Qəbələ XI Beynəlxalq Musiqi Festivalına hazırlaşır
Qədim
Qəbələ şəhəri Heydər Əliyev Fondunun
möhtəşəm beynəlxalq layihəsi olan musiqi
festivalına yenidən ev sahibliyi edir. Fondun
təşkilatçılığı, Mədəniyyət Nazirliyinin
və “Gilan Holdinq”in dəstəyi ilə iyulun 31-də axşam saatlarında XI Qəbələ Beynəlxalq
Musiqi Festivalına start veriləcək. Avqustun 5-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən
görkəmli musiqiçilər,
kamera və simfonik orkestrlər, solistlər və dirijorlar çıxış
edəcəklər.
Festivala hazırlıq üzrə
təşkilat komitəsinin
üzvü, rayon icra hakimiyyəti başçısının müavini
Ətayə Osmanova bildirib ki, Qəbələ
Beynəlxalq Musiqi Festivalı ölkəmizin
musiqi ənənələrinin
dünyada tanıdılması
üçün çox
yaxşı vasitədir.
Əvvəlki illərdə
olduğu kimi, festivala hazırlıq işləri bu il də
yüksək səviyyədə
təşkil olunub. Tədbirlərin keçiriləcəyi
məkanlar, Heydər Əliyev Konqres Mərkəzinin və Qəbələ Rayon Mədəniyyət Mərkəzinin
konsert zalları tam hazır vəziyyətə gətirilib.
Qəbələli musiqisevərlər
festivalın başlanmasını
böyük səbirsizliklə
gözləyirlər.
Musiqi festivalının
proqramına uyğun olaraq, iyulun 31-də axşam Mədəniyyət
Mərkəzinin zalında
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının Tələbə
simfonik orkestrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunacaq. Cavad Tağızadənin dirijorluğu ilə gerçəkləşəcək konsertdə solistlər Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Rəsul Əliyev (fleyta), Nəzrin Aslanlı (violin), Safura Aslanova (vokal), Məmmədəli Paşazadə
(klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini
ifa edəcəklər.
Təntənəli açılış mərasimi
avqustun 1-də axşam
saatlarında Mədəniyyət
Mərkəzində reallaşacaq.
Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar
qarşısında geniş
konsert proqramı ilə çıxış
edəcək. Əməkdar
incəsənət xadimi,
professor Fəxrəddin
Kərimovun dirijorluğu
ilə keçəcək
konsertdə Xalq artistləri Ülviyyə
Hacıbəyova (piano)
və Yeganə Axundova (piano) səhnəyə çıxacaqlar.
Festival günlərində musiqisevərlər, həmçinin
“Kiyev virtuozları” simfonik orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, “Naz-nazı” muğam qrupunun, xarici ölkələrdən gələn
tanınmış ifaçıların
çıxışlarını izləmək imkanı əldə edəcəklər.
İki sahil.- 31 iyul.-
S.8