Ermənistanın yeganə qurtuluşu işğal etdiyi torpaqlardan çıxmaqdır

 

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:

 

- Siyavuş müəllim, YAP-ın İcra Katibliyində artıq bir neçə müddətdir ki, partiyanın rayon təşkilatlarının, ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirələr keçirilir. Bu müşavirələrin məqsəd məramı haqqında məlumat verməyinizi istərdik.

- Ümumiyyətlə, YAP-ın 8 min ərazi ilk partiya təşkilatları sədrləri 84 rayon, şəhər təşkilatı var. Həmin təşkilatlarda 740 min partiya üzvü birləşib. Təbii ki, 740 min partiya üzvünü bir yerə toplamaq bir qədər çətindir. Ona görə biz partiya üzvləri ilə işləyən ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsini keçiririk. Biz YAP-a ərazi ilk partiya təşkilatlarının sədrlərini dəvət edirik lazımi tapşırıqları veririk. Hətta elə rayon var ki, orada 100-160 ərazi ilk partiya təşkilatı var s. O baxımdan da biz bütün respublika üzrə ardıcıl şəkildə 8 min insanla görüşlər keçiririk. Onların vasitəsilə öz mesajlarımızı, fikirlərimizi, rəylərimizi, partiya Sədrinin siyasətini, təkliflərini, sözlərini yerli təşkilatların hər bir üzvünə çatdırırıq.

- Son dövrlər Azərbaycan dövləti mütəmadi olaraq müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu günlərdə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası da bu qəbildəndir. Bəs, siz bu kimi tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, qeyd etmək istərdim ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər silsilə xarakteri alıb. İstənilən mötəbər qurum tədbir keçirmək qərarına gəlirsə, bunu yalnız Azərbaycanda reallaşdırmaq istəyir. Gəlin görək bu, nədən irəli gəlir? Bu gün respublikamızın iqtisadi inkişafı, ölkəmizdə olan iqtisadi-siyasi sabitlik, xalq-iqtidar birliyi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanı güclü dövlətə çevirib. Bildiyiniz kimi, 24-26 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirdi. Həmin Forumda BMT-nin 200 üzvündən 193-ü iştirak edirdi. Demək olar ki, Ermənistan istisna olmaqla BMT- üzv olan bütün ölkələrin nümayəndələri Bakıda idilər. Bu, böyük bir göstəricidir. Bir sözlə, Azərbaycanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük bir Forum keçirildi. Bu gün Azərbaycan istənilən sosial layihələrə - iqtisadi layihələrə rəhbərlik edir. Ölkəmizdə milli, dini, etnik ayrı-seçkilik yoxdur hamıya bərabər şəkildə yanaşılır. Təbii ki, bütün bunları da dünya görür. Məhz bu baxımdan da dünyanın aparıcı təşkilatları dövlətləri mötəbər tədbirlərini (BMT, AŞ, ATƏT, aparıcı dövlət başçıları, NATO Rusiyaın hərbi rəhbərləri s.) Azərbaycanda keçirir. Azərbaycan artıq sabit bir ölkəyə çevrilib. Təbii ki, bütün bunların da əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyev, Onun apardığı siyasət hər bir dövlətə, vətəndaşa yanaşma prinsipi dayanır.

- Bu gün iqtisadi vəziyyəti ağır olan Ermənistanda Paşinyan hakimiyyəti çıxış yolu kimi ilk növbədə Rusiyadakı erməni vəsaitlərini ölkəyə cəlb etməkdə görür. Bu barədə siz düşünürsünüz?

- Ermənistanın baş naziri Nikol Paşinyan heç cür ölkəsini dirçəldə bilməyəcək. Bu gün işğalçı ölkənin heç bir çıxış yolu yoxdur. Ermənistanın yeganə yolu Türkiyə Azərbaycanla münasibətlərinin bərpa olunmasından keçir. Əgər onlar erməni xalqının, Ermənistanda yaşayan əhalinin güzəranının yaxşılaşmasını istəyirlərsə, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidirlər. Xalqların sülhə hazırlanması prosesi olduqca ağır prosesdir. Bu gün Azərbaycanda kifayət qədər insan öz ailə üzvlərini, yurd-yuvasını, mülkünü itirib ata-babasının məzarları darmadağın olub. Azərbaycanın xeyli sayda mədəni abidələri, məscidləri darmadağın edilib muzeylərimiz talan olunub. Bu mənada həmin proses çox ağırdır. Amma əvvəl-axır sülh prosesi təmin olunmalıdır. Əgər Azərbaycanın ərazi bütövlüyü təmin olunarsa, biz buna gedəcəyik.

- Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli partiyanın funksionerləri fəalları ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədiləxeyriyyə marafonuadı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər. Azərbaycanda sabitlik olduğu halda, bu kimi çağırışlar nədən xəbər verir?

- AXCP sədri Əli Kərimlinin onun ətrafınınxeyriyyə marafonuadı altında müxtəlif çağırışlar etməsi sırf onlara verilən tapşırıq əsasında həyata keçirilirdi. Xaricdə oturan erməni lobbisi Azərbaycanda keçirilən mötəbər tədbirlərin nüfuzuna xələl gətirməkdən, kölgə salmaqdan ötrü guyaxeyriyyə marafonuadı altında bu cür kampaniya təşkil edirdilər. Burada bir növ təxribat var idi. Onların təbirincə, guya Azərbaycanda vəziyyət elədir ki, artıq buradaxeyriyyə marafonu”na ehtiyac var. Bu gün Azərbaycanda kasıbçılığın, işsizliyin həddi minimuma çatıb, əməkhaqları artırılıb. Təsəvvür edin ki, bu insanlar ölkəmizdə əməkhaqları, pensiyalar artırılan zamanxeyriyyə marafonuadlı kampaniya təşkil edirlər. Aydın məsələdir ki, onlar verilən tapşırığı yerinə yetirməlidirlər nəticə etibarilə bu addımı atırlar. O baxımdan da bunlar həmişə müəyyən dairələrin tapşırıqlarını yerinə yetirməyə çalışan insanlardır. Məsələn, görürsən ki, cəbhə bölgəsində hansısa hadisə baş verən kimi onlar yenə ayaqüstədirlər hər bir olaya reaksiya verirlər. O baxımdan da bunlarınxeyriyyə marafonuadı altında müxtəlif çağırışlar etməsi sırf təxribat idi hüquq-mühafizə orqanları da bu təxribatın qarşısını aldı.

- Siyavuş müəllim, milli maraqlarımıza əks addımlar atan Sevinc Osmanqızı zaman-zaman Azərbaycan dövləti tərəfindən mənzillə mükafatlandırılan jurnalistləri çirkin niyyətinin hədəfinə çevirir. Sizcə, onun şər-böhtan kampaniyasının arxasında dayanır?

- Bu gün Sevinc Osmanqızı Amerikada müəyyən dairələrin, xüsusilə erməni dairələrinin təsiri altındadır. Bu insan bir şeyi dərk etmir ki, onun valideynləri erməni təxribatından ziyan çəkiblər. Beləcə, o dairənin marağını həyata keçirən insan birinci növbədə öz valideynlərinə xəyanət edir. Digər tərəfdən isə, jurnalistlərə mənzillərin verilməsinin nəyi pisdir axı? Bu gün dövlətimiz tərəfindən evsiz jurnalistlərə mənzillər verilir, onların ailəsi sevindirilir övladlarına şərait yaradılır. Onun fikrincə, guya jurnalistlər bununla ələ alınırlar. Burada heç bir jurnalistə qarşı ayrı-seçkilik belə yoxdur. Həmin mənzil alan jurnalistlər arasındaAzadlıqqəzetinin, “Yeni Müsavatqəzetinin əməkdaşları da olub. Mənzillər bərabər ədalətli şəkildə jurnalistlərə təqdim olunub. Artıq jurnalistlər üçün tikilmiş üçüncü binada son tamamlanma işləri gedir. Digər mənzillər kimi, burada da ədalətli şəkildə bölgülər olacaqdır. Bunun nəyi pisdir? İnsanların bir növ rahat şəkildə yazıb yaratmaları üçün şərait yaradılır. Bu şəraitin əleyhinə çıxmaq isə ən böyük düşmənçilikdir. Hesab edirəm ki, jurnalistlər kəskin şəkildə buna öz münasibətlərini bildirməlidirlər. Bu gün elə jurnalistlər var ki, 30-40 ildir ki, bu peşə ilə məşğuldurlar. Onların arasında evsizləri, ağır şəraitdə yaşayanları var s. Bu mənada hesab edirəm ki, Sevinc Osmanqızının hadisələrə başqa don geyindirməyi onun çirkin xislətindən xəbər verir.

Yeni Azərbaycan.- 2019.- 3 iyul.- S.6