Media  rəhbərliyi“Azərenerji”nin fəaliyyəti ilə tanış olublar   

 

 

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərenerji” ASC-nin birgə təşkilatçılığı iləAzərenerji” ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsimövzusunda konfrans keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, Səhmdar Cəmiyyətin prezidentinin müşaviri Vüqar Əliyev, ASC-nin sədr müavini Ramil Yusifov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Azərenerji” ASC-nin vitse-prezidenti Z.Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, “itirilmişgenerasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, 2018-ci il iyulun 3-də baş vermiş qəzanın təkrarlanmaması məqsədiləAzərenerji” ASC tərəfindən hazırlanaraq dövlət başçısına təqdim edilənReabilitasiya üzrə Tədbirlər Planıəsasında ötən ilin sentyabrdan etibarən təxirəsalınmaz tədbirlər görülür.

Azərenerji”nin vitse-prezidenti proqram çərçivəsində son 3 ay ərzindəCənub”, “ŞimalBakıelektrik stansiyalarında görülən işlər nəticəsində 230 meqavat gücün bərpa edildiyini vurğulayıb: Bundan əlavə, “Azərbaycanİstilik Elektrik Stansiyasının (İES) 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb nəticədə təmirdən sonra 6 saylı enerji blokunda 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Ümumilikdə, “Reabilitasiya proqramıçərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olanAzərbaycan” İES tamamilə yenidən qurulur. Yəni turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 330 kilovoltluq hava xətləri, əks qəza avtomatikası yenidən qurularaq bərpa edilir. Yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikilir. Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü yol salınacaq, yeraltı soyutma su boru sistemləri bərpa ediləcək. Görülmüş işlər nəticəsində stansiyanın gücü 320 meqavat artaraq 2000 meqavata çatacaq”.

Z.Quliyev, həmçinin vurğulayıb ki, “Reabilitasiya proqramıçərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayanBakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “ŞahdağSəngəçalmodul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparılır. Bildirib ki, bir çox elektrik stansiyaları yarımstansiyaların 500, 330, 320, 110 kilovoltluq hava xətləri, o cümlədən yarımstansiyaların yenidən qurulması işləri aparılır. Qeyd edib ki, “Reabilitasiya Proqramı”na müvafiq olaraq hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə həyata keçirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində işlər görülür.

ASC-nin vitse-prezidenti görülmüş işlərin ictimaiyyətə geniş obyektiv şəkildə çatdırılması baxımından təmsil etdiyi qurumun media ilə əməkdaşlığa daim açıq olduğunu bildirib. O, belə bir tədbirin təşkilində KİVDF-nin dəstəyini yüksək dəyərləndirib.

KİVDF-nin icraçı direktoru V.Səfərli fondun fəaliyyət göstərdiyi 10 il müddətində ölkədə fikir, söz məlumat azadlıqlarının inkişafına, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının məsuliyyətinin artırılmasına, eləcə sosial müdafiəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

V.Səfərli mərkəzi yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə birgə fərdi yazı müsabiqələrinin təşkilinin fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor, həmçinin bildirib ki, “Azərenerji” ASC ilə birgə keçirilən konfransın məqsədi Azərbaycanın enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, elektrik enerjisinə artan tələbatın etibarlı dayanıqlı şəkildə ödənilməsi, bu sahədə əsaslı modernləşmənin aparılması ilə əlaqədar reallaşdırılan tədbirlərin ictimaiyyətə dolğun şəkildə çatdırılmasıdır.

Azərbaycanın nəinki qonşu ölkələrə, eləcə bir sıra nüfuzlu Avropa ölkələrinə elektrik enerjisi ixrac etməsini, habeləAzərenerji” ASC-nin Avropa miqyasında keçirilən tenderlərin qalibi olmasını yüksək dəyərləndirən V.Səfərli son aylarda səhmdar cəmiyyətin fəaliyyətində əhəmiyyətli dəyişikliklərin hiss olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edənAzərişıq” ASC-nin sədr müavini R.Yusifov 2015-ci il fevralın 10-da “Bakıelektrikşəbəkə”nin bazasında ASC-nin yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Azərişıq” ASC-nin sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq ASC-nin istehlakçıların etibarlı dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli apardığını xüsusi vurğulayıb. Bildirib ki, son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, Bakı şəhərinin regionların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qalxıb.

Azərenerji” ASC sədrinin müşaviri V.Əliyev çıxışındaReabilitasiya Proqramıçərçivəsində energetika sistemində çalışan 5 min 600-dək əməkdaşın sosial vəziyyətinin yaxşılaşdırılması, onların əməkhaqlarının yüksəldilməsi, habelə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Sonra tədbir diskussiya formatında davam etdirilib. Görüşdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Məmmədov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Səsqəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki Sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “Xalq Cəbhəsiqəzetinin baş redaktoru Elçin Mirzəbəyli səhmdar cəmiyyətin fəaliyyətində son aylarda qabarıq hiss olunan yenilikləri təqdir edərək qurumun yeni rəhbərliyinin müasir tələblərə cavab verən islahatlarını razılıqla vurğulayıblar.

Daha sonra media rəhbərlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

KİVDF-nin icraçı direktoru V.Səfərli diqqətə çatdırıb ki, keçirilən tədbirin yekunu olaraqAzərenerji” ASC fondun birgə təşkilatçılığı iləAzərenerji” ASC-nin Reabilitasiya Proqramı yeni hədəflərmövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Mayın 10-dan iyulun 5-dək keçiriləcək müsabiqənin məqsədiAzərenerji” ASC-ninReabilitasiya Proqramıçərçivəsində görülən görüləcək işlərin, qarşıya qoyulmuş hədəflərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığının stimullaşdırılmasıdır.

V.Səfərli sonda media ilə səmərəli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görəAzərenerjiAzərişıqaçıq səhmdar cəmiyyətlərinin rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə davam etdiriləcəyinə əminliyini ifadə edib.

 

Zamin Məmmədov

İki sahil.- 2019.- 9 may.- S.12