Azərbaycan çeçen xalqlarının dostluq qardaşlığını kimsə poza bilməz

Ermənilərin ölkəmizə qarşı növbəti təxribatı iflasa uğradı

 

Çox təəssüf ki, bəzi antiazərbaycan qüvvələr Rusiyada soydaşlarımıza qarşı yeni bir təxribat törətməyə cəhd etdilər. Belə ki, onlar MoskvanınNeolitrestoranında çeçen əsilli  bir neçə nəfərin azərbaycanlılarla məişət zəminində baş verən davasını millətlərarası davaya çevirmək istədilər.

 

Məhz indi məlum olub ki, bu qarşıdurmanın təşkilatçısı ermənidir. Belə ki, ötən gün Moskvada fəaliyyət göstərən İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov apardığı jurnalist araşdırmasından sonra bu cür ciddi bəyanatla çıxış edib. O, özünün Rusiya hüquq mühafizə orqanlarına ünvanlanan video-müraciətində münaqişənin ilk günündə çeçenlərin hansısa azərbaycanlını axtardığını bildirib: “Onlar Votsapda digər sosial şəbəkələrdə bir-birilərinə həmin azərbaycanlının fotosunu göndəriblər. Çeçenlərin fikrincə, məhz həmin şəxs günahkar olub onu cəzalandırmaq lazımdır. Bununla belə, azərbaycanlının adı qeyd olunmayıb”.

 

Daha sonra isə jurnalist çeçenlərin axtardıları həminazərbaycanlı”nın pasportunun şəklini göstərir. Məlum olur ki, bütün baş verənlərin günahkarı, çeçenlərin axtardıqlarıı şəxs özünü azərbaycanlı kimi qələmə verən Ermənistan vətəndaşı, 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyandır.

 

Bu bir daha göstərir ki, ermənilər Azərbaycan dövlətinin MDB məkanında artan gücünü, ölkəmizin Rusiya ilə yüksələn siyasi, iqtisadi mədəni əlaqələrini həzm edə bilməyərək  orada yaşayan soydaşlarımıza ümumilikdə dövlətimizə qarşı təxribatlarını davam etdirməkdədirlər. Məhz Azərbaycan dövlətinin onun rəhbərinin məsələyə ciddi münasibətinin nəticəsi olaraq bu gün Rusiya hüquq mühafizə orqanları da sözügedən təxribatın iştirakçıları barədə axtarışlara başlayıblar artıq saxlanılan da var. Belə ki, Rusiya hüquq mühafizə orqanlarından TASS-a verilən məlumata görə, təxribatın hazırlamasında şübhəli bilinən məşhur bloqger Əlibəy Mirzəxanov həbs edilib. “Novoe deloportalı isə xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb. Bildirilir ki, Ə.Mirzəxanov sözügedən kafeyə 4 nəfərlə, əllərində bıçaq travmatik silahla basqın ediblər.

 

Daha bir önəmli məsələ isə Çeçenistan rəhbəri Ramzan Kadırovun bu məsələyə özünəməxsus şəkildə pozitiv münasibət bildirməsi oldu. O, sosial şəbəkələrdə azərbaycanlı dostları ilə şəkillərini paylaşaraq hər iki xalqa mesaj verdi ki, dost qardaş xalqların arasına nifaq toxumu səpmək mümkün deyildir. Necə deyərlər, dini, coğrafiyası bir olan iki xalqın min illər boyu mövcud olmuş dostluq münasibətləri sarsılmazdır, əbədidir.

 

Bu münaqişəyə ilk reaksiya verən Azərbaycan hakimiyyətinin sözçüsü  Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məsələyə konkret münasibət bildirdi. Onun bəyanatında bildirilir ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir hesab edir ki, belə hallar Azərbaycan çeçen xalqları arasında tarixən mövcud olan dostluq qardaşlıq əlaqələrinə xələl gətirə bilməz.

