Türkiyə Səfirliyinin mətbuat müşaviri ilə
KİV təmsilçilərinin görüşü keçirilib
. Bu gün Mətbuat Şurasında Türkiyənin
Azərbaycandakı Səfirliyinin
ölkəmizdəki diplomatik
missiyası başa çatmış mətbuat
müşaviri Hamit Karadenizlə Şuranın
İdarə Heyətinin
üzvlərinin və
kütləvi informasiya
vasitələri rəhbərlərinin
görüşü keçirilib.
Azadinform xəbər
verir ki, toplantını açan
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Türkiyə
ilə Azərbaycan arasındakı yüksək
səviyyəli əlaqələr
media sahəsini də əhatə etməkdədir. Bu baxımdan Türkiyənin
Azərbaycandakı Səfirliyinin,
xüsusən də Səfirliyin mətbuat müşavirliyinin rolu böyükdür. «Bu gün mətbuat müşavirimiz Hamit Karadeniz burada bizimlədir. Ölkəmizdə
6 il fəaliyyətdə
olub. Artıq diplomatik missiyası
başa çatıb.
Əminəm ki, Hamit bəy Azərbaycandan ayrıldıqdan
sonra qəlbi ölkəmizlə, bizlərlə
birgə döyünəcəkdir»,
- deyən Ə.Amaşov
H.Karadenizin Azərbaycan
və Türkiyə mediası ilə əlaqələrin daha da intensivləşməsində
müstəsna xidmətləri
ilə seçildiyini vurğulayıb
və ona rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.
Toplantıda çıxış edən MŞ İdarə
Heyətinin üzvləri
- «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Azadinform» İnformasiya Agentliyinin baş direktoru Niyaz Niftiyev, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, Şuranın
icraçı katibi Şəmsəddin Əliyev,
həmçinin «Trend»
İnformasiya Agentliyinin baş
direktor müavini Arzu Nağıyev, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Lent.az» saytının
baş redaktoru Qabil Abbasoğlu, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Türküstan» qəzetinin
baş redaktoru Aqil Camal və
başqaları bildiriblər
ki, H.Karadeniz Azərbaycandakı diplomatik
missiyası müddətində ölkəmizlə
Türkiyə arasındakı
media əməkdaşlığının
dərinləşməsi istiqamətində
kifayət qədər
məhsuldar fəaliyyət
göstərib. Səmimiyyəti,
işgüzarlığı ilə seçilən diplomat hər bir media nümayəndəsinə
münasibətdə həssaslıq
göstərib. H.Karadenizin
işinə məsuliyyətlə
yanaşması ona media camesində dostlar qazandırıb, jurnalistlər də onu özlərinin dostu hesab edirlər.
Görüşdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin
yeni mətbuat müşaviri Hüseyn Altınala bildirib ki, Səfirliklə Azərbaycan mediası və ictimaiyyəti arasında mövcud olan səmimiyyətə, dostluğa və qardaşlığa söykənmiş
əməkdaşlıq xəttinin
H.Karadeniz tərəfindən daha da
möhkəmləndirilməsi bundan sonrakı fəaliyyətə bir qədər də həssas yanaşılmasını
zəruriləşdirir. O, bu
istiqamətdə üzərinə
düşən missiyanı
layiqincə yerinə yetirmək üçün
əzmlə çalışacağını
vurğulayıb.
Sonda çıxış
edən H.Karadeniz toplantı iştirakçılarına
xoş sözlərə
görə təşəkkürünü
bildirib. Diplomat bildirib ki, Azərbaycanda fəaliyyət
göstərdiyi 6 il ərzində burada gördüyü doğma
münasibətdən məmnundur.
Ölkəmizdə çoxlu
dostlar qazandığını
diqqətə çatdıran
türkiyəli diplomat
eyni zamanda vurğulayıb ki, Azərbaycan və Tükiyə mediası istər ölkələrimizin
haqq işinin dünyaya çatdırılması,
istərsə də ortaq türk dəyərlərimizin təbliği
baxımından daim müştərək fəaliyyətdə
olmalı və qarşılıqlı işbirliyini
daha da dərinləşməsinə
xidmət etməlidir.
O, Türkiyənin Azərbaycandakı
Səfirliyinin mətbuat
müşavirliyinin mövcud
istiqamətdə bundan
sonra da əzmlə çalışacağına
əminliyini dilə gətirib.
Toplantı iştirakçıları
tərəfindən qardaş
Türkiyənin Suriyadakı
sülhyaratma prosesinə,
terrorçulara qarşı
apardığı hərbi
əməliyyatlara dəstək
nümayişi əsgər
salamı ilə ifadə edilib
İki sahil.- 2019.- 26
oktyabr.- S.15