Njde-faşist əməkdaşlığına
dair ilginc faktlar...
Məlum
olduğu kimi, 2016-cı ildə İrəvanda erməni
faşizminin banisi Qaregin Njdeyə heykəl qoyulmuşdur. Bu
heykəlin açılışında Ermənistan dövlətinin rəhbərləri
də iştirak etmişlər.
Bu baxımdan, Hitler Reyxinin generalı
Njde kimi qaniçəni qəhrəman adlandırıb,
abidə ucaldan Ermənistanın rəhbərliyinin terroru dəstəkləməsi
təsadüfi deyil. İrəvanın mərkəzində
faşist cəlladı və satqın Qaregin Njde ləqəbi
ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasının terrora
dəstəkdən başqa anlamı ola bilməz. İkinci Dünya müharibəsi
zamanı alman faşizminə
xidmət etməklə minlərlə insanın qətlinə səbəb
olan Njde kimi satqınlar ermənilər
arasında istənilən qədərdir. Çünki
başqalarına yarınmaqla
məkrli siyasətlərini həyata keçirmək
xisləti ermənilərə genlərindən gələn
murdarlıqdır ki, əsrlər ötsə də
daşnaklara məxsus satqınlıq yeni keyfiyyətlər üzrə davam
edir. Qatili, terrorçunu heykəlləşdirmək, əbədiləşdirmək təşəbbüsü də bu
istəkdən irəli gəlir. İrəvanda bir meydana
Qaregin Njdenin adının verilməsi də faşizm ideologiyasına xidmətin əyani təzahürüdür.
Burada ilk erməni
respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər,
Njdenin 1930-cu illərdə “Tseğakron”(millətçi,
xristian və bütpərəst mistizminin irqçi birləşməsi)
adlı ideologiya yaratması qabardılır və guya Ermənistanı Sovet
İttifaqından ayırmaq üçün Hitlerin erməni
legionunun qurulmasında aktiv iştirak etməsi göstərilir. Bunun ardınca Njdeyə heykəl qoyulması onu
göstərir ki, irqçilik və faşizm bu ölkənin dövlət siyasətidir.
Dünyanın terrorçu hesab etdiyi şəxslər-
başda Andranik Ozanyan olmaqla Stepan Şaumyan, Dro, Njde, Varujan
Karapetyan, Monte Melkonyan, Vazgen Sarkisyan
kimi cəlladlar Ermənistanda qəhrəman hesab
olunurlar. Onlar özlərindən olmayanların fiziki məhvinə
çalışmış və bunu bir göz belə
qırpmadan, insanların halına acımadan həyata keçirmişlər. Qaregin Njde (Qaregin Ter- Arutyunyan) da belə
cinayətkarlardan biri olmuşdur. Onun
yaratdığı “Tsexakronizm” təlimi əslində erməni
faşizmidir. Faşizmin
təməl fəlsəfəsi olan Nasyonal Sosialist təlimdir.
Ermənistanın ilk milliyətçi
partiyalarından olan Daşnaksütyunun da simvolu faşizmin qəbul
etdiyi xəncərli xaçdır.
Dünya erməniliyinin
türklərə və azərbaycanlılara qarşı
davranışlarının təməlində Qaregin
Nıjdenin düşüncələri yer alır. Qaregin Njde bütün həyatı boyu türklərə
düşmən mövqedə olmuşdur. O, öncə
savaş meydanında türklərə divan tutmağa
çalışmışdır. Qəddarlıqda
Andranikdən geri qalmayan bu qatilin tökdüyü qanların
sayı-hesabı yoxdur. Xüsusən
1918-1920-ci illərdə Zəngəzurda, Göyçədə
törətdiyi qırğınlar, azərbaycanlıların
öldürülməsi və bu bölgədən
çıxarılması Njdenin “xidməti” idi. Törətdiyi cinayətlərə görə
mühakimə ediləcəyindən qorxub qaçan Njde bir
müddət İranda qalmışdır. 1922-ci ildə Təbrizdən dönərək
Sofiyada məskunlaşan Njde türklər əleyhinə ilk
yazılarını da bu tarixdən başlayaraq nəşr
etdirməyə başlamışdı. Məsələn,
“Lernhayastanın” ( Dağlıq Ermənistan),
“Qəhrəman müqaviməti” (Buxarest, 1923), “Gündəliyimdən
səhifələr” (Qahirə, 1924), “Övladların
atalarına qarşı mübarizəsi” (Selanik, 1927) və
s. kitablarında
o, faşist təməlli “Tsexakronizm” təliminin
konturlarını müəyyən etmişdi. Həmin dövrdə və daha
sonrakı illərdə Njde daşnaklar tərəfindən buraxılan “Hayastan” (Plovdiv),
“Araks” (Sofiya), “Azatamart” (Paris)
kimi müxtəlif jurnal və qəzetlərdə aktiv
rol almışdı. Bütün yazılarının tək
hədəfi türklər və Türkiyə, tək məqsədi
də xarici ölkələrə dağılmış ermənilərdə
türklərə və Türkiyəyə, Azərbaycana
qarşı genetik bir nifrət aşılamaq idi.
