Bədənində 5 qəlpə
gəzdirən Qarabağ
qazisinin hekayəti
Səxavət Dərvis oğlu Salmanov hərb sənətini seçəndə
bilirdi ki, onu qarşıda çətin sınaqlar gözləyir. Buna baxmayaraq, o, bu
yolla getdi, çətinliklərə sinə
gərdi və Vətən naminə müəyyən uğurlara
imza atdı. Bu günlərdə aprel döyüşlərinin
iştirakçısı olmuş
Səxavət Salmanovla
görüşüb ona
bir neçə suallarla müraciət etdik.
Müsahibimiz əvvəlcə müşahidələrinə
əsasən, bu gün bütün vətəndaşlarımızda, xüsusilə yeniyetmə
və gənclərimizdə
vətənpərvərlik hisslərinin yüksək
olduğunu söylədi:
“Fikrimcə, gənclərimizin
hərbi xidmətə
böyük həvəslə
getmələri ordumuzun
əldə etdiyi uğurların nəticəsidir.
Şübhəsiz, bütün
bunlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində
mümkün olub”.
Aprel döyüşləri
göstərdi
ki…
Aprel döyüşlərindən
3 il keçdiyini vurğulayan 29 yaşlı
Qarabağ qazisi bildirdi ki, həmin
döyüşlərdə hər bir əsgərdə,
zabitdə çox yüksək döyüş
ruhu var idi. Məhz bu yüksək ruh bizə qələbə
qazandırdı.
Onun fikrincə, aprel döyüşləri
Azərbaycan Ordusunun işğal altındakı
torpaqlarımızı azad
etməyə qadir olduğunu bir daha göstərdi: “Azərbaycan bu döyüşlərlə bir
daha sübut etdi ki, son
hədəfə çatmaq
üçün onun bütün imkanları var. Bu döyüşlər
həm də ordumuzun peşəkarlığını
nümayiş etdirdi. Müdafiə Nazirliyinin Xüsusi
Təyinatlı Qüvvələrinin
“N” saylı hərbi hissəsində hərbçilərlə
görüşdə Prezident
İlham Əliyev aprel döyüşlərini
böyük tarixi qələbə adlandıraraq
deyib ki, bu, bizim böyük
tarixi qələbəmizdir,
müasir tariximizdə
ən uğurlu hərbi əməliyyatlardan biridir”.
Qarabağ qazisi
Ermənistan ordusundan da söz açdı:
“Şəxsən mən
müşahidələrimə əsasən bildirirəm ki, düşmən ordusu zəif, onun canlı qüvvəsi isə olduqca qorxaqdır. Onların döyüş
zamanı postları qoyub qaçmaları da dediklərimə sübutdur. Bu mənada işğalçı
ölkənin ordusu ilə regionun ən güclü ordusu sayılan ordumuzu müqayisə etmək istəməzdim”.
“O qəlpələri heç vaxt çıxartdırmayacam”
Öz döyüş yoldaşlarını
həm sevinclə, həm də kədərlə yad edən müsahibimiz bildirdi ki, Mühit Orucov, Murad Mirzəyev,
Samid İmanov, Pəncəli Teymurov Talış yüksəkliyinin
alınması uğrunda
ilk döyüş tapşırığını uğurla yerinə yetirdilər: “Elə
ilk həmlələrindən
bir neçə postu azad edərək,
heyəti arxalarınca
apardılar. Bu mənada azad edilən ərazilərimizin
hər qarışında
onların əməyi
var. Onları, eləcə də digər şəhidlərimizi
unutmaqmı olar?
Mən xüsusi
təyinatlı tabor komandiri, ermənilərin kabusuna çevrilmiş və “kəşfiyyatın
Mixaylosu” kimi tanınan kapitan Mühit Orucov haqqında bir neçə kəlmə danışmaq istərdim.
