Zərif çiyinlərdə “ağır YÜK”
1-ci vitse-prezident
Mehriban xanım Əliyevanın vəzifəsinin
iki illiyinin tamamına
Bu misraları yazanda
özüm də bilmədən başımda
"Baş sarıtel"
havası çalınmağa
başladı. Bəlkə
sazla bu XANIM arasında bir uyğunluq, əlaqə vardı, ondandı. Əlbəttə vardı.
Sonra sazda dinlədiyim "Baş sarıtel" havası bitdi, yerini muğama
"Şirvan gözəlləməsi"nə,
"Bayatı Qacar"a
verdi. Təəccübləndim,
özüm özümə
sual verdim: "Nədən belə
ardıcıllıq yarandı?
Çox keçmədi
ki, sualıma cavab tapdım: "Əlbəttə belə olmalıdır, çünki,
az qala itib
batmış muğamı,
Dədə Qorquddan (doğrusu, ondan da əvvəl) əmanət qalmış
qopumuzu, sazımızı
yenidən dirçəltdi
bu XANIM- XATIN. Bütün
dünyaya tanıtdı,
YUNESKO-nun qeyri-maddi mənəvi irs siyahısına daxil etdirdi. Digər on bir qeyri-maddi
mənəvi dəyərlərimiz
kimi "SAZ"ı
"MUĞAMI" azərbaycanlı etdi, Azərbaycanın etdi bu Xanım.
Paravozun çəkə
bilmədiyi bu
"AĞIR" yükü bu XANIM çəkdi... çəkir, uğurla mənzil başına yetişdirir. Hələ bu başlanğıcın
əvvəli idi. Bu Başlanğıcın
əvvəli olduğu
kimi sonrası da olacaqdı və hələ də davam edir.
Bəziləri düşündü ki, bu "YÜK" ün altında zərif çiyinlər tab gətirməz, əyilər,
çat verər, sonra ağrılar başlayar. Amma, belə olmadı.
YÜK" çoxaldıqca çiyinlər mətinləşdi,
möhkəmləndi, daha
"ağır YÜK" götürmə imkanına
malik oldu. Ancaq zərifliyini, incəliyini itirmədi. Nə idi ona
bu "YÜK"ü
çəkib aparmağa
güc verən, hər dəfə gücünə
"GÜC" qatan? Yazının əvvəlində bir işarəti verdim. Min illərdən süzülüb
gələn, süzüldükcə
içimizə, qanımıza,
yaddaşımıza hopan,
adət-ənənəmizin başında duran
"SAZ" və "MUĞAM"ı
keçmişdən gələcəyə
daşıyan MƏSULİYYƏT idi bu "GÜC" .
Zərif çiyinlər
bu gücdən titrəmədi, əsmədi,
heydən düşmədi."İçim özümü
yandırır, çölüm
özgəsini" deyiminə
fikir vermədi, axı MƏSULİYYƏT daşıyırdı,
daşıyır...
Birinci
MƏSULİYYƏTİ ailədən başladı. Ata evində aldığı
tərbiyəni, öyrəndiyini,
əxz etdiyini ƏR evinə daşıdı,
"hər BÖYÜK KİŞİnin
arxasında duran QADIN
MƏSULİYYƏTİNİ unutmadı,
SÖZün qədrini
bildi. "SÖZ var dağa çıxardar,
SÖZ var dağdan endirər" misalına riayət etdi. SÖZü ucalığa çıxartmaqla ailəsini
də ucalığa çıxartdı, çünki
üzərində daşıdığı
məsuliyyət vardı.
Bu ona GÜC verirdi.
İkinci MƏSULİYYƏT ətrafı idi. Ətrafını düzgün
istiqamətləndirmək idi,
çünki "ətrafını,
dostunu, tanışını
mənə göstər,
söyləyim sən
kimsən" deyimi hələ dəbdən düşməyib. Ətrafın
pis olub, sən yaxşı ola bilməzsən. Bu "YÜK"ün də öhdəsindən gəldi.
