Ecazkar səsin
möcüzəsi
Səsin də güllər kimi təravəti, rayihəsi, rəng çalarları var. Həm də insanın ruhuna sirayət edəcək təsir gücündə. Səs var göy çaları ruhunu alıb asimanın zənginliyinə aparır, yaşıl çiçəyi bar tutan ümidlər kimi könüldə arzu gerçəkliyi yaradır. Ağ rəngli paklıq simvolu, vüsal sevinci, qarası hicran sorağı, bir də ecazkar səs həyat ərməğanı olmur. Könüllər ovsunlayan, ürəkləri oxşayan, qəlbləri riqqətə gətirən səs... Avaz Tanrı bəxşidi, İlah qismətidir.
Fərqli ifa tərzi ilə muğam sənətinə yeni səs, yeni nəfəs gətirən, onu zənginləşdirən, musiqi mədəniyyəti tariximizdə özünəməxsus xidmətləri olan sənətkarlarımızdan biri idi, Hüsnü Qubadov. O, Tanrının xalqımıza bəxş etdiyi seçilmişlərdən idi.
Hüsnü Qubadov 1922-ci ildə Ordubadın Disər - indiki Başkənd kəndində dünyaya göz açıb. Böyüyüb boya-başa çatdığı mühit onda musiqiyə həvəs yaradıb. Məhz ona görə də ifaçılığa çox erkən çağlardan maraq göstərib. Ancaq müəyyən səbəblər üzündən musiqi təhsili ala bilmir. Buna baxmayaraq el şənliklərində yaxından iştirak edir, xalq arasında dərin hörmət qazanır və çox tez tanınır. Sonradan xalq artisti İbrahim Həmzəyevin yaratdığı dram dərnəyinə üzv olur. Xalq şairi S. Vurğunun “Vaqif” dramının tamaşasında xanəndə rolunda çıxış edir.
1958-ci ildə keçirilən respublika müsabiqəsində uğur qazanır. Kor Ərəbin mahnısını ifa edir və birinci yerə layiq görülür. Həmin uğurlu çıxışdan sonra münsiflər heyətinin sədri, ölməz sənətkarımız “Niyazi” sənin yerin opera teatrıdır-deyir.
1960-cı ildə Ordubad rayonundan deputatlığı irəli sürülən bəstəkar Səid Rüstəmovun seçicilər ilə görüşü olur. Görüşdən sonra keçirilən konsertdə Hüsnü Qubadov da oxuyur. Səid Rüstəmov məlahətli səs sahibinin ifasına heyran qalır və onu özü ilə Bakıya gətirir. Elə həmin il xanəndə Azərbaycan Dövlət Opera və Balet Teatrında işə düzəlir.
Kənan Rzayev - sənət dostu:
Onda olan səs bütün dinləyiciləri valeh edirdi. Bəstəkar Səid Rüstəmovla dünya şöhrətli müğənni Bülbül Naxçıvana gəlmişdi. Hüsnü Qubadovla mən birlikdə bir neçə mahnı ifa etdik. Hüsnü tədbirdə Hüseyn Cavidin “Şeyx Sənan” pyesindən “Kor ərəb”in mahnısını ifa etdi. Onun ifası böyük alqışlara səbəb oldu. Böyük sənətkarlar onu Bakıya işə dəvət etdilər. Hüsnü Qubadov Opera və Balet Teatrında işə başladı.
Belə deyə bilər ki,
gözəl səs və musiqi mələklərin
dilidir. Hüsnüdə belə bir səs
var idi. Onun ifa etdiyi mahnılar, yaratdığı obrazlar
camaat tərəfindən
yaxşı qarşılanırdı.
Musiqi təhsili olmasa da ifa etdiyi
xalq mahnılarını
və muğamları
mikrafonsuz oxumağı
bacarırdı. Bu doğrudan da Hüsnüyə gözəllik
gətirirdi. Övladları
Xanlar, Bəylər atalarının yolunu davam etdirirlər. Düzdür,
Hüsnünün səsi
qədər səsləri
olmasa da, amma sənəti sevirlər. Ona tanrı bəxşişi,
İlahi vergisi səsi Ulu Tanrı
vermişdi.
Səhnədə ilk rolu rejissor Soltan
Dadaşovun ona etibar etdiyi “Leyli və Məcnun”
da İbn Səlam olur. Ondan sonra
opera tamaşalarında bir-birindən
maraqlı və yaddaqalan obrazlar yaradır. “Aşıq
Qərib”də Aşıq
Qərib, “Şah İsmayıl”da Çapqınçı
kimi rolların öhdəsindən məharətlə
gəlir. O, Azərbaycan
Dövlət Opera və
Balet Teatrında çalışdığı 30 ildə görkəmli sənətkarlardan Bəhruz
Kərimov, Rübabə
Muradova, Mais Salmanov, Rəsmiyyə Sadiqova, Arif Babayev kimi sənətkarlarla
eyni səhnəni paylaşır. Dost və yoldaşların arasında səmimiyyəti,
xoş rəftarı,
xeyirxahlığı ilə
seçilir. Haqqında söz
düşəndə sənət
dostları bu gün elə onu xoş xatirələrlə
yada salırlar.
