Azərbaycanın yeni brendi dünya bazarına çıxmağa hazırlaşır

Son illər Azərbaycanda qeyri-neft sahəsinin inkişafında xüsusi canlanma müşahidə olunmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin bu sahənin inkişafı istiqamətində zamanında düzgün tapşırıqlar verməsi, islahatların ardıcıl həyata keçirilməsi nəticəsində regionlarda istehsal müəssisələrinin yaradılması, sahibkarlara ciddi dəstək verilməsi, əkinə yararlı torpaqlardan maksimum istifadə kompleks xarakter alıb. Regionlarda icra olunan belə işlər nəticəsində əldə onunan müxtəlif növ məhsullar isə daxili bazarlarla yanaşı, xarici bazarlarda daMade in Azerbaijanbrendi altında uğurla satılmaqdadır.

 

Yaxın günlərdəMade in Azerbaijanadı altında xarici bazara çıxmağa hazırlaşan brendlərə “ASK Şəki Şərabşirkətinin məhsulları da əlavə olunacaq. Bu barədə mətbuata açıqlama verən şirkətin direktoru Vidadi Həsənov bildirib ki, “Bouquet ShekiAskonabrendləri altında Azərbaycanda yığılmışRkatsiteli”, “Saperavi”, “Mədrəsə”, “Muskat”, “ŞardoneMerlokimi üzüm sortlarından şərablar istehsal olunacaq: “Bu yüksək keyfiyyətli şərablar tamamilə Azərbaycan istehsallıdır, Avropa texnologiyalarına uyğun hazırlanıb. Yerli bazarla yanaşı, Belçika, Çin Qazaxıstana da şərab ixracını təşkil etməyi planlaşdırırıq. Artıq nümunə üçün göndərdiyimiz məhsullarımız yüksək qiymət alıb. Bu ölkələrdən olan şirkətlərlə müqavilə bağlamağı planlaşdırırıq”.

 

Göründüyü kimi, “Made in Azerbaijanbrendi ilə ixrac məhsullarının say çeşidi günü-gündən artır, dünyada şöhrət qazanır. Hazırda qeyri-neft məhsulları ixrac edən 70-dan çox şirkətin 500-ə yaxın çeşiddə məhsulu dünya bazarlarına çıxarılır. Ən maraqlısı odur ki, dünya bazarında Azərbaycanın brend mallarına təlabat hər il daha da artmaqdadır. Artıq müəyyən xarici firmalar birbaşa Azərbaycanın istehsal müəssisələrinə gələrək istehsal potensialı ilə maraqlanır məhsulu öz mənbəyindən alırlar.

 

Yuxarıda da qeyd etdiyimiz kimi, bu sahədə dövlətin sahibkarlara ciddi daimi dəstəyi var. Eyni zamanda istehsal olunan məhsulları istehsalçıların rahat sata bilmələri üçün dövlət öz köməyini əsirgəmir. Sahibkarlara kömək məqsədilə ixrac ediləcək məhsulları dünya bazarına çıxarmaq sifarişləri qəbul etmək üçün dövlət tərəfindənAzeksportadlı internet alış-veriş portalı da fəaliyyət göstərir. İki xarici dildə fəaliyyət göstərən portala dünyanın istənilən yerindən daxil olmaqla məhsullar barədə ətraflı məlumat almaq mümkündür.

 

Taleh Bağırov

İki sahil.- 2019.- 9 fevral.- S.12