Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı İstanbulda izdihamlı yürüş
keçirilib
XX əsrin ən
qanlı faciələrindən
biri olan Xocalı soyqırımının
27-ci ildönümü ilə
bağlı fevralın
26-da Türkiyənin İstanbul
şəhərində izdihamlı
yürüş keçirilib.
Yürüş Azərbaycanın
İstanbuldakı baş
konsulluğu və İstanbulun Bağçılar
Bələdiyyəsinin təşkilatçılığı
ilə baş tutub.
Yürüşdə Azərbaycandan gəlmiş
nümayəndə heyəti,
Türkiyə Böyük
Millət Məclisinin
deputatları, ictimaiyyətin
və KİV-lərin
nümayəndələri, ölkəmizin İstanbuldakı
baş konsulluğunun,
Bağçılar Bələdiyyəsinin
əməkdaşları iştirak
ediblər.
Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqları,
“Xocalı qətliamı.
Unutmadıq, unutdurmayacağıq”
sözləri, soyqırımı
zamanı həlak olmuş insanların adları yazılmış
plakatlar tutan yürüş iştirakçıları
Bağçılar meydanından
Azərbaycan Dostluq Parkına doğru hərəkət ediblər.
Yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının
xatirəsini ehtiramla yad etmək, ermənilər tərəfindən
insanlığa qarşı
törədilmiş bu
vəhşi cinayəti
yenidən dünya ictimaiyyətinin diqqətinə
çatdırmaq idi.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət
himnləri səsləndirilib,
Xocalı soyqırımı
qurbanlarının xatirəsi
ehtiramla yad edilib.
Tədbirdə çıxış edən
Türkiyə-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri Şamil Ayrım 27 il əvvəl Azərbaycanın
Xocalı şəhərində
insanlıq dramının
yaşandığını bildirib. Qeyd edilib ki, bu faciə yalnız
azərbaycanlılara deyil,
bütün türk millətinə, insanlığa
qarşı törədilən
cinayətdir. Şamil
Ayrım Xocalı qətliamı zamanı
613 günahsız insanın,
o cümlədən 106 qadının,
63 uşağın və
70 qocanın xüsusi
qəddarlıqla
öldürüldüyünü, 1275 insanın əsir və girov götürülərək
işgəncələrə məruz qaldığını
xatırladıb. Bildirib
ki, ermənilər əsirlər boyu Qarabağ torpağında
bir çox qanlı cinayətlər törədiblər və
tarixdə bunun sübutları var. Qarabağın, sadəcə, Azərbaycanın
deyil, bütün türk dünyasının
qanayan yarası olduğunu bildirən dostluq qrupunun rəhbəri bu qətliamı törədənlərin
cəzalandırılmasının, haqq-ədalət qarşısında
cavab verməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov çıxış edərək
Azərbaycanın artıq
30 ildir Cənubi Qafqazda sülh axtarışında olduğunu
bildirib. Qeyd edib ki, 27 ildir
biz Xocalıya ədalət axtarırıq.
Bu müddət ərzində biz bu soyqırımının
nəticələri, onun
qurbanları barədə
həqiqətləri dünyaya
çatdırırıq. Əlbəttə,
bu istiqamətdə əldə etdiyimiz nəticələr var. Türkiyə Respublikası
və türk xalqının dəstəyi
ilə biz dünyanın böyük
bir qisminə bu qətliamın həqiqətlərini çatdıra
bilmişik. Türkiyə
də daxil olmaqla dünyanın demək olar ki, bütün dövlətləri Xocalıda
nələrin baş verdiyini bilirlər. Bugünədək dünyanın
10-dan çox ölkəsi,
ABŞ-ın 22 ştatı
Xocalıda baş verənləri soyqırımı
kimi tanıyıb. Biz Xocalı soyqırımının səbəb
və nəticələrini
daha geniş coğrafiyada tanıtmaq istiqamətində işlərimizi
davam etdiririk. Xocalıya ədalət axtarışı Azərbaycanın
dövlət siyasətidir
və biz bu siyasəti artıq təkcə Azərbaycan deyil, Türkiyənin köməyi,
türk xalqının
iştirakı ilə
həyata keçiririk.
Azərbaycan və Türkiyə prezidentləri
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2007-ci ildə Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin
forumunda iştirak ediblər. Həmin toplantıdan sonra biz bir millət,
iki dövlət olaraq diaspor qurumlarımızı birləşdirmişik
və vahid diaspor siyasəti yürüdürük. Bu
gün dünya ölkələrində azərbaycanlılar
qədər türklər
də Xocalıya ədalət uğrunda çalışırlar. Bu
günlərdə Türkiyənin
hər bir bölgəsində Xocalı
qətliamı qurbanlarının
xatirəsi yad edilir.
Digər çıxış
edənlər Xocalıda
törədilmiş soyqırımı
haqqında tədbir iştirakçılarına məlumat
veriblər. Qeyd edilib ki, orada
insanlar azərbaycanlı
və müsəlman olduqlarına görə qətlə yetiriliblər.
Buna görə də Xocalı soyqırımı yalnız
Azərbaycana qarşı
deyil, bütün türk və müsəlman dünyasına,
eyni zamanda, insanlığa qarşı
törədilmiş bəşəri
cinayətdir.
Sonra tədbir
iştirakçıları parkda inşa edilmiş “Xocalını unutma” abidəsinin önünə güllər
düzüblər.
Xocalı soyqırımında
qətlə yetirilmiş
insanların sayına
uyğun olaraq parkda 613 ağac əkilib.
İki sahil.- 2019.-27 fevral.- S.8.