 

Bu bir faktdır ki, Azərbaycan çeçen xalqlarının tarixi dostluq əlaqələri imkan verib ki, onlar ən çətin məqamlarda bir-birlərinə kömək yardım etsinlər. İki müsəlman xalqın bir-birinin milli adət-ənənəsinə, tarixinə hörmətlə yanaşmasının nəticəsidir ki, bu gün çeçenlərlə azərbaycanlıların dostluq münasibətləri ancaq genişlənir.

 

Çeçenistanın mətbuat informasiya naziri Cambulat Umarov da  hadisəyə münasibət bildirərkən deyib ki, hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen Azərbaycan xalqlarının əlaqələrini, dostluq qardaşlıq münasibətlərini poza bilməzlər. Bu, qeyri-mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir.

 

Azərbaycanlı ziyalılar da bu münaqişənin iki qardaş dost xalqa qarşı  məqsədli şəkildə törədilən təxribat olduğunu bildiriblər. Onlar çeçen dostları ilə danışdıqlarını onların da bu hadisəni pislədiklərini ifadə ediblər. Belə ki, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov bu hadisəni təxribat hesab edərək bildirib ki, son günlər Rusiyada bəzi qüvvələrin təxribatı nəticəsində həmvətənlərimizlə dost çeçen xalqının nümayəndələri arasında xoşagəlməz hallar baş verib bu, xeyli narahatlıq doğurur: “Yüzilliklər boyu dost qardaş münasibətində olan xalqlar arasında bu cür hallar qətiyyən yolverilməzdir. Bu gün ölkəmizdə çeçen xalqının xeyli sayda nümayəndəsi yaşayır, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi milliyyətcə çeçen olan Zəlimxan Hüseynovdur. Mütəmadi olaraq Çeçenistan idmançıları ilə birgə təlim-məşq toplanışlarında iştirak etmişik aramızda heç zaman fikir ayrılığı olmayıb. Azərbaycan həmişə çeçen xalqına öz kömək əlini uzadıb, yardımını əsirgəməyib”.

 

Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov da iki qardaş xalqı bu iyrənc təxribata uymamağa çağırıb.

 

Çeçenistanın keçmiş rabitə naziri Səid Emin İbrahimov da çeçen Azərbaycan xalqlarının  müdriklik göstərmələrini iki qardaş xalqın dostluğuna yönəlik təxribatçılara sərt cavab vermələrini istəyib. Onun qənaətincə, bu münaqişə Rusiyadakı bəzi qüvvələr tərəfindən məqsədli şəkildə hazırlanıb: “Mən Azərbaycan xalqını çox sevirəm. Müharibə vaxtı taleyin hökmü ilə Azərbaycanda idim. Biz azərbaycanlıların çeçenləri necə qarşıladığını bizə görə necə həyəcan keçirdiklərini görürdük. Çeçenlər çox alicənab xalqdır xeyirxahlığı unutmurlar

 

Qeyd edək ki, ötən iki gündə Moskvadakı çeçen azərbaycanlı adamları, ziyalılar da bir araya gələrək dostluq qardaşlıq münasibətlərindən danışaraq, sözügedən təxribatı sərt şəkildə pisləyiblər. Onlar bir masa arxasında oturaraq iki qardaş dost xalqın isti münasibətlərinin bundan sonra da davam edəcəyini bildiriblər.

 

Qürurla demək lazımdır ki, iki dost qardaş xalqın arasına nifaq toxumu səpmək istəyənlərin niyyətləri puç oldu. Çünki həm Azərbaycan dövlətinin məsələyə dərhal düzgün mövqe bildirməsi, həm hər iki xalqın ziyalılarının müdriklik göstərərək eyni mövqedən çıxış etmələri bir daha göstərdi ki, Azərbaycan xalqı ilə çeçen xalqı tarixin belə sınaqlarından mətinliklə çıxmağı bacarıblar.

 

Elçin Zaman

İki sahil .- 2019.- 20 fevral.- S.9.