Naxçıvanda xalçaçılıq: tarixdə günümüzdə

 

Naxçıvanda xalçaçılıq: <b style="color:red">tarixdə günümüzdə </b>

Xalçaçılıq Azərbaycanın milli mədəni sənətidir. Azərbaycanda xalq yaradıcılığının ulu örnəklərindən, xalçaçılıq sənətinin gözəl nümunələri sırasında Naxçıvan xalçaları da var.

 

Burada dekorativ-tətbiqi sənətin qədim növlərindən sayılan xalça xalça məmulatının toxuma ənənələri əsrlər boyu qorunub saxlanılıb, inkişaf etdirilib, xalqımızın məişətində həyatında mühüm rol oynayıb. Naxçıvanda xalçaçılıq sənətinin çox qədim tarixə ənənələrə malik olmasını bu diyarda aparılan arxeoloji qazıntılar sübuta yetirib. Tariximizdə xüsusi yer tutması ilə yanaşı, bu bədii dekorativ sənət nümunələrimiz dünya bazarlarında da geniş şöhrət qazanıb. Təsədüfi deyildir ki, bir çox xarici ölkə muzeylərində, şəxsi kolleksiyalarda bu gün Naxçıvan xalçaları saxlanılır. Xalqımızın məişət ehtiyacından doğan estetik zövqün, yaradıcı təxəyyülünün məhsulu, maddi-mədəniyyət tariximizin ilkin zamanlarından bu günümüzədək davam inkişaf etdirilən sənət nümunələrinin gözəl örnəkləri öz bənzərsizliyi ilə yanaşı, qədimliyi ilə bizləri heyrətləndirir. Naxçıvan ərazisində aparılan arxeoloji qazıntıların nəticəsi sübut edir ki, bu ərazinin aborigenləri hələ qədim zamanlardan toxuculuq xalçaçılıqla məşğul olublar. I Kültəpə ərazisində arxeoloji qazıntılar zamanı Neolit Eneolit dövrünə aid toxuculuq məmulatların, Tunc dövrünə aid toxuculuq dəzgahlarının tapılması bu sənətin qədimliyindən xəbər verir. Bundan başqa, Ovçular təpəsində aparılan qazıntılar zamanı toxuculuqda istifadə olunan bizlərin aşkarlanması, habelə Ordubad rayonunda yerləşən Plovdağ, Sumbatan Xaraba-Gilan ərazisində aparılan arxeoloji qazıntılar zamanı bir sıra maddi-mədəniyyət məmulatları arasında parça xalça qalıqlarına rast gəlinməsi ərazinin digər yerlərindən tapılan bu cür nümunələr Naxçıvanda xalça sənətinin qədimliyini sübut edən əyani dəlillərdir.

 

Azərbaycan sənətkarlığının yüksək səviyyədə inkişaf etdiyi orta əsrlər dövründə Naxçıvan xalçalarının da özünəməxsus dəsti-xətti olub. Təsadüfi deyildir ki, XII-XIII əsrlərdə Azərbaycanda olan əcnəbi alim səyyahlar da burada yüksək keyfiyyətli xalçaların toxunduğunu bir sıra ölkələrə ixrac olunduğunu bildiriblər. Bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da XVI-XVII əsrlərdə süjetli xalçalar əsasən ovçuluq səhnələrini əks etdirən xalçalar toxunub ki, bu xalçalardan biri hazırda İngiltərədə, London şəhərinin Viktoriya Albert muzeyində nümayiş etdirilir. Naxçıvanda toxunulan ən qədim xalça növlərindən biri Zili hesab edilir. Bu yerdə Zili xalça ilə bağlı bir bayatı da yada düşür:

 

Hanamdakı zilidi,

Allı-əlvan güllüdü.

Yerin-yurdun sorsanız,

Azərbaycan elidi.

 

Tədqiqatçı alimlərin fikrincə, Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq ən yüksək inkişaf dövrünə qədəm qoyub. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin, xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarıb. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu (xalı, gəbə, xalça, canamaz) xovsuz (zili, vərni, şəddə, palaz, kilim) xalça məmulatları istehsal edilib.