Xalq artisti Arif Babayev
Hüsnü Qubadov haqqında deyib:
- Ecazkar ifa tərzi,
güclü səsi olar. Hüsnü Qubadovun opera səhnəsinin
tarixində təkrar olunmayan rolları qaldı. O, həm də səmimi, gözəl ata idi.
Xalq artisti Canəli Əkbərov 30 il
bir səhnədə çalışdığı sənətkarla bağlı
fikirlərini belə ifadə edib:
- Hüsnünün səsində
dolğunluq, bitkinlik, tamlıq var idi. Gözəl ifasında çalarlar,
notlar zənginliyi ilə seçilirdi.
Onunla birgə Azərbaycanı qarış-qarış gəzmişdik.
Doğulduğu bölgəyə xas şirinlik səsindəki məlahəti
daha da artırır,
xüsusən rəng
verərdi. Hüsnü Qubadovun
öhdəsindən məharətlə
gəlibdi.
Onun müğənni
kimi səsi hamımızın xoşuna
gəlirdi. Məlahətli, gözəl səsi
ilə uğur qazanmışdı. Bu gün də nəinki mən, hətta bütün Ordubad əhli Hüsnünün gözəl
ifalarını dinləyir.
H. Qubadovun ata-babası da musiqiçi olub. İfaçılıq istedadı bu
məsələdə irsən
yaşayır. Musiqi sərgisi
ondan da övladlarına keçir.
O, 1949-cu ildə ailə
qurur. 2 qız,
3 oğul atası idi. 1960-cı illərdə o, övladlarını
da özü ilə el şənliklərinə
aparırdı. Məlahətli
səsi ilə insanın hiss və duyğularına güclü
təsir edən H. Qubadov ömrünün 32
ilini sənətə,
opera və balet teatrına həsr edir. Onun ifasında
“Şuşa yaylağı”,
“Üçtelli durna”,
“Naxçıvan”, “Ceyran”
və sair mahnıları
hər zaman geniş tamaşaçı
kütləsi tərəfindən
alqışlarla qarşılanıb.
Maraqlı ifa tərzi
ilə tamaşaçı
və dinləyici qəlbinə hökm kəsilməyi bacarıb.
Bəylər Qubadov-oğlu:
-Atamla bərabər tez-tez teatr tamaşalarına
gedir, onun maraqlı ifalarından zövq alırdım. Atam məni el şənliklərinə,
toylara da aparırdı. Atamın təmiz
səsi var idi. O səs hələ də qulaqlarımda səslənir.
Onun özünəməxsus
ifa tərzi, səsinin bənzərsiz ahəngi, həzin kövrək zəngulələri
insan ruhunu titrədir, sehrinə, ovsununa salır. O səsin
cazibəsindən çıxa
bilmirsən, elə
hey dinləmək, dinləmək
istəyirsən.
Anar Qubadov-nəvə:
-O, böyük sənətkar
idi. Əvvəlcə kənddə çobanlıqla
məşğul olub.
Onun səsində olan məlahət təbiətin
al-əlvan rənglərindən
götürülüb. Babam dağda tütək səsi ilə qoyun-quzu otara-otara mahnılar oxuyub. İstədiyi məqama yüksəlib.
Nənəm Ordubaddan Bakıya
gələndə babam
onu özü ilə tamaşaya aparır. İstəyir ki, nənəm
onun oynadığı
tamaşaya baxsın.
Babam İbni Salamın Leyliyə olan məhəbbətini tamaşada
göstərəndə nənəm
dərindən sarsıntı
keçirir və bir daha özünə
gələ bilmir.
O hadisə babamın həyatında çox çətinliklər yaradır.
Babam nənəm ilə uşaqlarına baxmalı
olur.
H.Qubadovun bir qədər gur, həzin səsi kəndin dağlarını tapıb
sanki. O dağlarda onun səsi sanki bu gün
də əks-səda verir. O səmimi qəlbə malik aktyor, müğənni idi. O, Naxçıvan MR Əməkdar artisti fəxri adına
layiq görüldü.
Qəlbi
nəğmələrlə çağlayıb coşmuş,
səsində bir elm, bir elatın gözəlliklərini yaratmış
Hüsnü Qubadov bu gün də
xatirələrdə yaşayır.
Adilə Səfərova,
Əməkdar mədəniyyət işçisi, Jurnalist
İki sahil.-2019.- 19 iyul.- S.12.