Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti: 7 il xidmətdə
13
fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yaranması günüdür. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13
fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti yaradılıb.
AZƏRTAC
bu qurumun ötən yeddi il ərzindəki fəaliyyəti ilə
bağlı Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rəisi, general-leytenant Arzu Rəhimovun məqaləsini təqdim
edir.
Azərbaycanın
müstəqillik illərində qazandığı ən
böyük nailiyyətlərdən biri də qüdrətli
Orduya sahib olmasıdır. 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz
Azərbaycan Silahlı Qüvvələrinin döyüş
qabiliyyəti Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə daha
da artır. Azərbaycan Ordusunun yaradılmasının 100
illik yubileyi münasibətilə Bakıda, Azadlıq
meydanında keçirilən təntənəli hərbi
parad, eləcə də sentyabrın 15-də Bakı şəhərinin
işğaldan azad edilməsinin 100 illiyinə həsr
olunmuş parad Milli Ordumuzun qüdrətini bir daha göz
önünə gətirdi, müstəqil Azərbaycanın
dünyanın ən müasir və güclü Orduya sahib
olduğunu göstərdi. Prezident İlham Əliyev Ordumuzun
döyüş qabiliyyətinin artırılmasını,
Silahlı Qüvvələrin maddi-texniki bazasının
möhkəmləndirilməsini hər zaman diqqət mərkəzində
saxlayır. Bu diqqətin nəticəsidir ki, indi Azərbaycan
Silahlı Qüvvələri dünyanın ən qüdrətli
50 ordusu sırasındadır və hər an istənilən vəzifəni
icra edə bilər. Milli Ordumuzun möhtəşəm qələbələri
də bunu sübut edir. 2016-cı ilin aprelində Ermənistanın
növbəti hərbi təxribatı ilə üzləşən
Ordumuzun əks-hücuma keçərək Ağdərə,
Cəbrayıl, Füzuli rayonlarının iki min hektar ərazisini
işğaldan azad etməsi, 2018-ci ilin mayında isə
Naxçıvan Muxtar Respublikasının 11 min hektardan
çox ərazisini düşmən nəzarətindən
çıxarması deyilənləri bir daha təsdiqləyir.
Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında Prezident İlham Əliyev bu faktı xüsusi
vurğuladı: “Uğurlu Naxçıvan əməliyyatı
nəticəsində biz 11 min hektar torpağa tam nəzarət
edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə
edilmiş yüksəkliklər strateji xarakter
daşıyır. Bu yüksəkliklər Ermənistanı
Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət
etmək üçün bizə imkan yaradır. Yəni, bu
hadisə – Naxçıvan əməliyyatı bir daha onu
göstərir ki, Azərbaycan xalqı və dövləti
heç vaxt işğalla barışmayacaq və öz ərazi
bütövlüyünü istənilən yolla bərpa edəcək.
Sadəcə, danışıqlara ümid olduğu
üçün biz danışıqlar yolunu, hələ ki, əsas
vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi
gücümüzü də artırırıq.
Döyüş qabiliyyətimizlə bağlı keçən
il aparılan işlər, əlbəttə ki, çox
yüksək qiymətə layiqdir”.
Ümumiyyətlə,
2018-ci il ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni
həyatındakı hadisələrin əhəmiyyəti və
zənginliyi baxımından da uğurlu il kimi səciyyələndirilməlidir.
Çünki ötən il respublikamızın hərtərəfli,
dinamik inkişafı təmin olunub, ölkə
qarşısında duran bütün vəzifələr
müvəffəqiyyətlə icra edilib, 2019-cu və gələcək
illərin iqtisadi inkişafının təməli qoyulub.
İqtisadi inkişaf və demokratikləşmə xəttini
milli inkişafın dəyişməz formulu kimi önə
çəkən ulu öndər Heydər Əliyevin layiqli
davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizin
qlobal siyasi arenada nüfuzunun daha da artmasını, regional və
beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə
çevrilməsini təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan kompleks islahatlar ölkəmizə
“dünyada ən islahatçı” ölkə imici
qazandırıb, həmçinin onu davamlı və
tarazlaşdırılmış iqtisadi inkişafa
çatdırıb.
