“
“Neft Daşları”nın70 illik tarixinə qisa səyahət
1949-cu
ilin noyabrın 7-si unikallığına, insan cəsarətinin
və mətinliyinin misilsizliyinə görə
"Möcüzələr adası", "Dünyanın
səkkizinci möcüzəsi" adlandırılan “Neft
Daşları”nın fəaliyyətə
başladığı gündür. Həmin vaxt
xarici mətbuat bu barədə geniş məlumatlar dərc edərək
Azərbaycanın alim və mütəxəssislərinin
yaratdığı möcüzəyə
heyrətini ifadə etmişdi. “Neft Daşları” Xəzər
dənizində, Bakı şəhərindən 110 km
şimal-şərqdə yerləşir. Dənizin bu yerində
qara qayalıqlar olduğu üçün əvvəlcə
bura “Qara Daşlar” adlandırılırdı. Neft hasil
olunduqdan sonra isə bura “Neft Daşları”
adlandırılıb.
1949-cu il iyunun 24-də “Neft
Daşları” rayonunda birinci kəşfiyyat quyusunun
qazılmasına başlandı. Quyu istismar müddəti
keçmiş “Çvanov” gəmisinin qrunta
batırılması yolu ilə yaradılmış süni
buxtadan 942 metr dərinliyə, Qala Lay Dəstəsinə
qazıldı, noyabr ayının 7-də quyu gündəlik
100 ton debitlə neft fontanı vurub və
bununla da dünya nefti tarixində açıq dənizdə
neft çıxarmanın əsası qoyulub, “Qara Daşlar”
“Neft Daşları”na çevrilib. İkinci kəşfiyyat
quyusunun qazılmasına hazırlıq çətin şəraitdə
aparılırdı. Birinci quyunun buruğunu ikinci quyuya
keçirmək 1949-cu ilin küləkli qışında mümkünsüz
görünürdü. Bunun üçün buruğu
şimal və cənub küləklərindən qorumaq
lazım idi. Bu məqsədlə S.Orucov,
A.Əliyev və məşhur qazmaçı Yusif Səfərovun
təklifi ilə əlavə xərclərə və iş
qüvvəsinə yol vermədən Bakı Gəmi Təmiri
Zavodundan istifadədən silinmiş daha 6 “paraxod” buraya gətirilərək
qrunta batırıldı. Beləliklə, ikinci kəşfiyyat
quyusunun qazılması üçün əlverişli
şərait yarandı. Buna görə xalq arasında “Neft
Daşları”nı “7 gəmi adası” da
adlandırırdılar.1949-cu ilin martında sərt
qayaların üstündə dirəklər üzərində
inşa edilmiş ilk evcik dəniz neftçilərinin qəhrəmanlıq
simvolu kimi bu yaxınlara qədər qorunub
saxlanılır.
İkinci quyunun qazılmasına
1949-cu il dekabrın 19-da başlanıldı və 1950-ci ilin
birinci yarısında bu quyudan da neft fontan vurdu. İlk iki quyu
“Neft Daşları” rayonunda nəhəng neft
ehtiyatlarının mövcudluğunu sübuta yetirdi. 1949-cu il
dekabrın 1-də dənizdə qazma, neftçıxarma və
tikinti ilə məşğul olan “Azərdənizneft”
İstehsalat Birliyi yaradıldı. Həmin qərarla “Dənizneftlayihə”
Dövlət Elmi-Tədqiqat Layihə İnstitutu da təsis
olundu. Eyni zamanda, SSRİ Neft Sənayesi Nazirliyinin tərkibində
“Başdənizneft” Ümumittifaq İstehsalat Birliyi
yaradıldı, neft sənayesinin görkəmli təşkilatçısı
Sabit Orucov Birliyin ilk rəisi və eyni zamanda, SSRİ Neft Sənayesi
nazirinin müavini təyin edildi.
Bundan sonra, “Neft Daşları”nda
kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət
aldı. 1950-ci ilin dekabrında neftçi Qurbanın və
Mixail Kaveroçkinin briqadaları tərəfindən
qazılan quyular neft verdi. 1951-ci il fevralın 18-də neftlə
dolu ilk tanker “Neft Daşları”ndan yola salındı.
