Naxçıvanda yeni Günəş
Elektrik Stansiyası istifadəyə verilib
Muxtar respublikanın iqlim şəraiti alternativ
və bərpaolunan enerjidən istifadə üçün
geniş imkanlar açır. Müasir energetika infrastrukturunun
yaradılması və enerji təhlükəsizliyinin təmin
olunmasında bu amil əsas götürülür, günəş
elektrik stansiyaları tikilərək istifadəyə verilir.
Hazırda Naxçıvan Muxtar Respublikasında elektrik
enerjisinə olan tələbatın 65 faizdən çoxu
alternativ və bərpaolunan enerji mənbələri
hesabına ödənilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın
22-də Kəngərli rayonunun Qabıllı kəndində
yeni Günəş Elektrik Stansiyası istifadəyə
verilib.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu
münasibətlə keçirilən tədbirdə
iştirak edib.Naxçıvan Muxtar Respublikası Dövlət
Energetika Xidmətinin rəisi Namiq Paşayev
çıxış edərək deyib ki, muxtar
respublikanın elektroenergetika sektoru davamlı inkişaf mərhələsindədir.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin
olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən
istifadə də mühüm əhəmiyyətə malikdir.
Kəngərli rayonu ərazisində 2 meqavat gücündə
yeni Günəş Elektrik Stansiyasının qurulması bu
sahədə həyata keçirilən tədbirlərin
davamıdır. Namiq Paşayev göstərilən
qayğıya görə muxtar respublika energetikləri
adından minnətdarlıq edib.İsveçrənin “Pure
Energy Development” SARL şirkətinin icraçı direktoru
Mişel Kalerami çıxış edərək deyib: “Bu
gün Naxçıvan Muxtar Respublikası regionda enerji sahəsində
lider mövqedədir. Xüsusilə muxtar respublikada alternativ və
bərpaolunan enerji mənbələrindən səmərəli
istifadə olunur. Bu işdə qarşılıqlı əməkdaşlıqdan
“Pure Energy Development” SARL şirkətinin kollektivi böyük
məmnunluq duyur. Naxçıvan Muxtar Respublikasının qəlbimdə
dərin yeri vardır. Gələcəkdə də muxtar
respublika ilə əməkdaşlığı davam etdirəcəyik.
Günəş Elektrik Stansiyasının qurulmasında
göstərilən dəstəyə və səmərəli
əməkdaşlığa görə minnətdarlıq
edirik”.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublikada enerji təhlükəsizliyinin təmin
olunması sahəsində həyata keçirilən tədbirlər
Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan
dövlət proqramlarının icrası və yeni elektrik
stansiyalarının tikilməsi sahəsində görülən
işlərin tərkib hissəsidir. Artıq muxtar
respublikada enerji təhlükəsizliyi təmin edilib. Ucuz
enerji istehsal edən sahələrə üstünlük verməklə
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin
gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək
qarşıda duran əsas vəzifədir.
Qeyd olunub ki, muxtar respublikada elektrik
stansiyaları qurularkən yeni texnologiyaların tətbiqinə
xüsusi diqqət yetirilir. Çünki inkişaf edən
dünyada yeni texnologiyaların tətbiqi və bu sahə
üzrə mütəxəssislərin hazırlanması
mühüm şərtdir. Muxtar respublikada da bu amil əsas
götürülür. Ona görə də yeni texnologiyalar tətbiq
olunmaqla yanaşı, həm də onları idarə edəcək
mütəxəssislər hazırlanmalıdır. Bu gün muxtar respublikada üçüncü
Günəş Elektrik Stansiyası istifadəyə verilir. 20
meqavatlıq birinci Günəş Elektrik Stansiyası 2015-ci
ilin dekabrında ölkə Prezidentinin iştirakı ilə
istifadəyə verilmişdir. 2 meqavatlıq ikinci Günəş
Elektrik Stansiyasının 2017-ci ilin sentyabr ayında
açılışı olmuşdur. Bu gün isə 2
meqavatlıq Kəngərli Günəş Elektrik
Stansiyası istifadəyə verilir.
Ali Məclisin Sədri bu münasibətlə
istifadəçiləri və kollektivi təbrik edərək
deyib: Qurulan yeni Günəş Elektrik Stansiyası səmərəli
istismar olunmalıdır. Stansiyada dünyada qəbul olunmuş
son model müasir panellər quraşdırılıb.
Şüşə tipli bu panellərin elektrik verilişi
alüminium panellərə nisbətən daha yüksəkdir.
Eyni zamanda bu panellər imkan verir ki, stansiya
qurularkən daha az torpaq sahəsindən istifadə olunsun. 4,7
hektar ərazidə qurulmuş rentabelli Günəş Elektrik
Stansiyası muxtar respublikamızın inkişafına,
dayanıqlı elektrik enerjisi təminatına və yeni
mütəxəssislərin hazırlanmasına imkan verəcəkdir.Ali
Məclisin Sədri Günəş Elektrik
Stansiyasının qurulmasında əməyi olanlara,
xüsusilə “Pure Energy Development” SARL şirkətinin
icraçı direktoru Mişel Kaleramiyə və şirkətin
kollektivinə təşəkkürünü bildirib.Sonra Ali
Məclisin Sədri açılışı bildirən lenti
kəsib.Məlumat verilib ki, yeni Günəş Elektrik
Stansiyası kənd təsərrüfatı
üçün yararsız ərazidə qurulub. 2 meqavat
gücündəki Günəş Elektrik Stansiyasının
tikintisi Naxçıvan Muxtar Respublikasının Dövlət
Energetika Xidməti ilə İsveçrənin “Pure Energy
Development” SARL şirkəti arasında 2018-ci ildə
imzalanmış müqavilə əsasında həyata
keçirilib. İl ərzində 3 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək stansiyada
tikinti-quraşdırma işləri qısa müddətdə
və yüksək keyfiyyətlə aparılıb, 7452
“şüşə-şüşə” tipli günəş
panelləri, hər birinin gücü 50 kilovat olan 41 invertor,
içərisində kommutasiya aparatları və digər
elektrik avadanlıqları qoyulmuş 2 ədəd 35/0,4
kilovoltluq transformator yarımstansiyası
quraşdırılıb və idarəetmə binası
tikilib.