Azərbaycanın
2003-cü ildən başlayan inkişaf mərhələsi
yeni hədəflərlə müşayiət olunur. Bunu həm
iqtisadi vəzifələrin uğurla yerinə yetirilməsi, həm
yeni inkişaf istiqamətlərinin müəyyən edilməsi,
həm də dəyişən daxili və beynəlxalq iqtisadi
mühit şərtləndirir. Ölkəmizdə Prezident
İlham Əliyevin təşəbbüsü və bilavasitə
rəhbərliyi ilə islahatlar konsepsiyası hazırlanaraq
ardıcıl surətdə həyata keçirilir. Prosesin
vüsətini, miqyasını, prioritetləri, hədəf
olaraq seçilən vəzifələrin əhəmiyyətini
nəzərə alaraq onu böyük əminliklə
islahatların növbəti dalğası hesab etmək olar. Bu
isə Azərbaycanın davamlı və dayanıqlı
inkişafının məntiqi davamı olub, onun yeni fazaya
daxil olması məqsədlərinə xidmət edir.
Azərbaycanı
dünyada baş verən kataklizmlərdən böyük
müvəffəqiyyətlə çıxarmağı
bacaran cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də
keçirilmiş prezident seçkilərində seçicilərin
mütləq əksəriyyətinin səsini qazanaraq yenidən
Azərbaycan Respublikasının Prezidenti seçilməsi
ölkə rəhbəri kimi fəaliyyətinin əvvəlki
dövrlərində qazandığı hərtərəfli
nailiyyətlərin məntiqi nəticəsi, xalqının
onun fəaliyyətinə verdiyi yüksək qiymət, ona
ümumxalq məhəbbətinin daha bir bariz nümunəsi
idi. Heç şübhəsiz, Prezident İlham Əliyevin
inkişaf və quruculuq siyasəti bundan sonra da ölkəmizə
daha böyük nailiyyətlər qazandıracaq.
Dövlətimizin
başçısı öz çıxışlarında dəfələrlə
bəyan edib ki, həyata keçirilən siyasətin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Sosial istiqamət
indi də prioritetdir və dünyada yaşanan iqtisadi tənəzzülün
Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi
üçün lazımi preventiv addımlar atılır.
Möhtərəm Prezidentimiz çıxışında qeyd
etmişdir ki: “2018-ci il ölkəmiz üçün
uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə
gedən proseslərdən asılı olmayaraq, Azərbaycan
uğurla, sürətlə inkişaf etmişdir. Keçən
ilin əvvəlində qarşımıza qoyduğumuz
bütün vəzifələr icra olunmuşdur, ölkəmizin
hərtərəfli dinamik inkişafı təmin
edilmişdir. Bildiyiniz kimi, keçən il dünyanın
müxtəlif bölgələrində, o cümlədən
bizim bölgəmizdə çox xoşagəlməz proseslər
gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki
illərdə başlanmış münaqişələr,
qanlı toqquşmalar davam edir, bir çox yerlərdə
sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət
alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın
uğurları özünü daha da qabarıq şəkildə
büruzə verir. Azərbaycan inkişaf, tərəqqi,
sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən
proseslərdən asılı olmayaraq Azərbaycan öz
müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir
və gedəcək”.
Büdcə
xərclərinin davamlı olaraq artdığı istiqamətlərdən
biri də müdafiə və təhlükəsizlik sahəsidir.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında baş verən
yeni keyfiyyət dəyişiklikləri fonunda, ilk növbədə,
ölkəmizin müdafiə potensialının qüdrətlənməsi
daha aydın görünür. İqtisadiyyatın güclənməsi
hərbi imkanların artması üçün geniş
imkanlar açır. Çünki iqtisadiyyatı güclü
olan dövlətin ordusunun güclü olması
qaçılmaz zərurətdir. Ölkəmizdə baş
verən sürətli inkişaf Silahlı Qüvvələrimizin
güclənməsinə və modernləşməsinə
özünün müsbət təsirini göstərdi.