Nasistlərlə ermənilər, özəlliklə daşnaklar arasındakı əməkdaşlığın
ideoloji zəmini də 1930-cu illərdə qoyulmuşdu.
Almaniyanın o zamankı işğal edilmiş şərq
bölgələri naziri Alfred Rozenberq 1926-1936-cu illərdə
Şərqşünaslıq İnstitutunun rəhbəri olan
Dr. Artaşes Abegyana ermənilərin antropologiyasını və
tarixini araşdırmaq üçün bir komitə qurmağı
tapşırmışdı. Təbii ki, bu
fürsəti ermənilər əla dəyərləndirmişdilər. Dərhal hesabat verilmişdi ki, guya onlar almanlarla
eyni irqdən gəlirlər. Komitənin 1934-cü ildə
qurulmasından beş ay sonra Rozenberq Hitlerə ermənilərin almanlarla eyni irqdən-ari irqdən
gəldiyini göstərən bir hesabat təqdim etmişdi.
Bu arada, faşist erməni gənclik təşkilatları
da qurulmuşdu. Bolqarıstan və Rumıniyada erməni milliyyətçi
təşkilatı
olan “Tsexakron”un üzvlərindən ibarət
döyüşçü qruplar, hərbi birliklər
yaradılmışdı. O illərdə
“Tsexakron” dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa
çağırırdı. Bir çox
tarixçinin bu təşkilatı ermənilərin
“Hitlerjugend”i olaraq xarakterizə etməsi çox doğru
yanaşmadır. Bu işdə almanlara
yaxın olan ikinci bir qeyri-alman təşkilatı
olmamışdı.
I Dünya müharibəsi
zamanı və ondan sonra Türkiyəyə
qarşı döyüşən və müsəlman əhaliyə divan tutan general Drastamat Kanayan (Dro) da 15 dekabr 1942-ci
ildə faşistlərin nəzarəti altında olan Erməni
Milli Komitəsini qurmuşdu. Bu komitənin məqsədi Avropadakı erməniləri
alman iqtidarında təmsil etmək idi. Bu komitə II Dünya Müharibəsi
zamanı ermənilərin SSRİ əleyhdarı və alman tərəfdarı
təbliğatının mərkəzi oldu. 1944-cü ilin fevralında
Rozenberqin əmri ilə Birləşmiş Erməni Qərargahı
da quruldu. 1943-cü ilin aprelin sonunda erməni hərbi qrupu müstəqil
status qazandı. Qrupun başında Dronun köməkçisi
Kuro (Nikolay Tarxanyan),
dururdu, qrupun qərargah rəisi isə Tiqran Bağdasaryan idi. Kəşfiyyat
və təxribat hərəkətlərilə bağlı məsuliyyəti
Misak Torlakyan
öz boynuna
götürmüşdü. “AG-114” casus qrupu da
daşnak Ermənistanının (1918-1920) keçmiş
ordusunun mənsublarından ibarət idi.
Daşnakların nasistlərə əhəmiyyətli xidmətlərindən
biri də Sovet arxa cəbhəsində
və işğal bölgələrində təbliğat fəaliyyətləri
idi. Bu qrupların birinin başında məşhur
daşnak lideri Seton Celalyanın SS zabiti olan oğlu Nikolay
Gevorkyan (doktor Sikorskiy, Gevorkov) dururdu. Onlar işğal
bölgələrində erməni əhalinin arasına agentlərini
yerləşdirərək kəşfiyyat fəaliyyəti
göstərirdilər. Almanlara görə ermənilər
millət olaraq kəşfiyyatçılığı
yaxşı bacarırdılar.
Bütün Qafqazda almanlar onların verdiyi
məlumatlardan yararlanırdılar. Yəhudilərin
aşkar edilməsində və almanlara təhvil verilməsində
ermənilərin çox böyük xidməti olmuşdu. Bu erməni agentləri əsirləri də testdən
keçirərək yəhudi olduğunu belə təsbit
etmişlər. Özünü erməni kimi təqdim edən
və bununla ölümdən xilas olmaq istəyən yəhudi
əsirə ermənicə kitab və ya “İncil”i verərək gerçək milliyyətələrini
öyrənir və onların erməni
olmadığını və yəhudi olduğunu bildirirdilər.
15 dekabr
1942-ci ildə Njde almanların yaratdığı “Erməni
Milli Şurası”nın 7 üzvündən
biri idi. Dro və Njdenin başçılıq
etdikləri erməni hərbi birləşmələri
Krım yarımadasının işğalında və
Qafqazdakı döyüşlərdə iştirak etmişdilər. Erməni
döyüşçülər özlərini “Dromedarçılar”
adlandırırdılar , yeni tip bir alman
uniforması geyinirdilər. Silahları isə
qarışıq idi (alman və sovet istehsalı).
