Gənc rəssamlar  təltif  olundular

 

Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş gənc rəssamların sərgisində iştirak edən rəssamların təltif olunması mərasimi keçirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənc rəssamların sərgisinin böyük marağa səbəb olduğunu çoxsaylı insanlar, o cümlədən partiyamızın üzvləri tərəfindən izlənildiyini bildirib. O, sərginin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Əli Əhmədov qeyd edib ki, sərgidə dünyada tanınmış rəssam Sakit Məmmədovun tələbələrinin əsərləri təqdim olunub. Bu yaxınlarda Sakit Məmmədovun rəsm əsərlərinin Böyük Britaniyanın Kral Sarayında nümayiş etdirildiyini deyən YAP İcra katibi söyləyib ki, azərbaycanlı rəssam bütövlükdə ölkəmizin mədəniyyətini incəsənətini, Azərbaycan həqiqətlərini dünyaya təqdim edir.

Əli Əhmədov qeyd edib ki, dövlətimizin mədəniyyət incəsənət sahəsinə göstərdiyi böyük diqqət qayğı nəticəsində ölkəmizdə çox istedadlı yaradıcı insanlar formalaşıb: “Onların əsərləri dünya miqyasında tanınır. Bu fakt bilavasitə ölkəmizin təbliğatında da mühüm rol oynayır”.

Sərginin YAP-da keçirilməsinin əhəmiyyətindən danışan Əli Əhmədov deyib ki, bu fakt gənc rəssamların onların əsərlərinin daha geniş şəkildə tanınmasına xidmət edəcək. Eləcə YAP gənc incəsənət adamlarının yaradıcılıq işlərinin bundan sonra da təbliğ olunması işinə dəstək verməyə hazırdır: “Bu tədbir YAP ilə gənc rəssamların, mədəniyyət incəsənət adamlarının əməkdaşlığı kimi nəzərdən keçirilə bilər. Biz mədəniyyət incəsənətə dəstək göstərməyə çalışırıq. Bu sərgi gənc rəssamların tanıdılması təbliğ olunması baxımından əhəmiyyətlidir. Sərgidə əsərləri təqdim olunan gənc rəssamların böyük gələcəyi var. Bu sərgi onların daha da tanınmasına dəstək verəcək. İnanıram ki, gələcəkdə böyük, məşhur rəssamların arasında onların da adı olacaq”.

Sonra gənc rəssamlara Yeni Azərbaycan Partiyasının fəxri fərmanları təqdim olunub.

 

İki sahil.- 2019.- 17 may.- S.5.