Bu
nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılmış genişmiqyaslı islahatların nəticəsində
qazanılıb. Dövlətimizin başçısı
infrastruktur və insan kapitalını inkişaf etdirməklə
Azərbaycanın dünyadakı mövqelərinin gücləndirilməsini,
struktur islahatları aparmaqla ölkənin tarazlı
inkişafını təmin edir.
Ölkəmizdə
aparılan islahatların tərkib hissəsi olaraq Prezident
İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə
yaradılmış Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətində
də istər idarəetmə mexanizminin təkmilləşdirilməsi,
istər qanunvericilik, istərsə də onun tətbiqi ilə
bağlı dövlət tərəfindən bir sıra ciddi
addımlar atılıb. Çağırış və səfərbərlik
resurslarını tənzimləyən mükəmməl
mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər
görülüb.
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti müstəqil mərkəzi
icra hakimiyyəti orqanı kimi bir növ Silahlı Qüvvələrlə
cəmiyyət arasında körpü rolunu oynayır və 7
ildir ki, bu vəzifələri müvəffəqiyyətlə
icra etməklə dövlətin və vətəndaşların
xidmətindədir.
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin qarşısına vətəndaşların
hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli
həqiqi hərbi xidmətə çağırışaqədərki
hazırlığı, həqiqi hərbi xidmətə
çağırışı, ehtiyatda xidmət keçməsi,
səfərbərlik hazırlığı və səfərbərlik
üzrə çağırışı, xüsusi hərbi
ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin
sülh dövründə
çağırışçılarla, səfərbərlik
zamanı və müharibə dövründə hərbi vəzifəlilər
və hərbi-nəqliyyat vasitələri ilə, eləcə
də mülki heyət vəzifələrində işləmək
üçün vətəndaşlarla komplektləşdirilməsi
sahələrində dövlət siyasətinin və tənzimlənməsinin
həyata keçirilməsi kimi mühüm vəzifələr
qoyulub. Xidmət müvafiq sahədə vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata
keçirilməsini təmin edir və həmin sahədə
aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir,
proseslərə dövlət nəzarətini həyata
keçirir. Son 7 ildə bu istiqamətdə əhəmiyyətli
nəticələr əldə edilib. Prezident, Ali Baş
Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
mühüm inkişaf yolu keçib, ordu quruculuğu prosesinin
təkmilləşdirilməsinə öz töhfələrini
verib.
Ötən
dövrdə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
tərəfindən Silahlı Qüvvələrin Təlim-Tədris
Mərkəzində təşkil edilmiş ehtiyatda olan zabit və
gizir hazırlığı, həmçinin müddətdən
artıq həqiqi hərbi xidmət hərbi
qulluqçularının hazırlığı kursunun dəyişən
heyətlə komplektləşdirilməsi üçün
namizədlərin göndərilməsi də müvəffəqiyyətlə
təmin olunub. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin
ən son elmi nailiyyətlərin bəhrəsi olan müasir hərbi-texniki
bazası və bu texnikanı işlətməyə, ən əsası,
hərbi birləşmələrlə istənilən
döyüşdən qalib çıxmağa qadir olan şəxsi
heyəti var.
Xidmət
öz fəaliyyətini insan və vətəndaş hüquq
və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və
hərb quruculuğunun təşkili prinsipləri əsasında
qurur. Vətəndaşların qəbulu və müraciətlərinə
baxılması, vətəndaş məmnunluğunun təmin
edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi,
korrupsiyaya qarşı mübarizə, Xidmətin daha
bacarıqlı və savadlı kadrlarla təmin edilməsi,
maddi-texniki bazanın gücləndirilməsi və digər
sahələrdə də görülmüş bir sıra tədbirlər
səmərəli nəticələr verir. Xidmət öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən digər icra hakimiyyəti orqanları,
yerli özünüidarə orqanları və qeyri-hökumət
təşkilatları ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərir.
Dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
artırılması, vətəndaşlara göstərilən
xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və
müasir innovasiyaları tətbiq etməklə həyata
keçirilməsi, vətəndaşlara münasibətdə
etik qaydalara, nəzakətli davranışa əməl edilməsi,
vətəndaş məmnunluğunun təmin olunması Azərbaycanda
dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Bu gün Xidmətin “Vahid elektron informasiya sistemi” və elektron
xidmətlərin göstərilməsi, ölkəmizdə vətəndaşların
həqiqi hərbi xidmətə çağırış
sistemi əsaslı şəkildə təkmilləşdirilib.
Çağırışçıların hərbi
uçotunun dəqiq və düzgün aparılmasına nəzarət
artırılıb, şəffaflığın təmin edilməsi,
vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin
qurulması məqsədilə Xidmətin internet saytı və
sosial şəbəkə hesabları yaradılıb. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rəsmi internet saytı
(www.seferberlik.gov.az) iki dildə (Azərbaycan və ingilis dillərində)
yenidən müasir standartlara uyğun olaraq hazırlanıb və
istifadəyə verilib. “Facebook” və “Twitter” üzərindən
məlumatların infoqrafik imkanlardan istifadə edilməklə
çatdırılması, daxil olan müraciətlərin
cavablandırılması və “YouTube” kanalının
videomateriallarla zənginləşdirilməsi istiqamətində
sistemli fəaliyyət həyata keçirilib.
“Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununa müvafiq olaraq, Silahlı Qüvvələrin
müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları ilə komplektləşdirilməsi
işinin daha da təkmilləşdirilməsi istiqamətində
ardıcıl tədbirlər davam etdirilir. Bu gün
çağırışçılara müddətli həqiqi
hərbi xidmətlərini hansı hərbi hissədə
keçmələri ilə bağlı məlumatlar internet, həmçinin
qısa mesaj vasitəsilə çatdırılır.
Nazirlər
Kabinetinin qərarına uyğun olaraq, “Elektron xidmət
növlərinin Siyahısı”nın təkmilləşdirilməsi
məqsədilə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
təqdim etdiyi elektron xidmətlər “Elektron hökumət”
portalına inteqrasiya edilib. Eyni zamanda, “Hərbi xidmət
keçmə barədə”, “Hərbi qeydiyyatda olma barədə”,
“Müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququnun
olması barədə” və “Müddətli həqiqi hərbi
xidmətə göndərilmə barədə” elektron
arayışların “ASAN xidmət” mərkəzlərində
Xidmətin “Vahid elektron informasiya sistemi” üzərindən vətəndaşlara
təqdim edilməsi təmin olunur. Həmçinin
“Yaşayış yeri üzrə qeydiyyata
alındığı və ya qeydiyyatdan
çıxarıldığı hallarda
çağırışçıların və hərbi vəzifəli
vətəndaşların hərbi qeydiyyata alınması və
hərbi qeydiyyatdan çıxarılması” həyata
keçirilir. Ümumilikdə, 2018-ci il ərzində 30 min 511
nəfər vətəndaş Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinə müraciətlərini qurumun “ASAN xidmət” mərkəzlərində
fəaliyyət göstərən nümayəndələrinin
vasitəsilə edib.
Azərbaycan
Respublikası Prezidentinin mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin regionlarda vətəndaşların qəbulunun
keçirilməsi, onların təklif, şikayət və rəylərinin
öyrənilməsi, qanuni tələblərinin yerinə
yetirilməsi, eyni zamanda, vətəndaş məmnunluğunun
təmin edilməsinə dair tapşırığının
icrası ilə əlaqədar Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin rəisi tərəfindən respublikanın
regionlarında və Xidmətin Aparatında vətəndaş
qəbulları keçirilib. Bu qəbullar zamanı bir
sıra müraciətlər yerində həllini tapıb,
araşdırılması tələb olunan müraciətlər
qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər
görülüb, Xidmətin səlahiyyətlərinə aid
olmayan müraciətlər baxılması üçün
aidiyyəti qurumlara göndərilib.
