BSU-nun Bolqarıstanla əlaqələri
genişlənir
16 mart
2019-cu il tarixdə Bakı Slavyan Universitetində Bolqarıstanın
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Nikolay Yankov, səfirin həyat yoldaşı Viliana Yankova , konsul Kiril Apostosov, Azərbaycanın
Bolqarıstandakı səfiri
Nərgiz Qurbanova və VII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana gəlmiş
müqəddəs Kliment
Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Gerdjikovla görüş olub. Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva görüşün
gözəl bir günə-Azərbaycan xalqının
ən sevimli bayramı olan Novruz bayramı ərəfəsinə təsadüf
etdiyini bildirib. Rektor Azərbaycanın Bolqarıstanla
dostluq və əməkdaşlığının qədim tarixi ənənələrinin olduğunu
vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində bu
tarixi ənənələrin
Azərbaycanın müstəqillik
qazandığı dövrdə
daha da inkişaf
etdiyini, iqtisadi, siyasi, elmi və
mədəni və s.
sahələri tam əhatə etdiyini bildirib. N.Əliyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və vitse –prezident Mehriban xanım Əliyevanın ölkələrimiz arasında
əməkdaşlığa yeni-yeni töhfələr
verdiyini diqqətə
çatdırıb. O, BSU-nun Bolqarıstanın bir sıra universitetləri
ilə sıx əlaqələrə malik
olduğunu, universitetdə
Bolqar tədris-mədəniyyət
mərkəzinin fəaliyyət
göstərdiyini və
həmçinin Bolqarıstanın
bir sıra məşhur ali təhsil müəssisələrində
Azərbaycan dilinin və ədəbiyyatının tədris edildiyini bildirib. Rektor yaxın zamanlarda BSU ilə Müqəddəs Kiril və Metodiy adına Velikotırnovı
Universiteti arasında da əməkdaşlıq
barədə müqavilənin
imzalanacağını bildirib. Kliment Oxridski adına
Sofiya Universitetinin rektoru, professor Anastas Gerdjikov səmimi qəbula görə universitet rektoruna minnətdarlığını
bildirib və Azərbaycanı, Azərbaycan
xalqını yaxşı
tanıdığını, onun adət-ənənələrinə
kifayət qədər
bələd olduğunu
qeyd edib. A.Gerdjikov Azərbaycanın
dünya multikulturalizminin
əsas ocaqlarından
biri olduğunu, VII Beynəlxalq Forumun da xalqlar, ölkələr
arasında münasibətlərin
yaxınlaşmasına xidmət
etdiyini nəzərə
çatdırıb.
Sonra
qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar tədris-mədəniyyət
mərkəzinə baş çəkiblər. Mərkəzin mütəxəssisi Leyla Ocaqverdiyeva mərkəzin fəaliyyəti,
planları barədə
qonaqlara ətraflı
məlumat verib və Beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsinin
3-cü kurs, Tərcümə
fakültəsinin 4-cü kurs
tələbələri bolqar
ədəbiyyatından poetik
nümunələr
səsləndiriblər. Qonaqlar
mərkəzə bolqar
dilində yeni nəşr olunmuş kitablar hədiyyə ediblər. Sofiya Universitetinin rektoru A.Gerdjikov mərkəzdəki
xatirə kitabına universitet barədə təəssüratlarını yazıb.
Görüşdə universitetin beynəlxalaq
əlaqələr üzrə
prorektoru, professor S.Qafarova, tədris işləri üzrə
prorektor, professor T.Cəfərov, elmi işlər üzrə
prorektor, professor R.Novruzov, beynəlxalq əlaqələr
şöbəsinin müdiri Nərmin Quliyeva iştirak ediblər.
İki
sahil.- 2019.- 19 mart- S.12