14 kvadratmetr sahəsi olan evcikdə,
polad dirəklər üzərində quraşdırılan
süni adada - özüldə yaşayan və dəniz
inşaatçıları tərəfindən
quraşdırılmış qazma kəşfiyyat
qurğusunda çalışan neftçilərin misilsiz qəhrəmanlığı,
mətanəti, siravi fəhlələrin, ustaların,
mühəndislərin, digər xidmət sahələrinin
işçilərinin gecə-gündüz fədakarcasına
çalışmaları Xəzərin amansız
şıltaqlığını, qüdrətini insan iradəsinə
tabe etməyə imkan verdi. Bu gün "Neft
Daşları"nın 70 illik yubileyi hamıya böyük
bayram ovqatı bəxş edib. «Neft Daşları»
yatağının işlənməsi və sənaye
istismarı Azərbaycanın neft tarixinin qızıl səhifələridir.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin sözləri ilə desək «Neft Daşları» Azərbaycanın
çoxmillətli zəhmət adamlarının əmək qəhrəmanlığına
ucaldılmış möhtəşəm abidədir.
Təsadüfi deyil ki, 1970-ci illəri dənizdə
neftçıxarmanın və ilk növbədə “Neft
Daşları”nın inkişafında “qızıl dövr”
adlandırırdılar. Təkcə bir
faktı xatırlamaq kifayətdir ki, ulu öndər Heydər
Əliyev 1970, 1972 və1975-ci illərdə üç dəfə
“Neft Daşları”nda olmuşdu. Əlbəttə, 1969-cu ildən
əvvəllər də Heydər Əliyev dəfələrlə
“Neft Daşları”na səfər etmiş, dəniz
neftçilərinin fədakar əməyi ilə
yaxından tanış olmuşdu.
Ölkə Prezidenti İlham Əliyevin
“Möcüzələr adası” haqqında “Dünya
miqyasında dənizdə ilk dəfə olaraq neft
çıxarılması məhz Azərbaycan neftçiləri
tərəfindən başlanmışdır. Bu gün “Neft
Daşları” yaşayır. “Neft Daşları”nda aparılan
quruculuq-abadlıq işləri məni çox sevindirir. Həm
neftçilərin məişət şəraiti
yaxşılaşır, həm də “Neft Daşları”
abadlaşır, gözəlləşir. Eyni zamanda, “Neft
Daşları”nda Azərbaycan neft sənayesi üçün əvəzolunmaz
texniki qurğular yaradılır. “Neft Daşları” həmişə
Azərbaycan xalqının qəlbində yaşayacaqdır.
“Neft Daşları” Azərbaycan xalqının, Azərbaycan
dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl
inkişaf nümunəsidir.” bu fikirləri isə dəniz
neftçilərinin devzinə çevrilib.
“Neft Daşları” fəaliyyətə
başladığı gündən ötən 70 ildə əsrlərə
bərabər yol keçərək bu gün nəhəng
istehsal - yaşayış kompleksinə çevrilib. SOCAR-dan
aldığımız məlumata görə, ötən 70
ildə “Neft Daşları”, “Palçıq Pilpiləsi”
yataqlarından 186 milyon tona yaxın neft və 15 milyard kubmetrə
yaxın qaz hasil olunub. Burada 2286-ə qədər quyu
qazılıb, 180 km-dən artıq estakada salınıb, 333
istehsal meydançası quraşdırılıb, 100 km–lərlə
neft, qaz, su kəmərləri çəkilib.
Qocaman yataq hazırda işlənməsinin son mərhələsindədir,
lakin buna baxmayaraq “Neft Daşları” bu gün
özünün intibah dövrünü yaşayır. Son illərdə
SOCAR tərəfindən aparılmış səmərəliləşdirici
tədbirlər nəticəsində “Neft Daşları”nda
hasilat 20%-dən çox artıb.
2019-cu ilin 9 ayı ərzində
“Neft Daşları” NQÇİ-də işçilərin
sosial-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə də
təmir və abadlıq işləri görülüb, zəruri
avadanlıqlar, yaşayış və yeməkxana evcikləri
qurulub.
Yubiley ərəfəsində
“Neft Daşları”nda ulu öndərimiz Heydər Əliyevin
adını daşıyan, sahəsi 2,5 hektar olan park, muzey və
Heydər Əliyevin heykəli, “Neft Daşları”nın
Qarabağ müharibəsində şəhid olmuş əməkçilərinin
xatirəsinə ucaldılmış abidə, çay evi fəaliyyət
göstərir. Ümumiyyətlə, son illərdə
“Neft Daşları”nda sosial sahədə aparılan
bütün işlər neftçilərimizin ürəyincədir,
onlarda ölkə iqtisadiyyatını irəli aparmaq
üçün daha əzmlə çalışmağa
stimul yaradır. Parkın işıqlandırma sistemi də
xaricdən gətirilib. Parkın ərazisi daş döşəmələrlə
tikilib, müasir və yeni oturacaqlar quraşdırılıb.
