Qara daşlar göyərəcək!

 

 

Xalq şairi Musa Yaqubun “Bu dünyanın qara daşı göyərməz” şeiri yazılanda ermənilik hələ qılafından üzə çıxmağa cəsarət eləmirdi, Azərbaycana qarşı ərazi iddiasında olduğunu gizlədirdi. Bu iddiada olduğunu Mixail Qorbaçovun ada sərgüzəştindən sonra bildirdi. O vaxtacan Səməd Vurğunun, sonralar Nəbi Xəzrinin, Bilayət Rüstəmzadənin timsalında Azərbaycana rəğbəti olan Rəsul Həmzətovu (Rəsul Həmzətovları!) da öz iddialarının gerçəkləşməsinə vasitə elədi. Necə deyərlər, “quru o palçıq divara yapışa bilməzdi”...

 

Musa Yaqubun bu şeiri çoxumuzun yaddaşındadı. Sovet dönəmində yazılmış bu şeir təəssübkeşliyin, təəssüfün, təəssübkeşliyin mübarizləşməsinə çağırışın ifadəsidi. Sevə-sevə oxuduğum, sevə-sevə yaşatdığım, oxuya-oxuya düşündüyüm, düşünə-düşünə oxuduğum bu şeiri səngərdə, əsgərlərin əhatəsində bir mətləb üçün ən etibarlı bədii (poetik) istinad bilib xatırladım, “qara daşifadəsini işğala tən bilib xatırladım, yaşadığım duyğuların biçimində əsgərlərə xatırlatdım..

 

Gülüstan Türkmənçay müqavilələrinin Azərbaycan dövlətçiliyinə son qoyduğunu düşünənlər tarixin aldanışına uymuşdular. Unutmuşdular ki, “Gec edər, güc edər”, unutmuşdular ki, tarixin hansı dönəmindəsəHaqq nazilər, üzülməz”. Unutmuşdular ki, “mayəsi nur, qayəsi nur olan Azərbaycanın hər daşından alov dilli ox ola bilər” (M.Araz). Oldu da. Azərbaycanda milli-azadlıq hərəkatı rus imperiyasının ilhaq zəncirini parçaladı. Musa Yaqubun bu şeirində təəssüflə anılan qara daşlar 1991-ci ilin noyabrında göyərdi - qara daşları imperiyanın 71 il çəkən qəsbkarlığına qarşı xalqın dönməz mübarizəsi göyərtdi. Onda uzaqdan-uzağa da olsa demişdim ki, gözümüz aydın, ustad, bu dünyanın qara daşı göyərdi!..

 

Bu şeiri ön xətdə, səngərdə, əsgərlərin əhatəsində xatırlamışdım, əsgərələrə xatırlatmışdım, şeirin mahiyyətinin arzuladığım səviyyədə dərki üçünqara daşifadəsinə ötəri bir izah da vermişdim. Onda səngərə uzun çəkən bir sükut çökmüşdü. Əsgərlərin baxışlarının tündləşdiyini hiss etmişdim, barmaqlarının yumruqlaşdığını da. Bunlar mənə yaxşı tanış idi - 1990-cı ilin 19 yanvar gecəsinəcən Meydanda bu məqamın eynisini çox görmüşdüm...

 

Zabit Nəsimi Həsənli bəlkə bütün əsgərlərin adından cəsarətlə dilləndi:

 

   -Dediyiniz qara daşların bəzilərinin qaralma yaşı bizdən, bu əsgərlərdən 7-8 yaş böyükdü. O daşlar müharibə səbəbindən qaralıb. Sizin dediyiniz kimi, dövlət müstəqilliyimizin bərpası o dövrə qədər qaralmış daşları göyərtdi. Bu daşları biz göyərdəcəyik. Ali Baş Komandanın əmriylə döyüşəcəyik, qələbə qazanacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik. Bu, qaralmış daşların göyərməsinin başlanğıcı olacaq.

 

   Zabitin fikirlərini 20 Yanvar şəhidlərinin ruhuna Azərbaycan gəncliyinin, bu sıradan hərbçi gənclərin andı bilmişdim.

 

   Göyərmiş daşların xeylisi müharibə səbəbindən yenidən qaraldı. İşğalın rəngindən rəng almış bu daşları Azərbaycan əsgərinin vətənsevərliyi, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqəti göyərdəcək.

