Azərbaycan ən çox turist cəlb edən ölkəyə çevrilir
Uğurla
reallaşdırılan islahatlar qeyri-neft sektorunun ən gəlirli
sahələrindən olan turizmin inkişafına da ciddi təkan
verib. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində
bu gün turizm iqtisadiyyatımızın
aparıcı sahəsinə
çevrilib. Ölkəmizdə
turizm sahəsinin inkişafı üçün
qanunvericilik bazasının
təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər
üçün Azərbaycanda
turizmin inkişaf strategiyası hazırlanıb.
Paytaxt Bakı da daxil
olmaqla, ölkəmizin
ayrı-ayrı regionlarında
turizmin müxtəlif
növlərini, o cümlədən
biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün
irimiqyaslı layihələr
həyata keçirilib.
Ölkə başçısı
2016-cı ilin oktyabrından
etibarən əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər üçün
elektron vizaların maksimum 3 saat ərzində verilməsinə
dair sərəncamlar imzalayıb, həmin vaxtdan “ASAN viza” sistemi yaradılıb. Həmçinin Prezident İlham
Əliyev Azərbaycanın
beynəlxalq hava limanlarında əcnəbilərə
və vətəndaşlığı
olmayan şəxslərə
viza verilməsi prosedurunun təkmilləşdirilməsi
haqqında Fərman imzalayıb. Ötən ilin may ayından
etibarən Azərbaycana
səfər etmək istəyən 702 min 282
nəfərə viza
“ASAN Viza” sistemi vasitəsilə verilib. Bunun 566 min 709-u “ASAN viza” portal, 135 min 523-ü isə həmin ayın ikinci yarısından etibarən hava limanlarında fəaliyyətə
başlayan özünəxidmət
terminalları vasitəsilə
həyata keçirilib.
Ölkəmizə gələn turistlərin sayı qeyri-neft sektorunun gəlirlərini daha da artırır,
iqtisadi potensialımızı
möhkəmləndirir. Respublikamızdakı ictimai-siyasi sabitlik, əmin-əmanlıq, yüksək səviyyəli təhlükəsizlik,
infrastruktur və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması,
Azərbaycanın dünyada
tanıdılması yönündə
aparılan ardıcıl
işlər, ölkəyə
gəliş-gedişi, viza
sisteminin sadələşdirilməsi, şübhəsiz
ki, artımı təşviq edir. Turist axını həm də pul axını deməkdir.
Prezident İlham Əliyev
Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
icrasının yekunlarına
həsr olunan konfransda bildirib ki, Azərbaycanda təhlükəsizlik, sabitlik
hökm sürür, xalqımız çox qonaqpərvərdir: “İqlimimiz
də çox gözəldir və müxtəlif iqlim tipləri var Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq
aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət,
kurortlar, yay-qış
xizək, dəniz kurortları, müalicəvi
turizm inkişaf edir. Misal üçün,
Naftalan indi böyük turizm mərkəzinə çevrilib.
Digər müalicəvi
yerlərə - Naxçıvanda
Duzdağ müalicəvi
mərkəzinə turistlər
çox gəlir, Qalaaltıya müalicəyə
gəlirlər. Tarixi abidələrimiz kifayət
qədər çoxdur.
Bu da böyük
maraq doğurur. Coğrafi vəziyyətimiz
də əlverişlidir.
Bakı dünyanın
ən gözəl şəhərlərindən biridir.
Yəni bütün bu amillər deməyə əsas verir ki, turizm
sənayesi Azərbaycanda
çox sürətlə
inkişaf edəcək”.
Ölkəmizdə turizm sahəsinə qoyduğu sərmayə öz bəhrəsini verir. Tikilən yeni və müasir
otellər, çəkilən
dünya standartlarına
uyğun yollar, bir sözlə, qurulan infrastruktur Azərbaycanı daha da cəlbedici edib. Qətiyyətlə demək olar ki, qarşıdakı illərdə Azərbaycan
nəinki Cənubi Qafqazın, hətta dünyanın ən çox turist cəlb edən ölkələrindən birinə
çevriləcək. Bu
gün ölkəmizə maraq göstərən turistlərin
sayında da artım müşahidə
olunur.
2018-ci ildə respublikamıza
gələn turistlərin
sayı təqribən
6 faizə yaxın artıb. Belə ki, ötən il ölkəmizə əvvəlki illərdən
daha çox -2 milyon 850 min turist gəlib və 2 milyard dollara yaxın pul xərcləyib.
Bu ilin may ayının 29-da UEFA Avropa Liqasının final oyunu ərəfəsində
ölkəmizə gələn
əcnəbi vətəndaşların
sayı 60 000 nəfəri
ötmüşdü.
Bütün bunlar onu deməyə
əsas verir ki, respublikamızda davamlı xarakter alan genişmiqyaslı islahatların dərinləşməsi
möhkəm təməl
üzərində qurulub. Bütün bunlar iqtisadi
islahatların dərinləşməsi
üçün möhkəm
baza yaradaraq qarşıda duran vəzifələrin
uğurla icra olunmasına, qeyri-neft sektorunun mühüm sahələrindən olan,
kəmiyyət və keyfiyyət baxımından
yeni mərhələyə
qədəm qoyan turizmin inkişaf etdirilməsi
sayəsində yeni iş yerlərinin açılmasına, əhalinin
məşğulluq səviyyəsinin
yüksəlməsinə, respublikamıza
valyuta axınının
güclənməsinə, xalqın
rifah halının daha da yaxşılaşdırılmasına
böyük töhfələr
verəcək.
Zahid Rza.
İki sahil.- 2019.- 11
iyun.- S.12