Qriqori Leps: JARA festivalının uğuru
Azərbaycanın qonaqpərvərliyi
ilə əlaqədardır
:
JARA 2019 beynəlxalq
musiqi festivalının
təşkilatçılarından biri, Rusiyanın əməkdar artisti Qriqori Leps layihənin
yekunlarını şərh
edib.
Q.Leps
Trend-ə bildirib ki, festivalın uğuru Azərbaycanın qonaqpərvərliyi
ilə əlaqədardır:
“Bakı mənim
üçün gözəlliyin
və müğənnilərə
gözəl münasibətin
etalonudur. Bu, yaradıcı
insanlar üçün
çox vacbidir.
Əla təşkilatçılıq, xidmət, parlaq səhnə nömrələri,
gözəl mətbəx,
möhtəşəm tamaşaçılar
və bir çox digər amillər festivalın gələcək inkişafını,
onun daha geniş beynəlxalq miqyasını müəyyən
edir”.
Qeyd edək ki, festival iyulun 25-i sənətçilərin hitlərini
səsləndirdikləri qala-konsertlə
başlayıb. İkinci
gündə, 90-cı illərin
ulduzları çıxış
edib, qonaqlara Qriqori Leps, Stas
Mixaylov və "Lyube" qrupunun yaradıcılıq gecələri
təqdim edilib. Üçüncü "sıfır"
hitlərin günü
olub. Dördüncü
gün Z-nəsilə
həsr olunub. Z nəsil - dünyada
1995-2012-ci illərdə anadan
olmuş bir nəsil üçün istifadə olunan bir termindir.
İki sahil.- 2019.- 31 avqust.- S.8