 

   Gizir İbrahim Məmmədov kollec təhsillidi, ixtisası etibarilə müəllimdi. Zamanında müəyyən qədər mütaliəsi olub, ədəbiyyatımıza, bu anlamda klassik çağdaş ədəbiyyatımıza nabələddi, poeziya vasitəsilə aşılanan fikirlərə, xalqımızın mübarizə tarixinin poeziyada ifadəsinə . Musa Yaqubun bu şeiri haqqında da düşüncələrini ifadə etmişdi zabit Nəsimi Həsənlinin dediklərinə münasibət bildirmişdi:

 

   Cənab leytenantın fikirləri mənim düşüncələrimitərpətdi”, əsgərlərin .  Biz qalib əsgər olmaq, komandirin dediyi kimi, o qara daşları göyərtmək istəyirik, əslində, bu amalla xidmət edirik.

 

   Gizir bir anlığına əsgərlərə baxdı. Nələrisə xatırlayıb sözünə davam etdi:

 

   -Belə söhbətlər, belə mövzular həmişə olmur deyə fikir söyləməyə alışmamışıq. Ancaq Vətənlə, dövlətçiliklə, müstəqilliklə bağlı olan söhbətlər düşüncələrimizi tərpədir. Bu şeir lap çoxdan - sovet dönəmində yazılıb. Şeirə bələd olanlar onun mahiyyətini gözəl dərk edir. Onu da dərk edir ki, müstəqilliyimizin bərpası şüirin dediyi daşları həqiqətən göyərtdi. Onu deyə bilərəm ki, komandirimizin dedikləri biz əsgərlərin hər birinin vəzifə borcudur. Torpaqlarımızı işğaldan azad edəcəyik. İstərdik ki, şairlərimizBu dünyanın qara daşları göyərdişeirini yazsınlar. Azərbaycan əsgərinin döyüşlə göyərdəcəyi daşlar bir heç zaman qaralmayacaq. Biz buna əminik, ictimaiyyət əmin olsun.

 

   Bu mükalimələşmənin mahiyyətini , deyilən fikirləri , fikirlərin ifadə etdiyi mətləbləri Azərbaycan şeirinin, ön xətdə xidmət edən əsgərləri qələbə ruhunun hikməti bildim. Bu qənaəti əsgərlərə bildirdim, dedim ki, insan xalqa, millətə, dövlətə, dövlətçiliyə gərəkli məqamlarda təbiəti, təbiətin bir hissəsini ya qismən, ya da tamamilə dəyişməyə qadirdi. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu  Vüqar Ağayev dedi ki, bunu ancaq çox qədim dövlətçilik tarixinə malik olan xalqın əsgərləri bacarar. Azərbaycan Ordusunun əsgərləri belə əsgərlərdi.

 

   Əsgər Əzim Almazov Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovdan söz açdı, onun mənə məlum olan qəhrəmanlıqlarından danışdı.

 

   Əsgər Nurlan Şərifov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan, əsgər Valeh Bayramov Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovdan söz açdı.

 

   Zabit Nəsimi Həsənli Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun son döyüşünü xatırladaraq dedi:

 

   -Sonuncu gülləsinin qaldığını hiss edəndə əsir düşməmək üçün ətrafda sıxlaşan düşmənləri öldürməyi qərara almış, əl qumbarasıyla  özünü partlatmışdı.

 

   Zabit ani olaraq nəyisə xatırlayıb sözünə davam etmişdi:

 

 -Gərgin döyüşlərin birində düşmənlər üstünlüyü ələ keçirməsinlər deyə Etibar Hüseynov özünü düşmən tankının altına atmışdı...

 

Deyilənlər bir həqiqətin təsdiqi kimi səslənmişdi: tarix yaratmağa qadir olan qəhrəmanlar təbiətin bir hissəsini dəyişməyə qadirdir; qəhrəman yağış yağdıra bilmir, yel əsdirə bilmir, yağan yağışı, əsən yeli gücsüzləşdirməyi xalqa, Vətənə sevgisiylə, bu sevgidən güc alan dözümüylə, qətiyyətiylə bacarır.

 

Havadarlarının köməyiylə 7 rayonumuzu işğal edən Ermənistan illərlə təmas xəttində müdafiə səddinin qüdrətindən danışırdı, bu səddin keçilməzliyini bildirirdi. Bu səddi o dövr üçün təbiətin bir parçası hesab edə bilərik. Azərbaycan əsgəri 2016-cı ilin aprelində o səddi beş-on saat müddətiycə çəkən döyüşlərdə yerlə-yeksan elədi - təbiətin o bir parçası tamamilə dəyişdi. Bu qüdrətə malik olan əsgər əlbəttə ki, bu dünyanın qara daşlarını da göyərdəcək. Gizir İbrahim Məmmədovun arzuladığı kimi, yaxın vatlardaBu dünyanın qara daşları göyərdi!” şeiri yazılacaq!..

 

 

Faxralı  Rəşid

 

İki sahil.- 2019.- 25 sentyabr.- S.12