Xidmət
tərəfindən gənclərin hərbi xidmətə
hazırlanması, səfərbərlik işinin qurulması,
çağırışçıların ordu
sıralarına çağırılması, təntənəli
yolasalma mərasimləri, hərbi təhsilə marağın
artırılması istiqamətində güclü təbliğat
və maarifləndirmə işləri aparılır. Vətəndaşlar
arasında hərbi-vətənpərvərlik işinin
aparılması ilə əlaqədar respublikanın
ayrı-ayrı rayonlarında “Vətənin müdafiəsinə
hazıram!” devizi altında silsilə tədbirlər
keçirilir. 2019-cu il yanvarın 11-də Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti ilə Azərbaycan
Respublikası Gənclər Fondu arasında imzalanmış əməkdaşlığa
dair anlaşma memorandumu da vətəndaşların hərbi-vətənpərvərlik
tərbiyəsi, yeniyetmə və gənclərdə Vətənə
məhəbbət hissinin yüksəldilməsi, milli-mənəvi
dəyərlərin aşılanması, onların Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə
edilməsi istiqamətində birgə fəaliyyətin həyata
keçirilməsi üçün yeni bir platformadır.
Möhtərəm
Prezidentimizin səyləri nəticəsində bu gün Azərbaycan
iqtisadi inkişaf baxımından heç bir beynəlxalq
maliyyə qurumundan, heç bir ölkədən asılı
deyil. İqtisadi müstəqillik ölkəmizə müstəqil
siyasət aparmağa, Azərbaycan xalqının
maraqlarının müdafiəsinə imkan verir. Müharibədən
əziyyət çəkən soydaşlarımızın
problemləri uğurla həll olunur. Təkcə 2018-ci ildə
5800-dən çox məcburi köçkün ailəsinə
yeni evlər, mənzillər verilib ki, bu da son illər ərzində
rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə 620-dən
çox mənzil verilib.
Keçən
il prezident seçkilərindən dərhal sonra Azərbaycan
Prezidenti İlham Əliyev daha bir humanist addım ataraq
respublikamızın ərazi bütövlüyü uğrunda
həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla
əlaqədar xəbərsiz itkin düşdüyünə
görə ölmüş elan edilmiş hərbi
qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında 2018-ci il 19 aprel tarixli Fərman
imzaladı. Sənədin icrası ilə bağlı Xidmət
tərəfindən 1997-ci il avqustun 2-dək həlak olan hərbi
qulluqçuların dəqiqləşdirilmiş
siyahıları hazırlanaraq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub və bu
istiqamətdə işlər davam etdirilir.
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti də öz səlahiyyətləri
çərçivəsində vətəndaşlara,
xüsusən şəhid ailələrinə, müharibə
veteranlarına, onların müraciətlərinə həssaslıqla
yanaşır, davamlı diqqət və qayğı göstərir.
Ötən il “Müharibə veteranı, Silahlı Qüvvələr
veteranı və Əmək veteranı adlarının verilməsi
qaydası və şərtləri haqqında Əsasnamənin
və müvafiq vəsiqələrin nümunəsinin,
eskizinin və təsvirinin təsdiq edilməsi haqqında”
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, müraciət
etmiş vətəndaşların sənədlərinə
Xidmətdə fəaliyyət göstərən “Veteran
adlarının və müvafiq vəsiqələrin verilməsi
komissiyası”nda baxılıb və təsdiqedici sənədlər
əsasında müraciət edənlərə müharibə
veteranı adı və vəsiqəsi verilib.
Dövlət
Xidməti çağırışçıların hələ
orta məktəb illərindən hərbi xidmətə
hazırlığı, hərbi-vətənpərvərlik
ruhunda tərbiyəsi yönündə mühüm işlər
görür. İllik təqvim planına uyğun olaraq, Xidmətin
yerli idarə, şöbə və bölmələri tərəfindən
17 yaşına çatmış gənclər müxtəlif
ixtisaslar üzrə Xidmətin tabeliyində olan “Hərbi Vətənpərvərlik
və Mütəxəssis Hazırlığı Mərkəzi”
Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında
hazırlığa cəlb olunur, təhsil müəssisələrini
bitirərək şəhadətnamə və sertifikatlarla təmin
edilirlər. Xidmətin zonalar üzrə səfərbərlik
şöbə və bölmələrinin şəxsi heyəti
ilə səfərbərlik hazırlığı üzrə
mütəmadi məşğələlər keçirilir,
Silahlı Qüvvələrə təyin edilmiş hərbi nəqliyyat
vasitələrinin texniki vəziyyəti və
toplanmasının praktiki təşkili işi daim nəzarətdə
saxlanılır.