Stansiyada yeraltı aşağı və
yüksək gərginlikli xətlər, eləcə də
rabitə, müşahidə və idarəetmə sistemi
üçün optik kabel xətləri çəkilib.
İdarəetmə binası 35 kilovoltluq kommutasiya
avadanlıqları ilə təmin edilib. Yaxınlıqda yerləşən
110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasına qoşulmaq
üçün 2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik xətti
çəkilib, ərazi çəpərlənib, siqnalizasiya
və video-müşahidə qurğuları ilə təmin
olunub. Quraşdırılan yeni meteoroloji stansiya ərazidə
hava şəraitinə, yağıntının və
rütubətin miqdarına nəzarət etməyə imkan
verir. Bununla da Naxçıvan Muxtar Respublikasında Günəş
elektrik stansiyalarının qoyuluş gücü 24 meqavata,
illik istehsal gücü isə 36 milyon kilovat/saata
çatdırılıb.Günəş panelləri ilə
işləyən subartezian quyusu qazılıb
Kəngərli rayonunun Qabıllı kəndində
günəş panelləri ilə işləyən yeni
subartezian quyusu qazılıb.
Fevralın 22-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov subartezian
quyusuna baxıb.
Məlumat
verilib ki, 60 metr dərinliyi olan subartezian quyusunun günlük
su verimi 8,5 tondur. Su nasosunun
elektrik təminatı quraşdırılan 2 günəş
paneli vasitəsilə həyata keçirilir. Bu da Günəş Elektrik Stansiyasının
yaxınlığında salınmış badam
bağının və yaşıllıq zolağının
su təminatının ödənilməsinə imkan verəcəkdir.
Kəngərli
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov
Günəş Elektrik Stansiyasının və subartezian
quyusunun istifadəyə verilməsinə görə rayon
ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq
edib.Ali Məclisin Sədri qurulanlardan səmərəli istifadə
olunması, yaşıllıqların artırılması,
subartezian quyularının elektrik təminatında günəş
panellərindən istifadə imkanlarının
araşdırılması və tətbiqi barədə
tapşırıqlar verib.
Qıvraq
qəsəbəsində yeni istirahət parkı
salınır
2004-cü ildə yaradılan Kəngərli rayonu ötən
15 ildə böyük inkişaf yolu keçib. Rayon mərkəzi
Qıvraq qəsəbəsində və bütün kənd
yaşayış məntəqələrində kompleks
quruculuq tədbirləri aparılıb. Tikilən
yeni sosial obyektlər, müasir inzibati və yaşayış
binaları ilə yanaşı, rayon əhalisinin asudə
vaxtının mənalı təşkili də diqqətdə
saxlanılır, yeni istirahət parkları salınır.
Fevralın 22-də Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsində
tikilən yeni istirahət parkına baxıb.
Məlumat
verilib ki, 3 min 500 kvadratmetr sahəni əhatə edən parkda
torpaq işləri aparılıb, 1500 həmişəyaşıl
ağac əkilib. Parkın su təminatı
yaxınlıqda bərpa olunan kəhriz vasitəsilə həyata
keçiriləcəkdir.
Ali Məclisin Sədri parkda sakinlərin istirahəti
üçün lazımi şəraitin yaradılması barədə
müvafiq tapşırıqlar verib.
Kəngərli rayonunun Yurdçu kəndində
qapalı
suvarma şəbəkəsi qurulur
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin
əhatə dairəsinin genişlənməsi torpaqlardan səmərəli
istifadəyə imkan verir. Son illər qurulan qapalı suvarma
şəbəkələri yeni torpaq sahələrini əkin
dövriyyəsinə qatıb. Hazırda Kəngərli
rayonunun Yurdçu kəndi ərazisində qapalı suvarma
şəbəkəsi qurulur.
Fevralın 22-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı
suvarma şəbəkəsinin tikintisi ilə maraqlanıb.
Bildirilib ki, qapalı suvarma şəbəkəsi
56 hektar ərazini əhatə edir. Ərazidə min metrlik ana
xəttin tikintisi başa çatdırılıb. Burada
uzunluğu 5200 metr olan paylayıcı suvarma şəbəkəsi
çəkiləcək və 56 hidrant qoyulacaqdır.
Arpaçay sol sahil kanalından qidalanan “Qıvraq-1” nasos
stansiyası vasitəsilə su ərazidəki hovuza vurulacaq və
öz axımı ilə şəbəkəyə
paylanacaqdır.
Ali Məclisin Sədri yaxınlıqdakı 40
hektardan artıq ərazinin də layihələndirilməsi və
qapalı suvarma şəbəkəsinin qurulması barədə
tapşırıqlar verib.
İki
sahil.- 23 fevral.-S.5.