Müasir Azərbaycan
tarixinin son 50 ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Milli
Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa
Həbibbəyli İkisahil.TV-yə açıqlamasında
bildirdi ki, 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi böyük bir
dövrün başlanğıcıdır. O zamankı Sovet
İttifaqının ən
ucqar respublikalarından
biri kimi səciyyələnən Azərbaycanda
idarəetmədə çoxlu
nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit
şəffaflıqdan uzaq
düşmüşdü. Bütün sahələrdə
tənəzzül baş
alıb gedirdi. Belə bir vaxtda
Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi
Vətənimiz və
xalqımız üçün
sözün əsl mənasında tərəqqi
və yüksəliş
erasının əsasını
qoydu. Hələ gənclik illərindən
əmək fəaliyyətinə
başlayan, 1944-cü ildən
1969-cu ilədək Dövlət
Təhlükəsizlik Komitəsində
sıravi əməkdaşdan
sədr vəzifəsinə
qədər şərəfli
yol keçən, bu orqanın milliləşməsində, respublikamızın
mənafelərinə
xidmətə yönəlməsində ciddi və sistemli
tədbirlər həyata
keçirən Heydər
Əliyev alicənab şəxsiyyəti, dərin
vətənpərvərliyi, müdrikliyi, idarəetmə
bacarığı, yorulmaz
fəaliyyəti ilə
böyük şöhrət
qazanmışdı. Belə
bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün
yeganə düzgün
yol idi. Qısa müddətdə
Heydər Əliyev bütün xalqı vahid amal - respublikanı
düçar olduğu
böhranlı vəziyyətdən
çıxarmaq üçün
birgə fəaliyyət
ideyası ətrafında
səfərbər edə
bildi. Bu məsul vəzifəyə
seçilməsini sonralar
Ulu Öndər özü belə dəyərləndirmişdi: “Taleyimdəki
bu dəyişiklik mənə öz xalqıma, millətimə
daha çox, daha yaxşı xidmət göstərməyim
üçün şərait
yaratdı”.”
İsa Həbibbəyli diqqətə
çatdırdı ki,
1969-cu ildən başlanan
böyük quruculuq və yüksəliş mərhələsi qısa
müddətdə Azərbaycanı
bütün sahələrdə
geniş tərəqqi
yoluna çıxardı.
1969-cu ildən 1982-ci ilə
qədər ölkədə
250 zavod, fabrik və sex tikilərək, 2 milyondan artıq vətəndaşın
mənzil təminatı
həll olundu. Bu dövrdə Azərbaycanın
şəhər və
kəndlərində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı
12-dən 17-yə, təhsil alan tələbələrin
sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdır.
Əsası qoyulan təhsil ənənələri sırasında respublikada
zəruri ixtisaslara yiyələnmələri üçün
azərbaycanlı gənclərin
keçmiş SSRİ-nin
qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi
praktikası xüsusi
yer tutub. Əgər 1969-cu il üçün Azərbaycandan
kənarda təhsil almağa cəmi 47 nəfərin göndərilməsi planlaşdırılırdısa və bunların əksəriyyəti qeyri-azərbaycanlı
olurdusa, artıq 80-ci illərin əvvəllərində
1000-1400 nəfər respublikadan
kənarda təhsil almağa göndərilirdi
və onların böyük əksəriyyətini
azərbaycanlılar təşkil
edirdi.
Ulu öndər
Heydər Əliyev
70-ci illərdə Azərbaycan
paytaxtında və digər şəhər və rayonlarda tanınmış mədəniyyət,
ədəbiyyat və
elm xadimlərinin abidələrinin ucaldılmasına
nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi
idi ki, 70-ci illərdə Məşədi
Əzizbəyovun, Nəriman
Nərimanovun, Qəzənfər
Musabəyovun, İmadəddin
Nəsiminin, Cəfər
Cabbarlının, Hüseyn
Cavidin, Mehdi Hüseynzadənin, Səttar
Bəhlulzadənin və
başqa görkəmli
soydaşlarımızın
abidəsi qoyulmuşdu.
Həmçinin respublikamızda
mədəniyyətin, incəsənətin
inkişafına davamlı
töhfələr verildi.
Azərbaycanın bir çox dəyərli elm, mədəniyyət, incəsənət adamları
o dövrün ən yüksək fəxri adlarına layiq görüldülər. Bütün
bunların hamısı
ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısında
möhtəşəm xidmətləridir
ki, bunların sayəsində respublikamız
böyük bir inkişaf mərhələsi
keçdi”.
Akademik qeyd
etdi ki, müstəqil Azərbaycanın
formalaşması, qüdrətinin
artması missiyası
da ulu öndər
Heydər Əliyevin əzəmətli çiyinləri
üzərində qərar
tutmalı oldu. O xatırlatdı ki,
1990-cı illərin əvvəllərində
Sovet İttifaqının
dağılması nəticəsində
Azərbaycan öz müstəqilliyini əldə
etdi: “Amma
yenə də ölkəmizin real müstəqil dövlət
kimi formalaşması
ulu öndər Heydər Əliyevin xidməti kimi tariximizə yazılıb.
1990-cı illərin əvvəllərində
Azərbaycan müstəqillik
əldə etdikdən
sonra o dövrün hakimiyyəti Azərbaycanın
müstəqil dövlət
kimi formalaşmasını təmin
etmək iqtidarında
deyildi. 1993-cü ildə
xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı
dağılmaq, parçalanmaq
və məhv olmaq təhlükəsindən
xilas etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ölkəmizi
mövcud problemlərdən
xilas etdi. Bu gün əldə
etdiyimiz nailiyyətlər
Heydər Əliyev siyasətinin nəticəsidir.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2019.- 9
iyul.- S.9