Yaponiyanın Fuci telekanalında
Azərbaycan haqqında
veriliş yayımlanıb
Yeni ilin
ilk günlərində
Yaponiyanın populyar Fuci telekanalı Azərbaycan haqqında veriliş yayımlayıb.
AZƏRTAC xəbər verir ki, “Dünya”
adlı verilişdə
Azərbaycanın coğrafi
mövqeyi, əhalisi,
tarixi və mədəniyyəti haqqında
geniş məlumat verilib. Azərbaycanın Yaponiyadan təyyarə ilə 15 saatlıq məsafədə yerləşdiyini
qeyd edən aparıcı ölkəmizin
çox əlverişli
coğrafi mövqeyə
sahib olduğunu bildirib. Müstəqilliyini 1991-ci ildə bərpa
edən Azərbaycanın
qısa zaman kəsiyində əldə
etdiyi uğurlar diqqətə çatdırılıb.Verilişdə
Bakı şəhərindəki
“Alov qüllələri”,
Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Bakı Kristal Zalı və digər möhtəşəm tikililərin
müasir dizaynı
barədə söhbət
açılıb. “Alov qüllələri”nin
şəhərin rəmzi
olduğu qeyd edilib.Telekanalın Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində və Bakı Ali Neft
Məktəbində olan
çəkiliş qrupu
ölkəmizdə yerləşən
neft və qaz yataqları barədə də tamaşaçıları məlumatlandırıb.
Eyni zamanda, tamaşaçılara Neft
Daşları və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri barədə məlumatlar təqdim edilib. Bundan başqa, Azərbaycan ərazisindəki faydalı
qazıntılardan, Naftalan
Sağlamlıq Mərkəzi
və palçıq vulkanlarından bəhs olunub.İçərişəhərdə və Nizami küçəsində aparılan
çəkilişlər zamanı
şəhərin mərkəzində
yerləşən bu iki yerin tikililəri
ilə tarixi və müasir Azərbaycanı əks etdirdiyi vurğulanıb.
Yapon izləyicilər ölkəmizin
müasirliyi ilə diqqəti cəlb edən turizm potensialı və mövcud infrastrukturu barədə də ətraflı məlumatlandırılıb.Tamaşaçılara
ölkəmizin rəmzlərindən
biri hesab edilən, dünyaca məşhur Azərbaycan xalçaları barədə
də geniş məlumat verilib.
Veriliş boyunca
azərbaycanlıların çox
istiqanlı, mehriban, qonaqpərvər və əməksevər bir xalq olduğu qeyd edilib. Sonda
yapon tamaşaçılara
bu gözəl ölkəyə səyahət
etmək tövsiyə
olunub.
Vüqar
Ağayev
Səs.-
2019.- 5 yanvar.- S.12.