“Azəri-Çıraq-Günəşli
– 25” kitabı ictimaiyyətə
təqdim olunub
BP və
onun “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindəki
tərəfdaşları dekabrın 16-da Azərbaycanın
yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını
özündə əks etdirən kitabın təqdimatını
keçirib. Kitab 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin 25-ci ildönümü
münasibətilə dərc
edilib və AÇG səhmdarlarının Azərbaycanın
yeni tarixindəki bu əlamətdar hadisənin qeyd olunmasına töhfəsidir.
AZƏRTAC xəbər
verir ki, kitabın təqdimat mərasimində çıxış
edən “BP Azerbaijan” şirkətinin əlaqələr,
xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azəri-Çıraq-Günəşli” layihəsinin əhəmiyyətindən
və onun Azərbaycanın iqtisadi inkişafındakı rolundan
söz açıb.
Qeyd edib ki, 25 il
əvvəl “Xəzər
dənizinin Azərbaycan
sektorunda “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunun birgə işlənməsi
və neft hasilatının pay bölgüsü haqqında”
Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış
neft şirkətləri
arasında imzalanan müqavilə sonradan
“Əsrin müqaviləsi”
adını alıb. Bununla da müstəqil
dövlətimizin neft
strategiyası və doktrinasının əsası
qoyulub.
B.Aslanbəyli diqqətə çatdırıb
ki, bu vaxtadək
AÇG yataqlar blokundan
3,6 milyard barrel neft hasil olunub.
“Azəri-Çıraq-Günəşli”
blokunda ilk neftin çıxarıldığı
gündən ötən
müddətdə həyata
keçirilən kompleks
tədbirlər hasilatın
sürətli templərlə
inkişafına güclü
təkan verib. Belə ki, son
25 ildə ölkəmizdə
illik neft hasilatı 4 dəfədən
çox artaraq iqtisadiyyatın bütün
sahələrində böyük
canlanmaya səbəb olub, yeni iş
yerləri yaradılıb,
respublikaya investisiya axını güclənib.
BP-nin rəsmisi
kitabla bağlı fikirlərini də bölüşüb. Qeyd edib
ki, jurnalist İlham Şabanın müəllifi olduğu “Azəri-Çıraq-Günəşli – 25” kitabı AÇG yataqları
haqqında etibarlı
informasiya mənbəyi
olacaq: “Ötən 25 il ərzində AÇG haqqında məlumatlar Azərbaycanda və xaricdə dərc edilib, neft sənayesi
ilə bağlı, demək olar ki, bütün nəşrlərdə öz əksini
tapıb, amma ilk dəfədir ki, bu möhtəşəm
uğur hekayəsinin bütün aspektləri bir kitabda toplanıb.
1994-cü ildən bu vaxtadək əldə olunmuş nailiyyətlər
ölkəmiz, Azərbaycan
xalqı və regiondakı digər dövlətlər, BP və
AÇG müqaviləsindəki digər
tərəfdaş şirkətlər
üçün, layihədə
işləmiş və
işləməyə davam
edən minlərlə
yerli əməkdaş,
eləcə də layihəyə cəlb edilmiş yüzlərlə
Azərbaycan şirkəti
üçün müstəsna
əhəmiyyət kəsb
edib. Bu nəşri dəstəkləməklə
biz - BP və
AÇG-dəki tərəfdaşlarımız
həmin müqavilənin
bizim həyatımızda
və bütün ölkənin inkişafına
gətirib çıxarmış
hər bir sahədə oynadığı
mühüm rolu bir daha vurğulamaq
istəmişik”.
SOCAR-ın kadr,
rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov “Əsrin müqaviləsi”nin
imzalanmasının Azərbaycana
verdiyi töhfələrdən
danışıb. Vurğulayıb
ki, Azərbaycanın sosial-iqtisadi inkişafı
“Əsrin müqaviləsi”nin
imzalanmasından başlayıb.
Həmin dövrdən
etibarən Bakıda,
o cümlədən respublikanın
bütün regionlarında
böyük dəyişikliklər
baş verib, şəhər və kəndlərimiz gözəlləşib,
işsizlik minimuma endirilib.
O, kitabın Azərbaycan ictimaiyyəti
üçün əhəmiyyətini
xüsusi qeyd edib.
Məlumat verilib
ki, kitab 500 nüsxədə dərc edilib və bu nüsxələrin hamısı universitetlərə,
tədqiqatçılara, kitabxanalara
və biznes icmasının üzvlərinə
təqdim olunacaq.
İki sahil.-
2019.- 17 dekabr.- S.6