Moskvada Rusiyanın
Azərbaycanlı Gənclər
Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət
Günü keçirilib
İyunun 24-də Moskvada Azərbaycan Mədəniyyəti Günü
keçirilib. Tədbir
Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı
(RAGB) tərəfindən bu
qurumun 10 illiyi münasibətilə təşkil
edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Mədəniyyəti Günü
Moskvanın ən mənzərəli guşələrindən
birində - M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin
“Aptekarski oqorod” nəbatat bağında keçirilib.
Tədbirin əvvəlində
RAGB-in fəaliyyətinə
həsr olunmuş film nümayiş etdirilib. RAGB-in
sədri Leyla Əliyeva, M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi, Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu,
BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri,
əfsanəvi xokkeyçi
Vyaçeslav Fetisov,
MDU-nun “Aptekarskiy qorodok” nəbatat bağının direktoru Aleksey Reteyum Azərbaycan Mədəniyyət Gününün
təntənəli açılış
mərasimində çıxış
ediblər.
Mədəniyyət Günü çərçivəsində
RAGB fəallarının mükafatlandırılması
mərasimi keçirilib.
RAGB-in sədri
Leyla Əliyeva fərqlənənlərə “RAGB-in ən fəal
könüllüsü”, “RAGB-in ən uğurlu
idmançısı”, “Ən
yüksək müvəffəqiyyət
dərəcəsi olan
tələbə”, “Ən
fəal regional bölmələr”, “Təşkilatın
həyatında səmərəli
fəaliyyətinə
görə” nominasiyalarında
xatirə diplomları
təqdim edib.
Bayram tədbiri
ustad dərslərinin,
sərgilərin keçirildiyi,
milli atributlar, musiqi alətləri, geyimlər və xalçalarla bəzədilmiş
xüsusi fotozonaların
təşkil olunduğu
bir neçə məkanda davam edib. Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin fəaliyyəti
ilə tanış olmaq üçün
“AMOR” jurnalının 10 il
ərzində çapdan
çıxmış nömrələrinin,
habelə Azərbaycan
klassiklərinin kitablarının
təqdim edildiyi oxucu guşəsi yaradılıb.
Bayram “Qolos”
layihəsinin finalçısı
Emil Qədirovun, “Qolos deti” şousunun
finalçısı Azər
Nəsibovun, “Qarabağ”
rəqs ansamblının
iştirakı ilə
açıq səma altında konsertlə başa çatıb.
Fəridə Abdullayeva
İki sahil.- 2019.- 25
iyun.- S.7