Parkın kənarında “Neft Daşları”nı sakinləri
üçün müasir futbol, voleybol stadionu da inşa
edilib.
“Neft Daşları”nda işləyənlər
ayın yalnız 15 gününü burada qalır. Qalan 15 gününü isə evə gəlirlər.
İşçilər üçün yaşayış binalarının
birinci mərtəbəsində idman zalı, bilyard salonu,
gimnastika otağı, tennis zalı və digər əyləncə
obyektləri də yaradılıb ki, neftçilər asudə
vaxtlarını burada keçirib istirahət edə bilərlər.
Həmçinin işçilərin dəniz və
hava nəqliyyatı vasitələri ilə sahildən “Neft
Daşları”na və “Neft Daşları”ndan sahilə,
özüllərdə işləyən işçilərin
gətirilib aparılmaları,
içməli suyun və ərzaq məhsullarının
gəmilərlə gətirilməsi
təşkil edilir.
Dəfələrlə burada
çalışan neftçilərə belə ənənəvi
sualım olurdu: “Düz 15 gün burada evlərinizdən uzaqda
çalışırsınız. Çətin deyil ki?”
Sualıma cavab hər dəfə də təxminən belə
olurdu: "Biz buna öyrəşmişik. Hətta evə gedəndə
belə bura üçün darıxırıq.
Çünki bura bizim həyatımızın bir
parçasıdır. Ömrümüzün yarısı
burada keçir axı."
“Neft Daşları” ilə bağlı
maraqlı məqamlardan biri də odur ki, 1949-cu ildə istifadəyə
verilən ilk neft quyusu bu gün də qorunub saxlanır. Buraya
hər gələn insan bu quyunun önündə şəkil
çəkdirir.
70 illik yubiley ərəfəsində
“Neft Daşları” NQÇİ-də havaya atılan səmt
qazlarının azaldılması məqsədi ilə NQK tipli
kompressorların quraşdırılması işlərinə
başlanıb, proses uğurla davam edir. İçməli suya
qənaət olunması məqsədi ilə
quraşdırılmış “Əks-osmos”
qurğularında dəniz suyu şirinləşdirilərək
istifadəyə verilib.
Xəzər dənizinin çirklənməsinin
qarşısını almaq məqsədi ilə FLS tipli təmizləyici
qurğuda lay suyu təmizlənərək lay təzyiqini
saxlamaq və utilizə olunmaq üçün təkrarən
quyulara vurulur. Xəzər dənizinin çirklənməsinin
qarşısını almaq məqsədi ilə quraşdırılan
“Biomas” qurğusunda məişət çirkab suları təmizlənir.
NQÇİ-nin sahələrində ekoloji vəziyyətin
normal olması məqsədilə şöbənin əməkdaşları
tərəfindən gündəlik ekoloji monitorinqlər
aparılır. Cari ilin 9 ayı ərzində şöbə
tərəfindən 384 dəfə ekoloji monitorinq
aparılıb. Bundan əlavə, işçilərin ekoloji
maarifləndirilməsi məqsədilə sahələrdə
hər ay işçilər arasında maarifləndirmə
işləri aparılır.
“Neft Daşları” NQÇİ-nin ərazisində
işçilərin istirahəti üçün
salınmış parkda abadlıq işləri aparılıb
və 400 ədəd qızıl gül kolu əkilib. Bundan əlavə,
parkdakı ağac, gül və dekorativ kollara qulluq edilib.
Əslində «Neft Daşları»nın 70 illik
yubileyinin qeyd edilməsi təkcə
Azərbaycan neftçiləri səviyyəsində
deyil, bütün dünyada dəniz neftçiləri tərəfindən
qeyd olunmağa layiqdir. Ona görə
ki, məhz 1949-cu ildə sahildən 100 km məsafədə
açıq dənizdə, xalq arasında «Qara Daşlar»
adlanan yerdə, ilk kəşfiyyat qazma quyusunun 942 metr dərinlikdən
100 tondan artıq gündəlik debitlə neft fəvvarəsi
vurması tarixdə görünməmiş hadisə,
dünya neftçıxarmasında bir möcüzə,
bir yenilik idi. «Neft
Daşları» yatağının kəşfi şöhrəti
dünyanı dolaşan Azərbaycan neftçilərinin
adını, şərəfini daha da yüksəklərə
qaldırdı.
