Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur

 

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 28-ci ildönümü tamam olur. SSRİ-nin süqutu nəticəsində baş tutan dövlət müstəqilliyi xalqın qəlbində bəslədiyi istək arzuların təntənəsi olmaqla yanaşı, eyni zamanda, ölkəmizin gələcək inkişafı baxımından möhtəşəm şans başlanğıc idi. Müstəqilliyə qovuşduqdan sonra ilk iki ili çıxmaq şərti ilə artıq tarixə çevrilmiş 26 il milli dirçəlişin inkişafın, müstəqil dövlət quruculuğunun, sabitliyin əmin-amanlığın, daim yüksələn sosial rifahın müasirliyin bariz ifadəsi kimi yaddaşlara həkk olunub. Fərəhləndirici haldır ki, Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur. Bir nəslin gözləri önündə həyat bütünlüklə dəyişdi, müstəqilliyin ilk iki ilinə təsadüf edən səriştəsiz məsuliyyətsiz rəhbərlərin səhvləri günahları üzündən hərtərəfli böhran məngənəsində sıxılan, dağıntı talanlardan əziyyət çəkən ölkə qısa zaman kəsiyində çiçəklənən məmləkətə çevrildi. Orta yuxarı yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycanı bu gün 30 yaşına qədər olan insanlar görməyib bəlkə , ölkəmizdə gerçəkləşən möcüzəni, onun əsl mahiyyətini, miqyasını tam dərk edə bilmirlər. Çünki onların təsəvvüründə yalnız indiki Azərbaycan, onun gözəllikləri həkk olunub. Gənclərin rahatlığından məmnun olduğu indiki həyatın ümumiyyətlə, bugünkü Azərbaycanın 1990-cı illərin əvvəllərindəki Azərbaycandan qədər uzaq məsafədə olduğunu bilməsi yaxşı olardı. Onda ölkənin həyatında baş verən əzəmətli tarixi dəyişikliyin miqyasını əhəmiyyətini daha düzgün, daha ədalətli qiymətləndirə bilərdilər”. Bu fikirlər Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun özfacebooksəhifəsində paylaşım etdiyi “18 oktyabr. Etiraf anısərlövhəli məqaləsində yer almışdır.

Əli Əhmədov qeyd etmişdir ki, 18 oktyabr Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü yolunda verdiyimiz qurbanları xatırlamaq üçün yaxşı bir fürsətdir: “Azadlıq, müstəqillik yolunda canlarından keçənlərin xatirəsi unudulmur, hörmət ehtiramla yad edilir. Onlar dövlətimizin bütövlüyü azadlığı yolunda şəhid olmuş qəhrəmanlardır.

Bu əlamətdar gündə müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin xatırlanması, xatirəsinə xalq hörməti ehtiramının ifadə edilməsi xüsusi məna əhəmiyyət kəsb edir. Xalqın onillərlə arzusunda olduğu müstəqilliyin qorunması, saxlanılması, əsl milli dəyərə nemətə çevrilməsi, müstəqilliyin ali ifadəsi sayılan dövlətin qurulması müstəsna olaraq Onun xidməti sayəsində mümkün olmuşdur. Azərbaycanın müasir tarixinin şahidi olanların istər ölkə daxilində, istər ölkə xaricində bu tarixi izləyənlərin hər biri Heydər Əliyevin 1993-cü ilin iyun ayında tarixi qayıdışını Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirir. Əgər bu qayıdış baş tutmasaydı, ölkəmiz onun hər bir sakini fərqli tale tarix yaşamalı olacaqdı. Yalnız Heydər Əliyevin müdrikliyi, təcrübəsi, iradəsi qətiyyəti sayəsində ölkə bütün mümkün faciələrdən, təlatümlərdən, parçalanmalardan xilas oldu, insanların səbirsizliklə gözlədiyi sabitlik əmin-amanlıq bərpa edildi, Azərbaycana misilsiz iqtisadi geopolitik dividendlər gətirən ( bu gün gətirməkdə davam edən) əsrin neft müqaviləsi imzalandı. Bütün bunların nəticəsində müstəqillik əbədi dönməz oldu, insanlar onun real bəhrəsini gördülər, həqiqi dəyərini mənasını hiss etməyə başladılar.

Bu gün, eyni zamanda, 2003-cü ilin prezident seçkilərində xalqın dərin etimadını qazanan Prezident İlham Əliyevin yürütdüyü siyasətin möhtəşəm təntənəsinin etiraf anıdır. Şərəfli tarixə çevrilmiş 16 il ərzində iqtisadiyyat 3 dəfə böyüdü, Azərbaycan dövlətinin qüdrəti misilsiz dərəcədə artdı, ordumuz gücləndi dünyada 52-ci pilləyə yüksəldi. Ölkənin siması tanınmaz dərəcədə dəyişdi, müasirləşdi. Azərbaycan yaşamaq işləmək üçün cazibədar məkana çevrildi. Əhalinin rifahını ardıcıl olaraq yaxşılaşdıran layihələr həyata keçirildi həyata keçirilməkdədir. Yeni islahatlar strategiyası hazırlanıb uğurla tətbiq edilməkdədir. Azərbaycan indi dünyada ən çox islahat keçirən ölkələrdən biri kimi tanınır”.

Həyatımızda baş verən dərin transformasiya insanlarımızda, onların nəinki həyat məişətində, habelə düşüncələrində, həyata münasibətində müsbət dəyişikliklərlə müşayiət olunur. Nikbinlik, ictimai fəallıq, vətənpərvərlik, müasirlik bugünkü azərbaycanlını fərqləndirən başlıca xüsusiyyətlərdir. O, özünün övladlarının gələcəyini ölkəmizin hazırkı inkişafından ayrı təsəvvür etmir buna görə bu inkişafı həm qorumağa, həm ona töhfələr verməyə hazırdır. Xalqın iqtidarın birliyi həyatımızın nəinki reallığı, eyni zamanda, gələcək uğurlarımızın rəhnidir.

18 oktyabr etiraf anı hər şeydən əvvəl bir daha xalqımızın dövlətimizin qarşısında dahi Heydər Əliyevin müstəsna xidmətlərinin dərk edilməsindən qiymətləndirilməsindən keçir. Bu, eyni zamanda, son 16 ilin inkişafının, müasirləşməsinin, Azərbaycanın gücünün, qüdrətinin, dünyadakı rolunun müsbət imicinin, insanlarda gələcəyə sönməz inamın formalaşmasının memarı Prezident İlham Əliyevin müstəsna xidmətlərinin bir daha dərk edilməsi qiymətləndirilməsi anıdır. Xalqla iqtidarın haqqında bəhs etdiyimiz sarsılmaz birliyi məhz buna arxalanır.

Azərbaycanın dövlət müstəqilliyi əbədi olsun”, - deyə Baş Nazirin müavini bildirmişdir.

 

İki sahil.- 2019.- 18 oktyabr.- S.5