Generalından əsgərinə qədər bu qrupda iştirak edən hər
erməni, hərbi formasının
sağ qolunda Daşnak Respublikasının üç rəngilə
“Armenien” yazısı olan bir gerb daşımaq məcburiyyətində
idi. Əvvəllərdə daşnak legioner gerblərində Ararat -Ağrı Dağı
fiqurunu və ya Daşnak Ermənistanının dövlət
simvolunu da istifadə edirdilər. Ermənilər
üçün xüsusi məktəblər qurmuşdular.
Bu məktəblərdə uşaqlara 3-cü
Reyxin himayəsində qurulacaq “Böyük Ermənistan”ın
təbliğatını aparırdılar. Erməni təşkilatı EMK üzvləri alman
işğalı altında olan Krımda çox fəal idilər.
Erməni Komitəsinin
fəaliyyəti Krımın alman rəhbərliyi tərəfindən
də dəstəklənirdi. Yalnız ermənilərin,
almanların ailələrinin gedə biləcəyi kafelər,
restoranlar açmışdılar, yalnız ermənilərin
gedə bildiyi xəstəxanalar qurmuşdular.
Komitə digər tərəfdən faşist -alman
ordularının ehtiyacları və erməni
könüllü birlikləri üçün erməni əhalidən
kömək də toplayırdı. Bu sahədə heç bir problem
olmurdu, çünki
bütün erməni əhali də almanları dəstəkləyirdi.
Bu, onu gçstərirdi ki, ermənilər kim
güclüdürsə onun yanında olmaq xasiyyətini dəyişməmişdilər. Dərhal təşkilatlanarak
işlərinə yarayırsa “şeytanı belə
müdafiə etmələri”ni
yazan müəlliflər yanılmırdılar.
Sovet
ordusu Bolqarıstana girəndə Njde
müharibənin sonunun
yaxınlaşdığını görüb özünə
yeni müttəfiqlər axtarmış və Sovet generalı
Tobluxinə məktubla müraciət edərək
yaltaqlanmışdı. Məktubunda o, özünə bəraət
almaq məqsədilə nasistlərlə yalnız onların
Türkiyəyə müharibə elan edəcəyinə
inandığı üçün əməkdaşlıq
etdiyini iddia edirdi və yenə də Sovet
İttifaqının Türkiyəyə müharibə elan etməsinin
zəruri olduğunu bildirir, özünün isə bu işdə
SSRİ ordusuna istənilən yardımı edəcəyinə
söz verirdi. Lakin Sovet hərbi əks-kəşviyyatı onu
həbs edərək Moskvaya göndərmişdi
. Bir müddət Dövlət Təhlükəsizlik
Nazirliyinin həbsxanasında saxlandıqdan sonra Njde mühakimə
edilməsi üçün İrəvana gətirilmişdi.
Məhkəmə zamanı Qaregin Njde antisovet fəaliyyətində
və kütləvi qətlləri təşkil etməkdə
günahkar bilinmiş və 25 illik həbs cəzasına məhkum
olunmuş və həbsxanada da cəhənnəmə vasil
olmuşdu.
Alman
faşistlərinin “Yeni nizam” anlayışı ilə Njdenin
“Tsexakron”u arasında
bənzərliklər mövcuddur. Hitlerin “İrq
dövləti” anlayışı Ermənistanda da eyni anlama gəlir.
İndi Ermənistanda beləbir adama heykəl
qoyulması, onun haqqında filmlər çəkilməsi,
kitablar yazılması o deməkdir ki, faşizm bu ölkədə
hələ də tüğyan edir. Bu da xüsusi qeyd olunmalıdır ki, Almaniya Bundestaqının qondarma erməni
iddiası olan “erməni soyqırımı”nı qəbul etməsi
də təsadüfi hal hesab edilməməlidir...
Onu da qeyd
edək ki, 1941-1945-ci illərin “Böyük Vətən
müharibəsi ensiklopediyası” da
Njde ilə bağlı məqamları diqqətə
çatdırdı: “Əks-kəşfiyyatçılar
114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində
daşnak ordusunun keçmiş generalı, almanların
yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir
Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində
o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan
30-dan çox agent cəlb edib, onların təxribat
hazırlığında və pozucu fəaliyyət
üçün Qızıl Ordunun arxa cəbhəsinə
atılmasında iştirak edib. SMERŞ
qrupunun əməkdaşları olan 17 təxribatçı
saxlanılıb, qalanları barədə axtarış elan
edilib. Njde həm də Avropanın yəhudi
əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı
döyüşən erməni legionu təşkil edib.
Yeri gəlmişkən, Njdenin əsas şüarı belə
idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak
olur”.” Başqa şərhə ehtiyac yoxdur.
İki sahil.- 2019.-17 dekabr.- S.13
Yaqut Ağaşahqızı
Samirə Tağıyeva