Tanınmış ziyalı, pedaqoq və şair...
Oktyabrın-4-də
Azərbaycan Memarlıq və İnşaat Universitetində YAP
Yasamal rayon təşkilatının sədri, AzMİU-nun Nəqliyyat
tikintisi və yol hərəkətinin təşkili
kafedrasının müdiri Tağı Əhmədovun
yaradıcılığına həsr olunmuş “Mən
müəlliməm!” adlı tədbir
keçirildi.
Tədbirdə çıxış edən
Tağı Əhmədov
bildirdi ki, yaradıcılığımla bağlı tədbirin bu gün keçirilməsi
təsadüfü deyil.
İstədim ki, bu xoş günü
məhz müəllimlərin
peşə bayramında
həmkarlarımla birgə
qeyd edək. Hər bir insan bu
dünyaya yalnız yaşamağa yox, həm də özünün təkrarsız
olduğunu göstərməyə,
Vətənə sədaqətini
təsdiq etməyə,
bu və ya digər səviyyədə
dünyada yaxşı
iz qoymağa gəlir. Doğrudur,
bu dünyaya gələn hər peşə sahibinin özündən
sonra iz qoya bilmir. Ancaq
elə bir peşə var ki, bu peşənin
sahibinin hər kəsin formalaşmasında
izi olur. Bu, müəllim peşəsidir. Hansı sahədə çalışmağımdan
asılı olmayaraq hər zaman müəllim olmağımla
fəxr etmişəm.
Elə yaradıcılıqla
bağlı tədbiri
də məhz müəllimlərlə qeyd
etməyim buna bariz nümunədir.
Tədbirdə AzMİU-nun elmi-texniki
işlər üzrə
prorektoru Arif Şərifov çıxış
edərək bildirdi ki, Tağı Əhmədov öz nümunəvi keyfiyyətləri
ilə hər kəsin ürəyində
özəl yer tutmuş, o cümlədən,
geniş dünya görüşünə malik
olan bir şəxsiyyətdir. Tağı
Əhmədov yalnız
siyasi-ictimai sahədə
deyil, həm də yaradıcılıq
potensialına görə
seçilən insanlardandır
və bu gün də o yorulmadan hər bir işin öhdəsindən
layiqincə gəlməkdədir.
Tağı Əhmədov
yaradıcılığı bu gün onu
tanıyanlara xüsusi
ovqat bəxş edir. Belə ki, onun Tağı
Sadiq təxəllüsü
ilə yazdığı
şeirləri insanların
könüllərini oxşayır.
AzMİU-nun tədris işləri
üzrə prorektoru Akif Qasımov çıxışında vurğulayıb
ki, Tağı Əhmədov kimi ziyalı, yaradıcı və ictimaiyyətçi
şəxsiyyətlə çiyin-çiyinə
çalışmaq böyük
şərəfdir və
bütün bunları
o, öz insansevərliyi,
göstərdiyi diqqət
və qayğısı
nəticəsində
əldə edib. Ulu öndər Heydər Əliyev ideyalarına daim sadiq qalan T.Əhmədov
bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasətin
ən bariz dəstəkçisi olaraq,
dövlətçilik və
Yeni Azərbaycan Partiyasının yolunda əzmlə çalışmaqda
davam edir.
Tədbirdə şair Rafael İncəyurd çıxış
edərək bildirdi ki, demək olar ki, o, Tağı
Əhmədovun bütün
kitablarının redaktoru
olub. Onun yaradıcılığı ilə
çox yaxından tanışdır. Tağı
Əhmədov mənsub
olduğumuz xalqın,
millətin ruhundan, təbiətindən doğulub,
uşaqlıq, yeniyetməlik,
gənclik illərindən
bu dünyanın, həyatın düz üzünü də, tərs üzünü də görüb. Bütün bunlarla yanaşı, Tağı Əhmədov ictimai-siyasi xadimdir. Ümummilli lider Heydər Əliyevin gərgin mübarizələr
şəraitində başladığı,
bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən milli müstəqillik hərəkatının
sədaqətli əsgərlərindən
biridir. Eyni zamanda, o, özünü ədəbiyyatda, poeziyada da sınayıb, hisslərini, duyğularını
gizlətməyib, gözəl
şeirlər
yazıb. Heç
də təsadüfi deyil ki, bugünkü poeziyamızda bir “Tağı Sadiq” imzası var. O Tağı Sadiq ki, ilhamını
ilk növbədə Ana Vətəndən - Azərbaycandan alır.
Tədbirdə tanınmış
müğənnilər Ayşən
Mehtiyeva, Çilenay Hüseynova və Almaxanım Əhmədova
Tağı Sadiqin sözlərinə bəstələnmiş
mahnılarla dinləyicilərə
zövq verdilər.
Tədbirlə bağlı təəssüratlarını
İki sahil.TV ilə bölüşən Tağı
Əhmədov bir neçə şeirini də səsləndirdi.
Şəmsiyyə Əliqızı
İki sahil.-
2019ş.- 8 oktyabr.- S.21