Xidmətin
fəaliyyəti bütövlükdə Prezident İlham
Əliyevin Ordu quruculuğu sahəsində qarşıya
qoyduğu məsul və şərəfli vəzifələri
layiqincə yerinə yetirməyə ünvanlanıb. Ötən
il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə
bağlı Prezident İlham Əliyevin rəhbərliyi
altında çox böyük işlər görülüb.
Silahlı Qüvvələrin kadr potensialının
artırılması, şəxsi heyətin bilik və
bacarığının, döyüş ruhunun yüksəldilməsi,
hərbçilərin sosial problemlərinin həlli dövlətin
qarşıya qoyduğu prioritet məsələlərdəndir.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Müharibə etmək,
sadəcə, müxtəlif istiqamətlərdən atəş
açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil
hazırlıq və yüksək döyüş ruhu tələb
edir”. Bu gün iftixarla deyirik ki, Azərbaycan Ordusu dünya
miqyasında güclü ordular sırasındadır.
2018-ci
ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam oldu.
Möhtərəm Prezidentimiz, cənab İlham Əliyev “Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam
imzaladı, bu əlamətdar tarixi hadisə münasibətilə
2018-ci ili respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti
İli” elan etdi. Cümhuriyyətin yubileyi ölkəmizdə
və ondan kənarda böyük təntənə ilə qeyd
olundu. Əsası Azərbaycan Xalq Cümhuriyyəti
dövründə qoyulan hərbi çağırış və
səfərbərlik sistemi də ötən 100 ildə şərəfli
yol keçib. Xalq Cümhuriyyəti dövründə qısa
müddətdə vətəndaşların orduya
çağırışı, Vətənin müdafiəsinə
səfərbər olunması istiqamətində müvafiq
addımlar atılıb, öz dövrünə görə
yüksək döyüş qabiliyyətli nizami hərbi hissələr
yaradılıb. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul
tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar
hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə
cəlb olunmağa başladılar. Daha sonra 1894-1895-ci illərdə
doğulmuş və islam dininə mənsub gənclərin
xidmətə çağırılması barədə qərar
qəbul edilib. Hökumətin 55 saylı qərarı ilə
Yelizavetpol əxzi-əsgər (hərbi
çağırış) idarəsi Azərbaycan Əxzi-əsgər
idarəsi adlandırılıb və bütün ölkə
üzrə çağırış işinin təşkili
bu idarədə cəmləşdirilib.
Bu
gün isə həmin qurumun layiqli varisi kimi müasir idarəetmə
imkanlarına malik, peşəkar şəxsi heyətlə
komplektləşdirilmiş bir Xidmət fəaliyyət
göstərir. Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
hər zaman dövlətimizin başçısının hərtərəfli
qayğısı ilə əhatə olunub, qurumun şəxsi
heyətinin sosial təminatının
yaxşılaşdırılması daim diqqət mərkəzində
saxlanılır.
“Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
haqqında” Əsasnamə ilə müəyyənləşdirildiyi
kimi, Xidmətin kadr tərkibi hərbi qulluqçulardan və
işçilərdən (dövlət qulluqçularından
və dövlət qulluqçusu olmayan mülki işçilərdən)
ibarətdir. Xidmətin hərbi qulluqçuları “Hərbi vəzifə
və hərbi xidmət haqqında” və “Hərbi
qulluqçuların statusu haqqında” qanunlara, “Hərbi xidmətkeçmə
haqqında” Əsasnaməyə, Silahlı Qüvvələrin
nizamnamələrinə və digər qanunvericilik aktlarına
müvafiq olaraq həqiqi hərbi xidmət keçir,
Silahlı Qüvvələrin hərbi qulluqçuları
üçün nəzərdə tutulmuş hüquq və
imtiyazlardan istifadə edirlər. Xidmətdə dövlət
qulluqçularının qulluq keçməsi “Dövlət
qulluğu haqqında” Qanunun, dövlət qulluqçusu olmayan
mülki işçilərlə əmək münasibətləri
isə Əmək Məcəlləsinin müvafiq normaları
ilə tənzimlənir. Xidmətdə işçilərin əmək,
sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi, onların ailə üzvlərinin
sağlamlıqlarının qorunması məqsədilə,
“Həmkarlar ittifaqı haqqında” Qanuna müvafiq olaraq Xidmətin
ilk həmkarlar ittifaqı təşkilatının təsis
edilməsi təmin olunub.
