Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
İyunun 19-da Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan
qəsəbəsində sağlamlıq
imkanları məhdud,
valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün
4 nömrəli Respublika
xüsusi internat məktəbində və
Nizami rayonunda sağlamlıq imkanları
məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə Şüvəlan
qəsəbəsindəki sağlamlıq
imkanları məhdud,
valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün
4 nömrəli Respublika
xüsusi internat məktəbinə gələn
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşüb, onlar
üçün yaradılan
şəraitlə tanış
olub.
Məlumat verilib
ki, 1976-cı ildən
fəaliyyət göstərən
bu internat məktəbi 2015-ci ildə
Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin
inkişafı” Proqramı
çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində
məktəbəqədər uşaqlar üçün
nəzərdə tutulan
Reabilitasiya-İnkişaf Mərkəzi
fəaliyyət göstərir.
Leyla Əliyeva
müəssisədəki uşaqlarla
söhbət edib, onların əl işlərinə baxıb,
fəaliyyət göstərən
dərnəklərlə maraqlanıb.
İnternat məktəbinin
sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş
etdiriblər.
Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri
təqdim edilib.
* * *
Daha sonra
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları
məhdud uşaqlar üçün 3 nömrəli
Respublika xüsusi internat məktəbinə
gəlib.
Bildirilib ki,
1960-cı illərin əvvəllərindən
fəaliyyət göstərən
internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün
nəzərdə tutulub.
Buradakı 649 uşaqdan
226-sı internat məktəbində
yaşayır. Azərbaycan
və rus bölmələrinin olduğu
internat məktəbində
87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində
implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara
implant əməliyyatından
sonra xüsusi proqram üzrə dərs keçirilir. Təhsil müəssisəsində
uşaqlar öz istəklərinə uyğun
olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq,
idman dərnəklərində
məşğul ola bilərlər. İnternat
məktəbinin məzunları
arasında idmançılar,
rəssamlar var.
Bu məktəbə
də Heydər Əliyev Fondunun hədiyyələri təqdim
edilib.
İki sahil.- 2019.- 20
iyun.- S.6