BDU rektoru Prezident təqaüdçüləri
ilə görüşüb
Bakı
Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev
2019/2020-ci tədris ilinin tələbə qəbulu
imtahanlarında ən yüksək nəticələr göstərmiş
və Prezident təqaüdünə layiq
görülmüş Hüquq fakültəsinin tələbələri
ilə görüşüb. Universitetin
100 illiyinin tamamında
onun bir üzvünə çevrilməyin
şərəfindən danışan
rektor Prezident təqaüdçülərini təbrik edib, təhsil və tədrisdə uğurlar arzulayıb.
Prezident İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə və elmə göstərdikləri
diqqət və qayğıdan danışan
rektor Elçin Babayev təqaüdçü
tələbələrin savadlı,
elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə,
fəaliyyətlərində vətənpərvərlik, dövlətçilik prinsiplərini
əsas tutacaqlarına,
eyni zamanda, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə
inandığını söyləyib.
E.Babayev universitetin
yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu, təhsil,
tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsinin
əsas hədəf kimi müəyyənləşdirildiyini
diqqətə çatdırıb.
Bildirib ki, elm və
təhsilin inteqrasiyası,
elmi potensialın gəncləşdirilməsi, gənc
nəslin hələ tələbəlik illərindən
tədqiqata yönləndirilməsi
məqsədi ilə yüksək bal toplayaraq universitetə qəbul olunmuş və araşdırmaya xüsusi maraq göstərən tələbələrin, o cümlədən
Prezident təqaüdçülərinin
elmi fəaliyyətə
cəlb edilməsi istiqamətində bir sıra islahatlar və intensiv işlər aparılır.
Bu tədris ilində
universitetin bir çox yeniliklər etdiyini vurğulayan rektor təhsilin forma və məzmununda
dəyişikliklər aparıldığını,
bir çox fənlərin proqramlarının
dövlətin elm və təhsil sahəsində siyasətinə
və əmək bazarının tələbatına
uyğun olaraq yenidən işləndiyini,
elm və təhsilin əlaqəsini
daha da artırmaq
məqsədilə elmi
tədqiqat institutları,
mərkəzlər və
laboratoriyaların əməkdaşlarının
tədris prosesinə cəlb edildiyini bildirib. Rektorun sözlərindən o da aydın olub
ki, tələbələrin
tədris təcrübələrinin
müvafiq elmi mərkəzlərdə təşkili,
elmi tədqiqatların
və təhsilin keyfiyyətinin yüksəldilməsi
məqsədilə bir
sıra laboratoriyaların
və auditoriyaların
əsaslı təmiri,
müasir cihaz və avadanlıqlarla
təchiz edilməsi istiqamətində də müvafiq işlər görülüb. Rektor yataqxana
binasının yenidən
qurulduğunu, tələbələrin
sosial vəziyyətinin
yaxşılaşdırılması üçün yeməkxana
kompleksinin müasir standartlara cavab verən vəziyyətə
gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini də diqqətə çatdırıb.
Tələbələrə imtahan sessiyası,
onun təşkili və keçirilmə formaları haqqında məlumat verən Elçin Babayev bildirib ki, istək
və arzuları, təklif və problemləri olacağı
təqdirdə Əsas
tədris binasında qoyulmuş xüsusi qutu və universitetin
rəsmi bsu.edu.az saytının
“Tələbədən
rektora” bölməsi vasitəsilə yazılı
müraciət edə
bilərlər.
Sonra Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə, Tədrisin
təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva, Rektorun Humanitar-sosial məsələlər və
informasiya təminatı
üzrə müşaviri
Əliş Ağamirzəyev
çıxış edərək
tələbələri təbrik
edib, uğurlar arzulayıblar.
Tələbələr adından çıxış
edən Prezident təqaüdçüsü Seyidbəyim
Hüseynova görüş
və səsləndirilən
dəyərli fikirlər
üçün təşəkkürünü
bildirib.
Rəşad Bağırov
İki sahil.- 2019.- 20-
sentyabr.- S.20