Məmməd Səid Ordubadi irsinə dövlət qayğısının parlaq təzahürü

Poetik təfəkkürə, yüksək əxlaqi keyfiyyətlərə həssas mənəvi aləmə malik olan Azərbaycan xalqının çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanmışdır.

Bu mənəvi elmi-əxlaqi sərvətləri öyrənmək, onları təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək olduqca əhəmiyyətlidir. Azərbaycan ədəbi irsindəki qabaqcıl ideya, fikir təcrübələrin, görkəmli şəxsiyyətlərin maarifçiliklə bağlı fikirlərinin öyrənilməsinə çox böyük ehtiyac vardır. Azərbaycan xalqının mənəviyyat pasportuna çevrilən Məmməd Səid Ordubadi belə şəxsiyyətlərdən, maarifpərvərlərdən biridir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Məmməd Səid Ordubadinin ictimai-siyasi görüşlərini səciyyələndirərək demişdir: “Məmməd Səid Ordubadinin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Məmməd Səid Ordubadinin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

M.S.Ordubadi yaradıcılığı, onun Azərbaycan xalqı ədəbiyyatı qarşısındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə onun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Ordubad şəhərində bir zamanlar yaşadığı ata ocağı ev-muzeyə çevrilmiş, 1979-cu ildə isə Bakıda ədibin yaradıcılıq yadigarlarının məkanı olan Xatirə Muzeyi yaradılmışdır. Bundan başqa, xatirəsini əbədiləşdirmək üçün ölkəmizdə, o cümlədən Naxçıvanda bir neçə küçəyə, mədəniyyət müəssisələrinə, kitabxanalara Ordubadinin adı verilmiş, onun adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının qarşısında yazıçının büstü ucaldılmışdır.

Məmməd Səid Ordubadinin irsinin öyrənilməsi təkcə tarixilik nöqteyi-nəzərdən deyil, həm bu gün üçün faydalıdır. Çünki onun fikirləri müasir məktəblərimiz üçün, gənc nəsli nəcib əxlaqi keyfiyyətlər ruhunda tərbiyələndirmək işində xüsusi əhəmiyyətə malikdir. M.S.Ordubadi irsinin aktuallığını ümummilli liderimiz Heydər Əliyevin qiymətli fikirləri daha dolğun ifadə edir. Ulu öndər M.S.Ordubadi yaradıcılığının tədqiqi öyrənilməsi ilə bağlı deyirdi: “Məmməd Səid Ordubadi əsərlərini alimlər təhlil edə bilərlər. Şübhəsiz ki, qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər. Bəlkə böyük dərya kimi heç onun hamısını əhatə edə bilməyəcəklər. Ancaq bununla yanaşı, bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəblərin, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Məmməd Səid Ordubadinin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə.”

Məmməd Səid Ordubadi yalnız Azərbaycanda deyil, türk dövlətlərində yaxın orta Şərqdə tanınmış söz ustadlarından biri idi. Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc qələmadlı məşhur romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi olan M.S.Ordubadinin, mətbuatda çıxan ilk şeirlərindən başlayaraq 1905-ci il Birinci Rus inqilabına qədərki şeirlərində əsas ideya cəmiyyətdə mədəni geriliyə qarşı mübarizə, qəflət cəhalətin, tənqidi, eyni zamanda elmin, maarifin, qabaqcıl mədəniyyətin təbliği olmuşdur. Bütün yaradıcılığı boyu M.S.Ordubadinin yeganə məqsədi xalqa xidmət etməkdən, öz xalqını azad xoşbəxt görmək üçün çalışmaqdan ibarət idi.

Ermənilərin 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif regionlarında soydaşlarımıza qarşı törətdikləri qanlı cinayətlər, soyqırım deportasiyalar barədə şahidlərdən aldığı məktub məlumatlar əsasında M.S.Ordubadi son dərəcə əhəmiyyətli mənbə sayıla biləcəkQanlı illəradlı qiymətli bir salnamə yaratmışdır.

 

Bir yazıçının ömrü onun yaratdıqlarının ömrü, yaratdıqlarına verilən dəyər qədərdir. Dahi şəxsiyyət Heydər Əliyevin M.S.Ordubadi irsinə verdiyi dəyər bu gün layiqincə davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2012-ci il 10 aprel tarixli Sərəncamı ilə yazıçı-dramaturq, şair-publisist, ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuşdur.

Naxçıvan Muxtar Respublikasında ədibin irsinə dövlət səviyyəsində daim yüksək qayğı göstərilmişdir. Ali Məclis Sədrinin 17 aprel 2012-ci il tarixli Sərəncamı iləMəmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planıtəsdiq edilmiş, əsərlərinin bir qismi yenidən nəşr edilmişdir. Görkəmli yazıçının Ordubad şəhərindəki ev-muzeyi əsaslı təmir olunmuşdur.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuşOxunması zəruri olan kitabların siyahısı”na Məmməd Səid OrdubadininQılınc Qələmromanının daxil edilməsi Ordubadi irsinə verilən dəyərin bariz nümunəsi, gənc nəslə veriləcək ən böyük töhvələrdən biridir. İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğuQılınc qələmOrdubadi yaradıcılığına xas macəraçılıq romanı üslubunda yazılmışdır.Maraqlı yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində, şübhəsiz,mühüm yer tutan, oxucularda Nizami onun dövrünü öyrənməyə böyük həvəs oyadan romandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli ədib barədə söylədiyi aşağıdakı fikirlər onun irsinə verilən dəyəri dolğun şəkildə ifadə edir: “Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən Azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir”.

 

Ruhəngiz Əliyeva

İki sahil.- 2019.- 12 yanvar.- S.11