UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi mühüm hadisədir

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:

 

- Jalə xanım, iyunun 30-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işinə başlayıb. Sizcə, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Bildiyiniz kimi, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

Bilirsiniz ki, sessiyanın açılış mərasimində respublikamızın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak edib. Mötəbər tədbirdə çıxış edən Mehriban xanım Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu deyib ümumdünya milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını söyləyib. Mehriban xanım diqqətə çatdırıb ki, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilib yenidən qurulub. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmləri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Musiqi xəzinəmizin inciləri olan muğam aşıq sənəti bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub.

- Ümumiyyətlə, Azərbaycan-UNESKO əməkdaşlığının hazırkı səviyyəsi haqqında deyə bilərsiniz?

- Təbii ki, beynəlxalq təşkilatlarla əlaqələr hər bir ölkə, o cümlədən Azərbaycan üçün çox əhəmiyyətlidir. Müasir dövrdə dövlətlərarası əlaqələr o dərəcədə inkişaf edib ki, fəaliyyətin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, mədəniyyət, elm təhsil sahələrində əməkdaşlıq ayrıca əhəmiyyət daşıyır. Bu səbəbdəndir ki, müxtəlif müstəqil dövlətlər BMT-nin ixtisaslaşmış qurumlarından biri olan UNESKO ilə əlaqələrə xüsusi önəm verirlər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan-UNESKO əlaqələri tamamilə yeni dinamika aldı. Tərəflər arasında əməkdaşlıq UNESKO-nun himayə etdiyi bütün istiqamətlər üzrə sürətlə inkişaf etdi. Bu siyasəti hazırda Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Eyni zamanda, bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu var.

Ümumiyyətlə, ölkəmiz BMT-nin Elm, Təhsil Mədəniyyət üzrə Təşkilatı olan UNESKO ilə əlaqələrə xüsusi önəm verir. Təşkilat üzv ölkələrə bir sıra sahələr üzrə yardımlardan bəhrələnmək imkanı verir. O cümlədən bu təşkilat təhsil, elm mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsində, maddi-mədəni irsin qorunmasında əhəmiyyətli rol oynayır.

Lakin burada bir incə məqam da vardır. UNESKO fəal üzvlərlə əməkdaşlıqdan daha çox faydalana bilir. Yəni məsələ yalnız BMT-nin bu ixtisaslaşmış qurumunun yerinə yetirdiyi missiyada deyil. Başlıca şərt üzv dövlətin fəal iştirakı xoşməramlı mövqe tutması ilə bağlıdır. Bu aspektdə heç bütün üzvlər eyni qiymətləndirilmir. Azərbaycan isə bu istiqamətdə digərlərindən müsbət mənada fərqlənir.

Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Bu Fondun dəstəyi ilə milli mədəniyyətimizin qorunması təbliği sahəsində böyük layihələr həyata keçirilib. Bunlara muğam müsabiqələri, uşaq musiqi festivalları, caz festivalı digər mədəni tədbirlər aiddir. Yəni Mehriban xanım Əliyeva Azərbaycan-UNESKO əlaqələrini düşünülmüş kurs üzrə, ardıcıl davamlı olaraq inkişaf etdirib. Bu proses indi uğurla davam edir ölkəmiz bundan böyük faydalar götürür. Mədəniyyətimiz dünyanın bütün ölkələrində artıq tanınır.

2004-cü ildə yaradılan Heydər Əliyev Fondu da illərdir ki, çoxşaxəli geniş fəaliyyəti ilə dünyada böyük maraq doğurur. Mütəmadi olaraq Azərbaycanda xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası ilə bağlı layihələr reallaşdıran Fond dövlətçiliyin möhkəmlənməsi mədəniyyətin təbliği sahəsində olduqca əhəmiyyətli missiya yerinə yetirir. Heydər Əliyev Fondu məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının, elmi, mədəni sosial mərkəzlərin açılması sahəsində kifayət qədər fəaldır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıdan proqramların reallaşdırılması UNESKO ilə əməkdaşlığın çox mühüm aspektini təşkil etməkdədir.

Mehriban xanım Əliyeva mədəniyyətlərarası əlaqələrin inkişafında, ölkəmizin zəngin mədəniyyətinin qorunması, müxtəlif mədəniyyət nümunələrinin öyrənilməsi sahəsində göstərdiyi xidmətlərinə görə 2004-cü il avqustun 13-də UNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu hadisə, sadəcə, böyük xidmətləri olan bir şəxsiyyətin layiq olduğu qiyməti alması deyildi, həm Azərbaycan-UNESKO əlaqələrində inkişafın yeni mərhələsinin təsdiqi idi. Çünki Mehriban xanım Əliyeva sistemli, konseptual düşünülmüş fəaliyyəti ilə Azərbaycanla UNESKO-nun əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldə bildi.

Bütövlükdə, tərəflər arasında əməkdaşlıq daha sistemli olmaqla yanaşı, əhatə dairəsi genişlənir. Artıq Azərbaycan dünyanın istənilən regionunda təşkil edilə biləcək tədbirlərin təşəbbüskarı ola bilir. Bu mənada UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının da ölkəmizdə keçirilməsi mühüm hadisədir.

- Azərbaycanın bir çox mədəni irs nümunələri işğalçı Ermənistan tərəfindən dağıdılıb. Bu məsələ ilə bağlı Azərbaycan UNESKO çərçivəsində hansı addımları atır?

- Ermənistan işğal olunmuş ərazilərimizdə yerləşən tarixi-mədəni abidələrimizə qarşı vandalizm həyata keçirib. Əlbəttə ki, Azərbaycan dövləti bu faktın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli aparır. Bu baxımdan, UNESKO mühüm beynəlxalq tribunadır.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Mehriban xanım Əliyeva çıxışı zamanı Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi memarlıq abidəsinin dağıdıldığını vurğulayıb.

Ölkəmiz təşkilat qarşısında hər zaman bu məsələni qaldırır lazımi faktları təqdim edir. Lakin Ermənistan həmin ərazilərdə UNESKO-nun hər hansı monitorinqinin aparılmasını əngəlləyir. Bu da işğalçı dövlətin mahiyyətini bir daha ortaya qoyur. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bundan sonra da işğalçı Ermənistanın əsl mahiyyətini dünyada ifşa etmək istiqamətində siyasətini davam etdirəcək.

 

İki sahil.- 2019.- 3 iyul.- S.11