Corat məktəbinin 120 illik yubileyi qeyd olunub
Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən
7 nömrəli tam orta
məktəb 120 illik yubileyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, bayram
tədbirində şəhər
rəhbərliyi, Təhsil
Nazirliyinin və şəhər təhsil ictimaiyyətinin nümayəndələri,
məktəbin məzunları
və qəsəbə
sakinləri iştirak
ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət
himni səsləndirilib. Məktəbin tarixindən bəhs edən film nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
Zakir Fərəcov əlamətdar gün münasibəti ilə məktəbin müəllim
və şagird kollektivini təbrik edib, onlara bundan
sonrakı fəaliyyətlərində
daha böyük müvəffəqiyyətlər arzulayıb. O, Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi
diqqət və qayğının nəticə
etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki
bazasının daha da
möhkəmlənməsi ilə
nəticələndiyini vurğulayıb.
Qeyd olunub ki, hazırda
Prezident İlham Əliyevin imzaladığı
Sərəncama əsasən
Sumqayıtda 9 nömrəli
tam orta məktəbin
1176 şagird yerlik yeni binası tikilir, 1 nömrəli şəhər tam orta məktəbi üçün
1800 şagird yerlik yeni binanın tikintisi işlərinə
isə yaxın zamanlarda başlanacaq.
Təhsil
Nazirliyinin əməkdaşı
Firidun Həmzəyev təbriklərə qoşularaq,
Corat qəsəbəsində
120 il öncə
fəaliyyətə başlayan
təhsil müəssisəsinin
böyük inkişaf
yolu keçdiyini, məktəbin tədris nailiyyətlərinin son illərdə
daha da artığını
qeyd edib. O, Corat məktəbinin yetirmələri sırasında
adları təhsil,
elm və mədəniyyət
tarixlərinə həkk
olunmuş tanınmış
ziyalıların az olmadığını
bildirib.
Qeyd edək
ki, tədris ocağının hazırkı
binası 1990-cı ildə
tikilib. Mindən çox şagirdi
olan məktəbdə
tədris bir növbəlidir, şagirdlərin
təlim-tərbiyəsi ilə
90 pedaqoji işçi
məşğul olur.
Məktəbdə sinif otaqları,
fənn kabinetləri ən müasir tələblər səviyyəsində
qurulub. Şagirdlərin nəzəri biliklərini
laboratoriyalarda tətbiq
etmələri üçün
yeni avadanlıqlar quraşdırılıb. Kompüter otaqları, zəngin kitabxana, məktəbin tarixi guşəsi, tarix muzeyi şagirdlərin
ixtiyarına verilib.
Yubiley tədbiri
şagirdlərin hazırladığı
ədəbi-bədii kompozisiya
ilə davam edib. Vətənpərvərlik, təhsil və
məktəb həyatından
bəhs edən müxtəlif şeirlər,
mahnılar səslənib.
Bayram tədbirinə incəsənət
ustaları da qatılıb.
Sonda məktəbin
pedaqoji kollektivinin bir sıra üzvlərinə
və Corat qəsəbə sakinlərinə
səmərəli fəaliyyətlərinə
görə Sumqayıt
Şəhər İcra
Hakimiyyətinin fəxri
fərmanları təqdim
olunub.
İki
sahil.-2019.- 20 dekabr.-
S.22