Xocalı soyqırımı qurbanlarının
xatirəsi Serov şəhərində də
anılıb
Rusiyanın Sverdlovsk vilayətinin
Serov şəhərində
fəaliyyət göstərən
“Azərbaycan” İctimai
təşkilatı Xocalı
faciəsinin 27-ci ildönümünə
həsr olunmuş tədbir keçirib.Azərbaycanın
Yekaterinburq şəhərindəki
baş konsulluğundan
AZƏRTAC–a bildiriblər ki,
tədbirdə baş
konsul İlqar İskəndərov, “Azərbaycan”
ictimai təşkilatının sədri
Mirhəbib Ağalarov,
Serov şəhər administrasiyasının rəhbəri
Vasili Sizikov, Serov şəhərində
nəşr olunan “Pervıy v Serove” jurnalının baş redaktoru Tamara Romanova, Sverdlovsk vilayəti Tibb kollecinin Serov şəhər bölməsinin
rəhbəri Valentina
Xvostantseva, Serov şəhərinin “Çulpan”
Tatar-Başkir mədəniyyət
mərkəzinin rəhbəri
Rozaliya Sintsova, burada yaşayan həmvətənlərimiz və
KİV təmsilçiləri iştirak ediblər.Əvvəlcə
Xocalı soyqırımı
qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən baş konsul İ.İskəndərov
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
qanlı səhifələrindən,
Xocalıda törədilmiş
soyqırımından və
erməni cəlladları
tərəfindən Azərbaycanın
işğal olunmuş
şəhər və
kəndlərdə törədilmiş
vəhşiliklərdən ətraflı bəhs
edib.M.Ağalarov və
digər həmvətənlərimiz
tədbirdə çıxış
edərək Xocalı
soyqırımının yalnız
Azərbaycan xalqına
qarşı deyil, bütövlükdə bəşəriyyətə
qarşı yönəlmiş
böyük hərbi cinayət olduğunu bildirib, dünya ölkələrini Xocalı
faciəsinin soyqırımı
kimi tanınmağa çağırıblar.Tədbirin sonunda Azərbaycan diasporunun gənc nümayəndələri Xocalı
soyqırımına həsr
olunmuş şeirlər
səsləndiriblər.
Xocalı faciəsinə
həsr olunmuş sənədli film nümayiş etdirilib.
İki
sahil.- 2019.- 26 fevral.- S.11