 

Təəssüflər olsun ki, sovetlər dönəmində məqsədli şəkildə mədəni irsimiz, milli dəyərlərimiz qorunmayıb, öyrənilməyib. Bu cəhətdən xalçaçılıq sənəti kənarda qalıb. Lakin müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında digər sahələr kimi, xalçaçılığa olan münasibət kökündən dəyişdi, bu sahənin bərpası istiqamətində zəruri tədbirlər həyata keçirildi. Naxçıvan Dövlət Xalça Muzeyi yaradıldı. Naxçıvan şəhərində, muxtar respublikanın müxtəlif yaşayış yerlərində xalçatoxunma müəssisələri, bu sənəti öyrədən kurslar, dərnəklər açıldı. "Naxçıvan xalçaları", "Naxçıvan xalçaçılığı: ənənə müasirlik" kitabları çap olundu.

 

9 aprel 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasında Xalça sənətinin qorunması inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzaladı Sərəncamla Tədbirlər Planı təsdiq edildi. Həmin sənəd maddi mədəni irsin qorunması davamlı inkişafına qayğının ən bariz nümunəsidir. Əsas məqsəd muxtar respublikada xalçaçılıq sahəsində maddi mədəni irsin qorunması davamlı inkişafı, xalçaçılığın xammal təminatının yaradılması, yeni yerləri yaradılmasının dəstəklənməsi, xalçaçılıq sahəsində, o cümlədən, yun tədarükü emalı, yun ipliklərin istehsalı üzrə ixtisaslı kadr hazırlığının həyata keçirmək, xalçaçılığın rəqabət qabiliyyətinin ixrac potensialının artırılması, Naxçıvanın tarixi xalçaçılıq mərkəzinə xas olan qədim çeşnilərin bərpa edilməsi, istehsalatda tətbiqi, yeni çeşnilərin hazırlanması bu çeşnilər əsasında xalçaların toxunmasıdır.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sözügedən Sərəncama uyğun təsdiq olunan "Tədbirlər Planı"nda AMEA-nın Naxçıvan Bölməsi əməkdaşlarının da üzərinə bir sıra vəzifələr qoyuldu. Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sahəsində aparılan elmi-tədqiqat işlərini sistemli şəklə salmaq üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 iyul 2018-ci il tarixli qərarı ilə Bölmənin Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun tərkibində "Xalçaşünaslıq" elmi-tədqiqat qrupu yaradıldı. 2018-ci il noyabrın 1-də fəaliyyətə başlayan qrupun əsas vəzifəsi Naxçıvanda xalçaçılığın yaranması, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti ilə əlaqədar elmi cəhətdən sistemli şəkildə tədqiqatların aparılmasıdır. Ötən müddət ərzində institutun əməkdaşları tərəfindən xalçaçılıq sənəti ilə bağlı bu ərazinin müxtəlif yerlərində yaşlı nəsillərdən ənənəvi xalçaçılıq sənətinin bədii texniki üsulları öyrənilib, xalçaçılıq, onun yaranması, inkişaf tarixi, xalça toxunuşunda istifadə edilən naxışlar, ornamentlər, boyaqcılıq sairləri ilə əlaqədar kütləvi informasiya vasitələrində çıxışlar olub qəzet materialları, məqalələr hazırlanıb. Tədqiqat materialları əsasında "Naxçıvanda xalçaçılıq: tarixdə günümüzdə" adlı monoqrafiya çap edilib. AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli "Xalçaşünaslıq" elmi-tədqiqat qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın həmmüəllifi olduqları nəşrdə xalqımızın qiymətli bədii sənət əsərlərindən biri olan xalçaçılıq sənətinin Naxçıvanda yaranması, inkişaf yolu bugünkü vəziyyətindən söz açılır, xalçalar üzərində toxunan naxışlar, ornamentlər haqqında məlumat verilir. Qədim el sənətlərindən xalçaçılığın ilk nümunələrindən sayılan keçəçilik, toxuculuq sənəti, xalçaçılığın inkişafında mühüm rol oynayan boyaçılıq digərləri ilə bağlı müəlliflərin apardığı araşdırmalar yer alıb.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən xalça sənətinin qorunması inkişaf etdirilməsi ilə bağlı imzalanan Sərəncam xalqımızın tarixini, mədəniyyətini, incəsənətini məişət tərzini özündə yaşadan qiymətli milli-mənəvi dəyərlərimizə mühüm töhfədir.

 

Ümid edirik ki, "Xalçaşünaslıq" elmi-tədqiqat qrupu Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin sərəncamından irəli gələn vəzifə tapşırıqları layiqincə yerinə yetirəcək apardığı tədqiqatları ilə Azərbaycan xalçaçılıq sənəti tariximizin zənginləşməsinə öz mühüm töhfəsini verəcəkdir.

 

Türkanə BƏYLƏRLİ

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı

İki  sahil.- 2019.- 20 iyul.- S.9.