Həmkarlar İttifaqları
Konfederasiyasında əlillər,
müharibə veteranları
və şəhid ailələri ilə görüş
Həmkarlar
İttifaqları tərəfindən bir qrup aztəminatlı
ailəyə maddi yardımlar təqdim edilib
Avqustun
8-də Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində
əlillər, müharibə veteranları və şəhid
ailələri ilə görüşüb.
Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, AHİK sədri onları, eyni zamanda, xalqımızı
müqəddəs Qurban
bayramı münasibətilə
təbrik edib, hər birinin problemləri ilə maraqlanıb.
S.Möhbalıyev dövlətimizin Qarabağ
müharibəsi iştirakçılarına,
şəhid olmuş insanların ailə üzvlərinə, əlillərə,
eləcə də aztəminatlı ailələrə
göstərdiyi diqqət
və qayğıdan söhbət açıb.
Onların problemlərini,
iş, məişət
qayğılarını daim
diqqətdə saxlayan
dövlətimizin başçısı
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
bu sahəyə xüsusi diqqət yetirildiyini bildirib.
Aparılan genişmiqyaslı
islahatlar dövlətimizin
vətəndaşlara olan
diqqət və qayğısıdır, əhalinin
rifahının yaxşılaşdırılmasına
xidmət edir. Son dövrlərdə imzalanmış
sərəncamlar - minimum
aylıq əməkhaqqının
180 manatdan 250 manata çatdırılması, dövlət
qulluqçularının aylıq
vəzifə maaşlarının
orta hesabla 50 faiz artırılması, pensiyaların minimum məbləğinin 160 manatdan
200 manata qaldırılması,
hərbi və hüquq-mühafizə
orqanlarının xüsusi
rütbəli əməkdaşlarının
və mülki işçilərinin əməkhaqlarının
40 faiz yüksəldilməsi
bunun bariz nümunəsidir. Artım
eləcə də şəhid ailələrinə,
Qarabağ müharibəsi
əlillərinə verilən
müavinətlərdə özünü
göstərib. Bundan başqa ölkənin müxtəlif şəhər
və bölgələrində
bu insanlar üçün yüzdən
çox şəhərcik
salınıb. Təkcə
keçən il 5800-dən
çox məcburi köçkün ailəsinə
yeni evlər və mənzillər verilib. Bu göstərici
ondan əvvəlki illərdə verilən ev və mənzillərin
sayını üstələyib.
Bununla yanaşı, şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
üçün 620-dən çox mənzil təqdim edilib. Bu proses bundan
sonra da davam edəcək.
Sonra sədr
görüşdə iştirak
edən insanların müraciətlərini dinləyib,
öz təkliflərini
verib. Qarşılaşdıqları
problemlərin həllində
onlara müəyyən
imkan daxilində köməklik göstəriləcəyini
bildirib. Görüşdə
iştirak edənlər
Səttar Möhbalıyevə
öz minnətdarlıqlarını
bildiriblər.
Sonda tədbir
iştirakçılarının hər birinə maddi yardımlar təqdim edilib
İki sahil.- 2019.- 9
avqust.- S.7