Sona Əliyeva:
Milli Yaylaq Festivalı xalqımızın
çoxəsrlik adət-ənənələrini
özündə əks
etdirdi
“Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə
sahibdir. Milli-mənəvi
dəyərlərimizin xalqımızın
formalaşmasına təsiri
ilə yanaşı, milli dövlətçiliyimizin
möhkəmləndirilməsində də xüsusi rolu var. Gədəbəy
rayonunda keçirilən
ilk Milli Yaylaq Festivalı da xalqımızın çoxəsrlik adət-ənənələrini
özündə əks
etdirdi”. Bu fikirləri yap.org.az saytına
Milli Məclisin deputatı Sona Əliyeva deyib.
S.Əliyeva bildirib
ki, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin
dərindən öyrənilməsi
və araşdırılması
müasir cəmiyyətimizin
prioritet istiqamətlərindən
biridir. Onun sözlərinə görə,
bu gün Azərbaycan müasir, dünya birliyinə sürətlə inteqrasiya
edən bir ölkədir. Təbii ki, müasir dünyada sürətlə
davam edən qloballaşma prosesi bizim ölkədən də yan keçməyib.
Buna baxmayaraq, biz qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı,
bu dəyərlərə
sadiq olmalı, gənc nəsli vətənpərvərlik ruhunda
yetişdirməliyik. Hər
bir ölkə və xalq üçün
onun milli-mənəvi
dəyərləri hər
şeydən üstün
tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir.
“Bu gün müasir Azərbaycan Ümummilli Liderimiz Heydər Əiyevin siyasi kursunun layiqli davamçısı Prezidentimiz
cənab İlham Əliyevin rəhbərliyi
ilə gələcəyə
doğru inamla addımlayır. Ölkəmiz
iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük
uğurlara imza atır. Azərbaycan
mötəbər beynəlxalq
tədbirlərə, idman
yarışlarına, forumlara
ev sahibliyi edir. Bütün bunların fonunda
Milli Yaylaq Festivalının keçirilməsi
Azərbaycan xalqının
zəngin və çoxəsrlik mədəni
irsinin, yüz illərlə formalaşmış
yaylaq və elat mədəniyyətinin,
nadir mədəniyyət
nümunələrinin və
tarixi abidələrinin
nümayiş etdirilməsi
və turizm potensilaının nümayiş etdirilməsi
məqsədi daşıyır.
Bu kimi tədbirlər
tariximizi yaşadır.
Eyni zamanda, hesab edirəm ki, bundan sonra
həmin bölgəyə
turist axını daha da artacaq”-deyə, S.Əliyeva vurğulayıb
Iki sahil.- 2019.- 31
iyul.- S.10