Əli Əhmədov:
Azərbaycan vətəndaşını
daha yüksək rifah gözləyir
“Prezident İlham
Əliyevin sərəncamları
ilə bir çox sahələrdə
çalışan insanların
əməkhaqqı 40 faiz
artırılır. Ən
önəmlisi, minimum
əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən
edilməsidir. Bir neçə ay bundan əvvəl isə minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmışdı.
Beləliklə, toplam
artım təxminən
100 faizə bərabər
olmuşdur. Minimum əməkhaqqının artırılması
nəticəsində yüz
minlərlə insanın
maaşları 270-350 manat
civarında artmış
olacaq”. Bu fikirlər Baş
nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun rəsmi facebook səhifəsində
yayımladığı “Azərbaycan
vətəndaşını daha yüksək rifah gözləyir” sərlövhəli məqaləsində
yer almışdır.
Əli Əhmədov
özünün rəsmi
facebook səhifəsində
etdiyi paylaşımda
daha sonra qeyd edib: “Məlumdur
ki, Prezident İlham Əliyevin sərəncamları ilə
2003-cü ildən bu yana əməkhaqqı və pensiyalar dəfələrlə qaldırılıb.
Bu, faktdır. Lakin 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində daha cəsarətli və əhəmiyyətli addımlar
atılması ilə
səciyyəvidir. İnsanların
rifahının yaxşılaşdırılmasını
Özünün siyasətinin
əsas məqsədi
hesab edən Prezident İlham Əliyev bunu real həyatda əyani şəkildə
təcəssüm
etdirir. Xalqın həyat səviyyəsi, sözün həqiqi mənasında, gündən-günə
yaxşılaşır. Bu
isə insanların xəyallarını gerçəkləşdirməsi
üçün daha geniş imkanlar yaradır.
Azərbaycanı daha firavan gələcək,
vətəndaşı daha
yüksək rifah gözləyir. Məqsədimiz
bu gələcəyə
doğru inamla və qətiyyətlə
irəliləməkdir. İndi
sözüm vaxtilə
iqtidarda olub Azərbaycanın bu gününə böhtan
atanlaradır. Onlar hakimiyyətdə
olduqları dövrdə
əməkhaqqının artırılması
ilə əlaqədar
bir fakt belə xatırlayırlarmı?
Ümumiyyətlə, AXC-“Müsavat”
hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının
artırılması, insanların
həyatının yaxşılaşdırılması
anlayışları vardımı?
Əlbəttə ki, yox idi. Çünki
iflasa uğramış,
ölkəni ağır
iqtisadi tənəzzül
vəziyyətinə salmış
keçmiş hakimiyyətin
bu barədə düşünməyə nə
həvəsi var idi, nə də
imkanı. Xəzinədə
pul yox idi.
Dövlət büdcəsiz
işləyirdi. AXC-“Müsavat”
hakimiyyəti dünyaya
əcaib nümunə
göstərmişdi: büdcəsiz
dövlət.
Törətdikləri biabırçılıqların
heç yüzdən
birini də təşkil etməyən
sadaladığım faktların
“müəlliflərinin” bugünkü
firavan, müasir, inkişaf edən Azərbaycana böhtan atması insan əxlaqının eybəcərləşməsindən
başqa bir şey deyildir.
Nə qədər
böhtan atsalar da, nankorluq etsələr
də, möhtəşəm
Azərbaycan özünün
işıqlı gələcəyinə
doğru inamla irəliləyir, insanlar isə bunun faydasını görür
və bundan sonra da görəcəklər”.
İki sahil.- 2019.- 20
iyun.- S.-3