Ətrafını istiqamətləndirdi,
hansı məsuliyyəti
və öhdəlikləri
daşıdıqlarını onlara anlatdı. Axı, təkcə əlli milyonluq azərbaycanlının, türk
dünyasının deyil,
bütün dünyanın
gözü onlardadır.
XANIM-XATIN bu MƏSULİYYƏTİ dərk edir, elə zərif çiyinlərini də
"YÜK"ün altına
sevgilə qoyur.
Bu "YÜK"ün
üçüncü
MƏSULİYYƏTİ elinə, obasına, vətəninə,
onun insanlarına sevgisi, hörmətidir.
Babalarından, babasından, qayınatasından
ƏRinə ötürüldüyü
kimi ONA da ötürülmüşdü bu sevgi, bu
izzət, insanları dinləmək, dərdlərini,
sevinclərini bölüşmək,
paylaşmaq, imkanı
içində problemləri
həll etmək, yaxşılığı unutmamaq,
pisin, xəbisin ağzından vurub geri qaytarmaq, hələ nə qədər, nə qədər keyfiyyətləri
özündə cəmləyib
XANIM-XATIN , bu ZƏRİF QADIN. Fil dözməz bütün bu "YÜK"ə, o isə dözür, çəkir...
aparır. "Uf" da demir,
"oy" da da demir, "yoruldum" da demir.
Sadə dildə danışır
insanlarla, özünü
çəkib "dağ
başına" qoymur. Yuxarıdan aşağı
baxmır soydaşlarına,
arxa bilib, arxa durduqlarına. Bu
üzdən ƏRİ kimi , ona
da pənah aparırlar,
ƏRi kimi onu da sevirlər. Deyəcəkləri qədər, görüləcək
işləri də çoxdur. Eli-obası, soydaşlarını
layiqdən daha layiqliyə qaldırmaq istəyir zərif çiyinlərində ağır
"YÜK" daşıyan bu Qadın.
Qaçqınların, şəhid ailələrinin,
qazilərin, əlillərin
haqqında ona görə xüsusi danışmaq istəmirəm
ki, sadaladıqlarımın
heç birini elindən, obasından, soydaşlarından ayırmır. Əksinə onlara daha çox
nəvaziş və sevgi göstərir, ən xırda dərdlərini, müşküllərini
həll etməyə çalışır və
çoxusunu da həll
edir. O sehrbaz deyil ki, əlini
əlinə vursun, hər şey o an həll olsun. Ən xırda problemi həll etmək üçün nə qədər enerji, nə qədər güc sərf etmək lazımdır.
Amma, o bütün bunlardan usanmır, yorulmur, sevə-sevə, bu "YÜK"ü daşıyır,
həm də ətrafdakılarını da, sevimli
övladlarını da bu
işə cəlb edir.
Dördüncüsü, dövlət işinin MƏSULİYYƏTİdir. Elini,
obasını dövlət
çətiri altına
toplamaq, onu özü kimi sevmək məsuliyyətdir,
axı dünyada yaşayan bütün azərbaycanlıların bir
dövləti var - Azərbaycan. Yağı düşməndən bu Dövləti qorumaq, onu bütöv halına gətirmək, iqtisadiyyatını gücləndirmək,
işğal olunmuş
torpaqlarımızı geri
qaytarmaq, ƏRi kimi həm də
onun işidir. Bu isə çox ağır YÜK, həm
də MƏSULİYYƏTLİ YÜKdür. Azərbaycanımızı
hər sahədə Liderlər sırasına qatmaq heç də asan deyil,
ancaq mümkündür
və bu sahədə işlər görülür, bundan sonra da görüləcək.
Usta sarbanı olan karvana təhlükə gəlməz!
Yenə başımda "Baş sarıtel" havası çalındı, "Şirvan
Gözəlləməsi", "Bayatı Qacar" muğamı oxundu. Bu musiqinin sədaları altında zərif çiyinlərini ağır
YÜKün altına
verən, "yoruldum"
deməyən bir
XANIM-XATIN irəliləyir.
YÜKün mübarək ZƏRİF QADIN
Yunus Oğuz
İki sahil.- 2019.- 21 fevral.- S.8.