“Duzdağ” Fizioterapiya Mərkəzinin
40 illik yubileyi münasibətilə təltiflərin
təqdimatı olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ” Fizioterapiya Mərkəzinin
40 illik yubileyinin keçirilməsi haqqında”
Sərəncam imzalayıb,
Tədbirlər Planı
təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
mayın 23-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisində “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə
təltiflər təqdim
olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış
edərək deyib: Naxçıvan Muxtar Respublikasının həyatında
“Duzdağ” Fizioterapiya
Mərkəzinin xüsusi
rolu vardır. Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərmiş,
kollektiv formalaşmışdır.
Sovetlər Birliyi dövründə
şəraitin olmaması
həm müalicə alan xəstələr, həm də kollektiv üçün çətinliklər yaradırdı.
Lakin müstəqillik
illərində “Duzdağ”
Fizioterapiya Mərkəzi
yenidən qurularaq müasir səhiyyə müəssisəsinə çevrilmişdir.
50 çarpayı ilə
fəaliyyətə başlayan
mərkəzdə
hazırda 500-ə yaxın
xəstə eyni vaxtda müalicə alır. Hər il 4 minə yaxın insan mərkəzə müraciət
edir. Vaxtilə Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin strukturuna daxil olan mərkəz
bu gün publik hüquqi şəxs kimi fəaliyyət göstərir.
Kollektiv işini düzgün qurmuş, “Duzdağ” Fizioterapiya Mərkəzi muxtar respublikanın brendinə çevrilmişdir.
Ali Məclisin
Sədri deyib: “Duzdağ” Fizioterapiya
Mərkəzi bu gün muxtar respublikanın tanıdılması
və təbliğində
mühüm rola malikdir. Çünki təbii sərvətimiz olan duzdan həm
məişətimizdə geniş
istifadə olunur, həm də duz şaxtalarında yaradılmış səhiyyə
müəssisəsi insanlara
şəfa verir.
Dünyanın müxtəlif
ölkələrindən mərkəzə
müraciət edən
insanlar hərtərəfli
müalicə almaqla yanaşı, eyni zamanda, Naxçıvanı
da təbliğ edirlər. Bu da turizmin inkişafına
töhfədir. Ölkələr
adətən turizmin bir sahəsi üzrə ixtisaslaşırlar.
Lakin bu gün Naxçıvan Muxtar Respublikasında turizmin müxtəlif növləri, o cümlədən
sağlamlıq turizmi
inkişaf edir. Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin inşası başa çatdıqdan sonra isə bu sahədə imkanlar daha da
genişlənəcəkdir. Ona görə də təbii sərvətlərimizdən səmərəli
istifadə edilməli,
onlar elmi şəkildə öyrənilməli
və gələcək
nəsillərə çatdırılmalıdır.
Ali Məclisin
Sədri deyib: Qurmaq, yaratmaq işin bir tərəfidir.
Əsas məsələ
isə qurulanları qoruyub saxlamaq və onlardan səmərəli istifadə
etməkdir. Muxtar respublikada sağlamlıq turizminin inkişafı və mövcud potensialın tanıdılması
sahəsində ardıcıl
tədbirlər görülmüş,
internet saytları yaradılmış, bukletlər
hazırlanmış və
turların təşkilinə
başlanılmışdır. “Duzdağ” Fizioterapiya Mərkəzinin elmi şəkildə araşdırılması
da buranın tanıdılması və
təbliği baxımından
mühüm əhəmiyyət
daşıyır. Azərbaycan
Milli Elmlər Akademiyasının Naxçıvan
Bölməsinə bundan
sonra da Naxçıvan duzunun müalicəvi əhəmiyyəti
ilə bağlı elmi-tədqiqat işlərini
davam etdirməsi və kitabların nəşr olunması tapşırılmışdır.
Ali Məclisin Sədri
Naxçıvan duzunun
müalicəvi əhəmiyyəti
ilə bağlı apardığı səmərəli
tədqiqat işlərinə
görə Azərbaycan
Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya” kafedrasının müdiri,
tibb elmləri doktoru, professor Lalə Allahverdiyevaya təşəkkür edib.
Qeyd olunub
ki, “Duzdağ” Fizioterapiya Mərkəzinin
gələcəkdə uğurla
fəaliyyət göstərməsi
bu gün işin düzgün qurulmasından asılıdır.
Ona görə də kollektiv yaradılan şəraitdən
səmərəli istifadə
etməli, üzərlərinə
düşən vəzifələri
layiqincə yerinə yetirməli və mərkəz bütün dünyada tanıdılmalıdır.
Dünyanın bir çox ölkəsində
duz şaxtalarından
müalicə kimi istifadə olunur. Lakin “Duzdağ” Fizioterapiya Mərkəzinin
dəniz səviyyəsindən
1100 metr yüksəklikdə
yerləşməsi və
təbii havalanma xəstələrdə sağalma
faizinin yüksək olması ilə nəticələnir. Mərkəzdə
müalicə alan xarici ölkə vətəndaşlarının təəssüratları da
bunu bir daha təsdiq edir.
Ali Məclisin
Sədri mərkəzin
fəaliyyətinin genişləndirilməsinin
daim diqqətdə saxlanılacağını bildirib,
yubiley münasibətilə
kollektivi təbrik edib və işlərində
uğurlar arzulayıb.
Sonra təltiflər
təqdim edilib. Qeyd olunub ki, Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 22 may tarixli Sərəncamına
əsasən “Duzdağ”
Fizioterapiya Mərkəzinin
əməkdaşlarından 1-i “Əməkdar həkim”,
2-si “Əməkdar tibb
işçisi”, 3-ü “Rəşadətli
əməyə görə”
nişanı, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva isə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə
görə” nişanı
ilə təltif olunub.
Ali Məclisin
Sədri fəxri adları və nişanları təqdim edib.
Təltif olunanlardan
Darçın Eyvazova,
Leyla Vəliyeva, Təranə Əliyeva, Sevda Həsənova və Zəminə İbrahimova minnətdarlıq
edərək deyiblər
ki, “Duzdağ” Fizioterapiya Mərkəzinin
40 illik yubileyinin qeyd olunması əlamətdar hadisədir.
Bu münasibətlə
təltif olunmağımız
isə məsuliyyətimizi
ikiqat artırır. Təltif olunanlar göstərilən etimadı
layiqincə doğruldacaqlarına
söz veriblər.
Tibb elmləri
doktoru, professor Lalə Allahverdiyeva əməyinə verilən
yüksək qiymətə
görə Azərbaycan
Tibb Universitetinin professor-müəllim heyəti
adından Ali Məclis Sədrinə minnətdarlıq edərək
deyib: “Dünyanın
müxtəlif ölkələrində,
o cümlədən ABŞ və Sinqapurda "Duzdağ" Fizioterapiya Mərkəzi haqqındakı
məruzələrim böyük
maraqla qarşılanıb.
Çünki “Duzdağ”
Fizioterapiya Mərkəzi
dünyada unikal və analoqu olmayan sağlamlıq müəssisəsidir. Burada
müalicə olunan xəstələrdə yüksək
nəticə alınır”.
Lalə Allahverdiyeva Naxçıvan duzunun müalicəvi əhəmiyyəti
ilə bağlı tədqiqat işlərini davam etdirəcəyini bildirib.
İki sahil.- 2019.- 24
may.- S.5