Ədəbiyyat İnstitutundaBöyük publisistika ənənələrinin müasir təqdimatımövzusunda elmi sessiya keçirilib

 

İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaAzərbaycanqəzetinin 100 illiyinə həsr olunmuşBöyük publisistika ənənələrinin müasir təqdimatımövzusunda elmi sessiya keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraqAzərbaycanqəzetinin 100 ildə keçdiyi şərəfli inkişaf yolundan danışıb. Akademik təqdimatı keçirilən “100 yaşlıAzərbaycankitabındaAzərbaycanqəzetinin tarixindən, uğurlarından, hətta problemlərindən bəhs edildiyini diqqətə çatdırıb. O, qəzeti mətbuatımızın etibarlı mənbəyi, zəngin qaynağı kimi səciyyələndirib. Vurğulayıb ki, “Azərbaycanqəzeti rəsmi dövlət orqanı olaraq həm bütün xalqı, həm müxtəlif baxışlı ziyalıları öz ətrafına toplaya bilib. Mətbuat tarixində məktəb yaratmış bu qəzetin Ceyhun Hacıbəyli, Xəlil İbrahim kimi baş redaktorları olub. Bu gün həmin ənənələr davam etdirilir.

 

Akademik bildirib ki, “Azərbaycanqəzeti ümummilli lider Heydər Əliyevin sevdiyi, inandığı, etibar etdiyi qəzet olub. Həmçinin ölkə başçısı İlham Əliyev qəzetin yubileyinin keçirilməsi üçün geniş imkanlar yaradıb.

 

Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur KərimliAzərbaycanda rəsmi dövlət mətbuat nümunəsi: ənənə müasirlikmövzusunda məruzə ilə çıxış edib. O, məruzəsindəAzərbaycanqəzetini nəşrə başladığı dövrdən istiqlal yolunda bir ordu qədər xidmət göstərən mətbuat orqanı olaraq təqdir edib. Eyni zamanda, məruzədə qəzetin keçdiyi inkişaf yolu, redaktorları digər əməkdaşları barədə ətraflı məlumat verib.

 

Akademik Nizami Cəfərov qəzetin digər üstünlükləri ilə yanaşı, Azərbaycan ədəbi dilinin normalarının qorunmasında xüsusi seçildiyini nəzərə çatdırıb.

 

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev səhifələrində Ədəbiyyat İnstitutunun əməkdaşlarına da yer verdiyi üçün qəzetin kollektivinə təşəkkürünü bildirib.

 

İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov qəzetin tarixinə nəzər salaraq qeyd edib ki, “Əkinçiqəzeti ilk mətbuat nümunəsi olduğu kimi, “Azərbaycanqəzeti ilk rəsmi dövlət qəzeti olmuşdur. O, əvvəl Gəncədə, sonra Bakıda nəşr olunan qəzetin Cümhuriyyətin süqutundan sonra həbs taleyi yaşamağa məhkum edildiyini bildirib.

 

Filologiya üzrə elmlər doktoru Elçin MehrəliyevAzərbaycan”ın bayramı Azərbaycan ədəbiyyatında bayramdırmövzusunda məruzəsində təqdimatı keçirilən kitab haqqında hərtərəfli məlumat verib, qəzetin müxtəlif tarixi mərhələlərdə sınaqlardan çıxdığını mübarizlik nümunəsi kimi örnək göstərib.

 

Milli Məclisin deputatı, “Azərbaycanqəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında hörmətli alimlərə, elm adamlarına təşəkkürünü bildirib. Qeyd edib ki, “Azərbaycan-90” kitabında yalnız Cümhuriyyət dövrü əhatə olunubsa, bu kitabda qəzetin bütün fəaliyyətinə işıq salınıb.

 

Sonda Nizami GəncəvininLeyli Məcnunəsərinin Ədəbiyyat İnstitutu tərəfindən çap edilmiş nadir nüsxəsiAzərbaycanqəzetinə hədiyyə olunub.

 

İki sahil.- 2019.- 14 iyun.- S.5