Orxan Vahidoğlu, “İki sah

İşçilər üçün yaşayış
binalarının birinci mərtəbəsində idman zalı,
bilyard salonu, gimnastika otağı, tennis zalı və digər
əyləncə obyektləri də yaradılıb ki,
neftçilər asudə vaxtlarını burada keçirib
istirahət edə bilərlər. Həmçinin
işçilərin dəniz və hava nəqliyyatı vasitələri
ilə sahildən “Neft Daşları”na və “Neft
Daşları”ndan sahilə, özüllərdə işləyən
işçilərin gətirilib aparılmaları, içməli suyun və ərzaq məhsullarının
gəmilərlə gətirilməsi
təşkil edilir.
Dəfələrlə burada
çalışan neftçilərə belə ənənəvi
sualım olurdu: “Düz 15 gün burada evlərinizdən uzaqda
çalışırsınız. Çətin deyil ki?”
Sualıma cavab hər dəfə də təxminən belə
olurdu: "Biz buna öyrəşmişik. Hətta evə gedəndə
belə bura üçün darıxırıq.
Çünki bura bizim həyatımızın bir parçasıdır.
Ömrümüzün yarısı burada keçir
axı."
“Neft Daşları” ilə bağlı
maraqlı məqamlardan biri də odur ki, 1949-cu ildə istifadəyə
verilən ilk neft quyusu bu gün də qorunub saxlanır. Buraya
hər gələn insan bu quyunun önündə şəkil
çəkdirir.
70 illik yubiley ərəfəsində
“Neft Daşları” NQÇİ-də havaya atılan səmt
qazlarının azaldılması məqsədi ilə NQK tipli
kompressorların quraşdırılması işlərinə
başlanıb, proses uğurla davam edir. İçməli suya
qənaət olunması məqsədi ilə
quraşdırılmış “Əks-osmos”
qurğularında dəniz suyu şirinləşdirilərək
istifadəyə verilib.
Xəzər dənizinin çirklənməsinin
qarşısını almaq məqsədi ilə FLS tipli təmizləyici
qurğuda lay suyu təmizlənərək lay təzyiqini
saxlamaq və utilizə olunmaq üçün təkrarən
quyulara vurulur. Xəzər dənizinin çirklənməsinin
qarşısını almaq məqsədi ilə
quraşdırılan “Biomas” qurğusunda məişət
çirkab suları təmizlənir.
NQÇİ-nin sahələrində ekoloji vəziyyətin
normal olması məqsədilə şöbənin əməkdaşları
tərəfindən gündəlik ekoloji monitorinqlər
aparılır. Cari ilin 9 ayı ərzində şöbə
tərəfindən 384 dəfə ekoloji monitorinq
aparılıb. Bundan əlavə, işçilərin ekoloji
maarifləndirilməsi məqsədilə sahələrdə
hər ay işçilər arasında maarifləndirmə
işləri aparılır.
“Neft Daşları” NQÇİ-nin ərazisində
işçilərin istirahəti üçün
salınmış parkda abadlıq işləri aparılıb
və 400 ədəd qızıl gül kolu əkilib. Bundan əlavə,
parkdakı ağac, gül və dekorativ kollara qulluq edilib.
Əslində «Neft Daşları»nın 70 illik
yubileyinin qeyd edilməsi təkcə
Azərbaycan neftçiləri səviyyəsində
deyil, bütün dünyada dəniz neftçiləri tərəfindən
qeyd olunmağa layiqdir. Ona görə
ki, məhz 1949-cu ildə sahildən 100 km məsafədə
açıq dənizdə, xalq arasında «Qara Daşlar»
adlanan yerdə, ilk kəşfiyyat qazma quyusunun 942 metr dərinlikdən
100 tondan artıq gündəlik debitlə neft fəvvarəsi
vurması tarixdə görünməmiş hadisə,
dünya neftçıxarmasında bir möcüzə,
bir yenilik idi. «Neft
Daşları» yatağının kəşfi şöhrəti
dünyanı dolaşan Azərbaycan neftçilərinin
adını, şərəfini daha da yüksəklərə
qaldırdı.
Orxan Vahidoğlu
İki sahil.- 2019.- 31 oktyabr.- S.10