Uşaqların əl işlərindən
ibarət sərgi-satış
Yeni Azərbaycan Partiyası
(YAP) Nizami rayon təşkilatının qərargahında
Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xüsüsi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım”
İctimai Birliyi tərəfindənn reallaşdırılan
“Xüsusi qayğıya ehtiyacı olan yaradıcı gənclərin
cəmiyyətə tanıdılması
məqsədilə onların
sərgilərinin təşkili”
layihəsi çərçivəsində
xüsusi qayğıya
ehtiyacı olan uşaqların əl işlərindən ibarət
sərgi-satış təşkil
edilib.
SİA-ya daxil olan məlumata
görə, iki gün davam etmiş sərginin açılış mərasimində
çıxış edən
“Xüsusi qayğıya
ehtiyacı olan uşaqlara və onların ailələrinə
yardım” İctimai Birliyinin sədri Vüsalə Kərimova, Nizami rayon İcra
Hakimiyyəti başçısının
müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları deyiblər ki, keçirilən bu layihədə əsas məqsəd uşaqların
faydalı əməyə
cəlb edilməsi, həyat bacarıqlarının
inkişaf etdirilməsi
və onların cəmiyyətə inteqrasiyasıdır. Çıxışçılar
bu gün Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həyata
keçirilən işlərdən,
I Vitse-prezident, Heydər
Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu sahədəki fəaliyyətindən,
əldə olunan
nəticələrdən və
nailiyyətlərdən danışıblar/
Çıxışlardan sonra xüsusi qayğıya ehtiyacı olan balacaların ifa etdikləri rəqslər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.
Sonra sərgiyə
baxış keçirilib.
Qeyd edək
ki, əl işlərinin satışından
əldə olunan vəsait xüsusi qayğıya ehtiyacı olan uşaqların ehtiyacları üçün
sərf ediləcək.
İki
sahil .- 2019.- 6 fevral.- S.8.