O, yaralı olmasına
baxmayaraq, yaralı dostlarını, əsgərləri
döyüş bölgəsindən
çıxararaq yenidən
döyüşlərə atıldı. Hər zaman döyüşə hamıdan birinci girib, döyüşün
sonunda qayıdan Mühit bu son döyüşündən
qayıda bilmədi.
O, ermənilərin atdığı
minaatanın qəlpələrinə
tuş gəldi və şəhid oldu”.
2012-ci ildən 2016-cı il aprelin 4-nə qədər bir neçə döyüş tapşırığının
yerinə yetirilməsində
iştirak etdiyini vurğulayan Səxavət
Salmanov özünün
yaralanmağını isə
belə xatırladı:
“Həmin gün səhər tezdən həm vuruşurduq, həm də şəhid olmuş döyüş yoldaşlarımızı
ərazidən uzaqlaşdırırdıq.
Elə onda mən minomyot qəlpəsinə tuş
gəldim. Həmin an yerə yıxıldım.
Elə oradaca döyüş yoldaşlarım
mənə ilk tibbi yardım göstərdilər. Uzun sözün qısası…
yaralanandan sonra ilyarım hospitallarda müalicə olundum. Həkimlər ciyərimdəki
qəlpələrdən birini
bir ildən sonra çıxardılar.
Onu da deyim
ki, hazırda ciyərimdə 5 xırda qəlpə var. O qəlpələri heç
vaxt çıxartdırmayacam.
Həkimlər də deyirlər ki, onlar çıxarılası
bir şey deyil. Məncə, elə qalsa yaxşıdır. Çünki
həmin qəlpələr məni daim qisas hissi
ilə yaşamağa
sövq edir”.
“…döyüşməyə
hazıram”
“Ali Baş
Komandanın verəcəyi
növbəti döyüş
əmrinə hazırsınızmı”
sualına isə müsahibimiz belə cavab verdi: “Doğrudur,
mən hazırda ehtiyatda olan zabitəm. Amma bunun, əgər belə demək mümkünsə, mətləbə
dəxlə yoxdur. Yəni, cənab Ali Baş Komandan
əmr edərsə, səhhətimdə problemlər
olmasına baxmayaraq, yenə də torpaqlarımızın azadlığı
uğrunda döyüşməyə
hazıram. Mən tam əminəm ki, şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə
işğal altında
olan torpaqlarımızı
düşməndən tamamilə
azad edəcək”.
S. Salmanov Prezident İlham
Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan
Ordusuna, o cümlədən
əsgər, zabit heyətinə göstərdiyi
diqqət və qayğıdan da danışdı: “Şəxsən
mən bir qazi kimi şəhid
ailələrinə, qazilərə
dövlət səviyyəsində
göstərilən
qayğını yüksək
qiymətləndirirəm”.
Qazax rayonunun Aşağı Salahlı
kəndində dünyaya
göz açmış
Səxavət Salmanov,
həmçinin bildirdi
ki, uşaqlıqdan saza marağı olub: “Bir neçə
il bu alətin
sirlərinə yiyələnməyə
çalışmışam. İnsafən, pis də alınmayıb. Hətta müəllimim məni hər dəfə tərifləyər,
üstəlik, yaxşı
səsim olduğunu bildirərdi. Amma könlümdən hərbçi
olmaq keçirdi. Hərbi xidmətə yola düşəndən
sonra isə bu arzum reallaşdı.
Belə ki, hərbi xidmətimi başa vurandan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris
Mərkəzinin gizir hazırlığı kursunda
təhsil aldım. Bir müddət Azərbaycan Ordusunda hərbi xidmətimi davam etdirdim. Bu illərdə məndə kəşfiyyata
xüsusi maraq yarandı. Odur ki, 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin kursuna
qəbul olundum və burada kəşfiyyatçı kimi
formalaşdım. Onu da deyim ki,
asudə vaxtlarımda
sazı sinəmə basıb özümü böyük qələbəyə
kökləyirəm”.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2019.- 4 iyun.- S.21