Naxçıvan Beynəlxalq Hava Limanında nümunəvi xidmət təşkil olunub

 

Türkiyə üzərindən yeni hava dəhlizinin açılması muxtar respublikanın turizm imkanlarının daha da genişlənməsinə töhfə verəcək

 

 

 

Muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Naxçıvan Beynəlxalq Hava Limanını da əhatə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası artan yük sərnişindaşıma tələbatının ödənilməsinə, eləcə muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə şərait yaradacaq.

 

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava LimanındaAzərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin təşkilatçılığı ilə muxtar respublikanın hava nəqliyyatında nümunəvi xidmətin təşkili ilə bağlı keçirilən tədbirdə ətraflı danışılıb.

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov tədbirdə çıxış edərək bildirib ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə, beynəlxalq hava xətləri ilə isə Moskva İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Uçuşlar dünyada istismar olunan müasirtipli hava gəmiləri vasitəsilə yerinə yetirilir. Hava nəqliyyatının inkişafı hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.

 

Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən, avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb. Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcək, beynəlxalq reyslər həyata keçirilərkən vaxta yanacağa qənaət olunacaq”, – deyən Arif Məmmədov vurğulayıb ki, bütün bunlarla yanaşı, Türkiyə üzərindən yeni hava dəhlizinin açılması gələcəkdə yeni beynəlxalq reyslərin təşkilinə muxtar respublikanın turizm imkanlarının daha da genişlənməsinə töhfə verəcəkdir.

 

Sonra Azərbaycan Respublikası mülki aviasiyasının inkişafında uzunmüddətli məhsuldar fəaliyyətinə görə Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli mülki aviasiya sahəsinin fəxriŞərəf nişanı pul mükafatı ilə təltif edilib.

 

Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti İlham Əmirov Azərbaycan Respublikası Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Mənşur Gülməmmədlini bu münasibətlə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıblar.

 

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq edib.

 

İki sahil.- 23 avqust.- S.8