını
universitetin kollektivinə
verilən yüksək
qiymət kimi dəyərləndirib.
Qeyd olunub ki, N.Xudiyev
hələ pedaqoji institutda təhsil aldığı illərdə
“Nizami Gəncəvi” adına fərdi
təqaüdə layiq
görülüb. O, 1978-ci ildə namizədlik,
1990-cı ildə doktorluq
dissertasiyası müdafiə
edib, 1994-1996-cı illərdə
ADPU-nun rektoru olub. 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə
rəhbərlik edib.
Milli Məclisin deputatı olduğu dövrdə dövlət quruculuğu,
iqtisadi islahatlar, mədəniyyət və
təhsil sahəsində
qanun layihələrinin
müzakirəsində tutarlı
təklif və mülahizələri ilə
həmişə seçilib.
Dövlət, hökumət və
parlament nümayəndə
heyətlərinin tərkibində
dəfələrlə xarici
ölkələrdə respublikamızı
ləyaqətlə təmsil
edib.
Dövlət strukturunda məsul vəzifə tutduğu dövrdə də N.Xudiyev elmi fəaliyyətini davam etdirib, ədəbi dil sahəsində sanballı tədqiqatları
ilə Azərbaycan dilçilik elminin inkişafına töhfələr
verib. O, 60-dan çox
monoqrafiya, dərslik və dərs vəsaitinin, 50-dən artıq
sənədli televiziya
filminin ssenari müəllifidir. Elmi-kütləvi nəşrlərdə, qəzet
və jurnallarda 400-dən
çox elmi məqaləsi dərc edilib. Gərgin elmi araşdırmaların
məhsulu olan “Azərbaycan ədəbi dilinin təşəkkülü”,
“Òərñümə ədəbiyyatı
və ədəbi dilimiz”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan ədəbi dilinin sovet dövrü”, “Heydər Əliyev və Azərbaycan dili”, “Xalq və
dövlət naminə”,
“Yazıçı dili
və üslubu”,
“Radio, televiziya və ədəbi dil”, “Xalqın tarixi haqqı: dilimiz, varlığımız”, “Zamanın
axarı ilə”
(I-II), “Şəxsiyyət və
zaman”, “Uğurlu yolun layiqli davamçısı”,
“ҮÀÐ dünənin, bu günün, sabahın partiyasıdır” və digər fundamental əsərləri
N.Xudiyevin Azərbaycan
elminə sanballı və əvəzolunmaz töhfəsidir.
N.Xudiyev görkəmli dilçi-alim
Əbdüləzəl Dəmirçizadənin
110 illiyinə həsr
olunmuş “Professor Ə.Dəmirçizadə
dünyası” adlı
monoqrafiya hazırlayıb.
Görkəmli alimin bir sıra
kitab və məqalələri xarici ölkələrdə - İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə,
Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Qırğızıstan
və digər ölkələrdə nəşr
edilib. O, türkoloq-alim
kimi respublikamızda və xaricdə keçirilən türkoloji
tədbirlərin - qurultay,
beynəlxalq simpozium və elmi konfransların
nümayəndəsi olub
və bu mötəbər toplantılarda
elmi məruzələrlə
çıxış edib.
Alim Azərbaycan Respublikasının
ictimai-siyasi və mədəni həyatında
fəal iştirakına
görə orden və medallarla təltif edilib, bir çox beynəlxalq mükafatlara layiq görülüb.
Tədbirdə N.Xudiyevə 70 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin
50 illiyi münasibətilə
ADPU-nun fəxri fərmanı
təqdim olunub.
Filologiya
fakültəsinin Müasir
Azərbaycan dili kafedrasının müdiri,
professor Buludxan Xəlilovun “Professor Nizami Xudiyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti” mövzusunda
məruzəsi dinlənilib.
Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, N.Xudiyev
həm elm sahəsində,
həm də ideoloji işçi kimi öz missiyasını
layiqincə yerinə yetirib, Azərbaycanın ictimai və siyasi həyatında yaxından iştirak edib.
Sonra Ə.Əhmədov
yubilyara YAP adından hədiyyə təqdim edib.
Akademiklər İsa Həbibbəyli, Kamal Abdulla,
Nizami Cəfərov, Möhsün Nağısoylu,
AMEA-nın müxbir üzvü, professor Vəli
Əliyev, professorlar Zahid Xəlil, Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy çıxış edərək
N.Xudiyevin xeyirxah, nəcib, qayğıkeş
insan, dəyərli ziyalı, yorulmaz, fədakar alim, yüksək səviyyəli
peşəkar mütəxəssis,
bacarıqlı elm və
təhsil təşkilatçısı,
ölkəmizin ictimai-siyasi
həyatında fəal
iştirak edən əsl vətəndaş olduğunu, dövlətə
və dövlətçiliyə
sədaqətlə xidmət
etdiyini bildiriblər və ona uğurlar
arzulayıblar.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika
Komitəsi sədrinin
müavini Mirzə Cəfərzadə N.Xudiyevə
komitənin yubiley medalını təqdim edib.
Sonda N.Xudiyev
çıxış edərək
tədbirin təşkilatçılarına
minnətdarlığını bildirib və bundan sonra da xalqa, dövlətə sədaqətlə, vicdanla
xidmət edəcəyini
vurğulayıb.
Yubiley tədbiri
Azərbaycanın tanınmış
incəsənət ustalarının
konsert proqramı ilə davam edib.
Ceyhun Piriyev
İki sahil..- 2019.-11
aprel.- S.6