Bakı Ali Neft Məktəbi və Yuqorsk Dövlət Universiteti arasında əməkdaşlıq
müzakirə olunub
Bakı
Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Rusiyanın
Xantı-Mansiysk Muxtar Dairəsində yerləşən Yuqorsk
Dövlət Universitetinin nümayəndə heyəti ilə
görüşüb.
Rektor Tatyana
Karminskayanın rəhbərlik
etdiyi nümayəndə
heyətinin tərkibinə
sözügedən universitetin
gənclər siyasəti
və xarici əlaqələr üzrə
prorektoru Anna Brovina, tədris işləri üzrə prorektor müşaviri Roman Şamileviç və başqaları daxil olub.
Görüşdə tərəflər arasında təcrübə
mübadiləsi, məqsədyönlü
əməkdaşlıq proqramları
vasitəsi ilə elmi-pedaqoji qruplar və tələbələrin
mübadiləsi, birgə
elmi tədqiqatların
aparılması, elmi-texniki
və metodiki layihələrin hazırlanması
və s. məsələlər
müzakirə olunub.
Qonaqları salamlayan rektor
Elmar Qasımov Azərbaycanla Rusiya arasında bütün sahələrdə dostluq əlaqələrinin olduğunu,
BANM-in Rusiyanın, eləcə də dünyanın bir sıra ali təhsil
müəssisələri ilə
səmərəli əməkdaşlıq
etdiyini qeyd edib. Ali Məktəbdə beynəlxlaq tədris proqramlarına əsasən
tədris aparıldığını
qeyd edən rektor Böyük Britaniyanın Heriot-Vatt,
ABŞ-ın Corc Vaşinqton Universiteti, İsveçrənin Cenevrə
Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini,
tələbə və
təcrübə mübadiləsi
həyata keçirildiyini bildirib. E.Qasımov Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri,
yeniliklər, professor-müəllim
heyəti, eyni zamanda tələbələrin
uğurları haqda da qonaqlara ətraflı
məlumat verib.
O həmçinin, Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına
əsasən, bu il Bakı Ali
Neft Məktəbinin yüksək bal toplayan 23 tələbəsinin
Prezident təqaüdünə
layiq görüldüyünü
diqqətə çatdırıb.
Rektor Yuqorsk
Dövlət Universiteti
ilə qarşılıqlı
əlaqələrin bundan
sonra daha da genişlənəcəyinə
əminliyini ifadə edib.
Yuqorsk Dövlət
Universitetinin rektoru Tatyana Karminskaya səmimi qəbul üçün təşəkkür
edərək ikitərəfli
əlaqələrin inkişaf
etdirilməsinə maraqlı
olduqlarını bildirib.
Eyni zamanda o, perspektivdə birgə tələbə-müəllim mübadiləsini,
tədqiqatların aparılmasını
zəruri hesab etdiyini vurğulayıb.
“İnnovasiyaların tətbiqi əsas prioritet olan Universitetimiz Rusiya Federasiyası Hökumətinin
əmri ilə 2001-ci ildə yaradılıb. Hazırda Yuqorsk Rusiyanın ən gənc dövlət universitetlərindən
biridir. Əsas vəzifəmiz, bölgədəki
yüksək texnologiyalar
sahələrinin mürəkkəb
problemlərini həll
etmək üçün
təhsil və tədqiqatların aparılmasıdır.
Universitetimiz hər il 2 mindən çox mütəxəssis
yetişdirir”- deyə
T.Karminskaya məlumat verib.
Görüşdə təhsil və elm sahələri üzrə qarşılıqlı
fəaliyyətə dair
ikitərəfli Əməkdaşlıq
Sazişinin imzalanması
qərara alınıb.
Zami Məmmədov
İki sahil.- 2019.- 12 oktyabr.- S.8.