Bu
gün Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
hər bir əməkdaşının amalı Vətənə
sədaqət, göstərilən etimadı doğrultmaq, hər
bir insana qayğı, ən başlıcası isə milli-mənəvi
dəyərlərə hörmətdir.
Vətənpərvərlik
ruhlu nəşrlər, Bakıda və bölgələrdə
keçirilən “Vətənin müdafiəsinə
hazıram!” adlı ənənəvi tədbirlər, sərgi-müsabiqələr,
hətta KİV nümayəndələri arasında
atıcılıq turnirləri görülən işlərin
təsir gücünü daha da artırır.
Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə
hazırlanan “Cümhuriyyət dövründə səfərbərlik
və hərbi çağırış (1918-1920)”
kitabının Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanasında dövlət rəsmiləri,
deputatlar və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə təqdimat mərasimi keçirilib. Həmçinin
orta ümumtəhsil məktəblərinin şagirdləri
arasında “Cümhuriyyət 100 il” adlı vətənpərvərlik
mövzusunda rəsm müsabiqəsi və Silahlı Qüvvələrin
100 illiyi münasibətilə atıcılıq turniri
keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 95-ci ildönümü münasibətilə
“Müstəqilliyimiz əbədidir” adlı yazı müsabiqəsi,
“Müstəqil Azərbaycanın memarı” adlı rəsm
müsabiqəsi və ictimai birliklərin nümayəndələri
arasında şahmat turniri də gənclərdə vətənpərvərlik
işinin daha geniş sferada təşkilinə müsbət təsir
göstərmək məqsədilə təşkil edilib.
“Açıq
hökumətin təşviqinə dair 2016-2018-ci illər
üçün Milli Fəaliyyət Planı”nın
açıq hökumət və korrupsiyanın
qarşısının alınması üzrə tədbirlərin
icra vəziyyəti və qiymətləndirilməsi ilə
bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların
keçirilməsi və nəticələrinin elan edilməsi
bəndinə uyğun olaraq ötən ilin sonunda Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə
bağlı paytaxt Bakı şəhərində və
ölkənin regionlarında sosioloji sorğu keçirilib. On
səkkiz rayon və şəhəri əhatə edən
sorğu şifahi və səs yazısı ilə
aparılıb. Sorğuda iştirak edən 10 minə yaxın
sakindən 1500 nəfəri verilən sualları səs
yazısı vasitəsilə, digərləri isə şifahi
şəkildə cavablandırıb. Sorğu zamanı vətəndaşlar
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
fəaliyyətini yüksək qiymətləndiriblər.
Sorğuda iştirak edənlər tərəfindən gənc
nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə
edilməsi istiqamətində Xidmət tərəfindən
görülən işlər yüksək qiymətləndirilib.
Şübhəsiz ki, ictimaiyyətlə ünsiyyət,
keçirilmiş rəy sorğuları xidməti fəaliyyətimizə
yenidən baxmaq üçün çox əhəmiyyətlidir.
Möhtərəm
Prezidentimiz, cənab İlham Əliyev hər zaman
vurğulayır ki, hər bir məmur xalqın xidmətçisi
olmalıdır. Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
şəxsi heyəti də çiçəklənən
respublikamızda milli maraqların qorunması istiqamətində
tədbirlərin ardıcıl şəkildə həyata
keçirilməsinə öz töhfəsini vermək əzmindədir.
Arzu
RƏHİMOV
İki
sahil.- 2019.- 13 yanvar.- S.10.