Kamilə Əliyeva:
Belə tədbirlər
ölkəmizə turist
axınının gücləndirilməsi
üçün əlavə
imkandır
“Milli
Yaylaq Festivalı kimi tədbirlərin davamlı olaraq
keçirilməsinə ehtiyac var. Olduqca
maraqlı bir festival idi”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib
ki, festival üçün Gədəbəy
rayonunun seçilməsi
çox uğurludur. Çünki nəinki Azərbaycanın, hesab edirəm ki, dünyanın ən gözəl, ən füsunkar bölgələrindəndir.
Gözəl, əsrarəngiz
təbiətə malikdir.
“Yəni, həm
tarixilik, həm gözəllik, həm zənginlik baxımından
Festival üçün
məhz Gədəbəyin
seçilməsi çox
uğurlu variantdır.
Hesab edirəm ki, bu Festival
həm də ölkəmizin, onun adət-ənənələrinin, keçmişinin, zənginliyinin
təbliği deməkdir.
Burada olan insanlar, yaxından-uzaqdan gələnlər bir daha Azərbaycanın tarixi, keçmişi, ədət-ənənələri ilə tanışlıq imkan əldə edirlər. Bu, eyni zamanda turizmin
inkişafı, ölkəmizə
turist axının gücləndirilməsi üçün
əlavə bir şans, imkandır. Ona görə bundan yararlanmalı, ölkəmizi təbliğ
etməli, bu Festivalın ənənəvi
hal almasına çalışmalıyıq”-deyə, deputat qeyd edib.
İki sahil.- 2019.- 31
iyul.- S.5