“Jara-2019” festivalının
iştirakçıları qırmızı xalı üzərindən
keçiblər
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri
qonaqları arasında olub
İyulun
25-də Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində
“Jara-2019” Beynəlxalq Musiqi Festivalı
iştirakçılarının qırmızı xalı
üzərindən keçidi olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında olub.
Aparıcının “Musiqi dünyanı daha gözəl edir. Necə fikirləşirsiniz, bu il daha yaxşı olacaq?” sualına cavabında Leyla Əliyeva deyib:
-Fikrimcə, ildən-ilə daha yaxşı olur. Dünya yaxşılaşır. İnşallah, hər şey həddən artıq yaxşı olacaq.
Aparıcı: Çox sağ olun. Ən sevimli mahnınız hansıdır? Siz onu eşidəndə dərhal zümzümə edirsinizmi?
Leyla Əliyeva: Hər dəfə
müxtəlif cür olur.
Son vaxtlar
mən meditasiyada sufi musiqisini
dinləyirəm. Ancaq bilmirəm
niyə. Bu, sadəcə qeyri-reallıqdır.
Ümumiyyətlə isə Faiq Ağayevi çox bəyənirəm. Əfsuslar olsun
ki, o, bu gün çıxış
etmir. Onun “Sən gəlməz
oldun” mahnısı çox xoşuma gəlir.
Aparıcı: Leyla xanım, bəs Bakı sizdə hansı mahnı ilə assosiasiya yaradır?
Leyla Əliyeva: Bizim o qədər mahnılarımız
var ki... Bakı məndə musiqi, sevgi və sevinclə
assosiasiya yaradır.
Əlbəttə ki, Müslüm
Maqomayevin “Azərbaycan”ı
nömrə birdir.
Bəli.
Ümidvaram ki, bundan sonra daha çox
musiqi olacaq. Çünki bizim xalqımız
musiqi qabiliyyəti olan xalqdır. Musiqi isə ürəkdən gəlir, yaradandan gəlir. Yaradıcılıq sözü “yaradan”
sözündəndir. Mənə elə gəlir ki, bu, dünyanı
daha yaxşı edir.
Aparıcı: Zəhmət olmasa
deyin, bu gün hamı “Jara” festivalının ruhundan danışır. Sizcə festivalın ruhu nədədir?
Leyla Əliyeva: Əlbəttə
ki, insanlardadır, sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır.
Sağ olun.
Qırmızı xalıdan Emin Ağalarov, Filipp Kirkorov, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Elina Çaqa, Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani Lopak, Lolita, Sergey Lazarev, Albina Canabaeva, Maks Barskix, Olqa Buzova, Alessandro Safina, Mişa Romanova, Çingiz Mustafayev, A’Studio, NK, MONATIK, Artik & Asti, Mozgi, Qlyuk’oza, Vremya & Steklo qrupları və başqaları keçiblər.
Emin Ağalarov “Jara” festivalının hazırlıq işlərinə həmişəki kimi bir il vaxt sərf olunduğunu bildirib. O qeyd edib ki, builki festival çərçivəsində də maraqlı ifalar, duetlər olacaq. Ümumilikdə festivalda dörd gün ərzində 250-dək ifaçı çıxış edəcək. Festivalın bu il də əla keçməsi üçün əlimizdən gələni etmişik.
“Jara-2019”un qırmızı xalı üzərindən keçən digər iştirakçıları da festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan məmnunluqlarını ifadə ediblər. Onlar festivalı bütün il ərzində səbirsizliklə gözlədiklərini söyləyib, Azərbaycan xalqının qonaqpərvər olduğunu və bu tədbirdə məmnuniyyətlə oxuyacaqlarını bildiriblər.
Sonra “Jara-2019” festivalı başlayıb.
Festivalın
təşkilatçıları müğənni və bəstəkar,
Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar
artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon”
mükafatının təsisçisi Sergey Kojevnikovdur.
İki sahil.-2019.- 26 iyul.- S.4.