gözəl şey xatırlamaq səni...

 

 

15 yanvar - saçından dırnağınacan şair doğulmuş mavi gözlü azman Nazim Hikmət Ranın min bir zülm - zillət çəkdiyi dünyaya göz açdığı gündür. Məhz bu məqamda, məhz Nazim Hikmət üçünəgər yaşasaydı, indi filan yaşda olardıdeməyə lüzum yoxdur. Çünki bəzi insanlar yaşsız olur, onlar dünyaya həmişə sağ qalacaq yaşda gəlirlər. Məhz Nazim Hikmət Ran kimi. Belə insanların azman enerjisi bəzən yaşadıqları dünyanın gücünün çatıb qaldıra bilməyəcəyi qədər olur. O enerji yazdıqlarının ruhuna hoparaq gələcəyə daşınır. günlərin bir gözəl günündə o enerji işıq saçan maviliyi ilə qarşına çıxanda hiss edirsən ki, indiyə qədər səni daxilən xoşbəxt edəcək məlum şərqiləri oxumaq imkanı varkən, həyatını sadəcə bu möhtəşəm melodiyaları dinləyərək keçirmisən:

 

Seni düşünmek güzel şey, ümitli şey,

 

Dünyanın en güzel sesinden

 

En güzel şarkıyı dinlemek gibi birşey...

 

Fakat artık ümit yetmiyor bana,

 

Ben artık şarkı dinlemek değil,

 

Şarkı söylemek istiyorum...

 

Keçmişə qanrılıb baxanda əldən buraxdığımız yaşamaq fürsətlərini incələyərkən keçirilən peşmanlıqların, eləcə sadəcə başladığın üçün davam etməyə məcbur qaldığın bir çox şeylərin əslində həyatında sadəcə böyük bir yük olduğunu anlayarsan. Bütün bunlardan sonra əlinin altında sadəcə göz yaşı qalar. Necə ağlayasan ki...

 

Nasıl etmeli de ağlayabilmeli

 

farkına bile varmadan?

 

Nasıl etmeli de ağlayabilmeli

 

ayıpsız,

 

aşikare,

 

yağmur misali?

 

Bəzən həmin yağmurlar təkcə vücudunu deyil, bütün ruhunu isladar. Ruhu islaq yaşamaq çox çətindir. Bu, artıq bədənin deyil, ruhun soyuqdəyməsi olur. Ruhun soyuqdəyməsini sağaldan yeganə nəsnə isə sevgidir. Nazim Hikməti bu gün ürəyimizin ən mübhəm guşələrinə qədər daşıyıb oraya həmişəlik məskunlaşdıran sevgi...

 

Seviyorum seni

 

denizi uçakla ilk defa geçer gibi.

 

İstanbulda yumuşacık kararırken ortalık

 

içimde kımıldanan bir şeyler gibi,

 

Seviyorum seni

 

Yaşıyoruz çok şükür!” der gibi.

 

Bu qədər bəsit, eyni zamanda, bu qədər mürəkkəb şəkildə sevməyin ödənci ağır olur. Nazim Hikmət o mənəvi ödəncləri zaman-zaman illərinin itirdiyi sevgilərinin bahasına ödəyirdi. O illəri müxtəlif qadınlar öz sevgiləri ilə bəzəsə , bunların hamısında sonunda getmək vardı, hansısa şəkildə ümidsizcə çıxıb getmək..

 

Ben senden önce ölmek isterim.

 

Gidenin arkasından gelen

 

gideni bulacak mi zannediyorsun?

 

Ben zannetmiyorum bunu...

 

...Ben senden çok önce gideceğim,

 

sen bensiz kalacaksın ihtiyarlığında...

 

Bütün getmələrin ardından isə dözülməyəcək həsrətlər başlar. Nazim Hikmət təkcə eşqin deyil, həsrətin menyüsünü tərtib etmiş adamdır.

 

Yüz yıl oldu yüzünü görmeyeli,

 

belini sarmayalı,

 

gözünün içinde durmayalı,

 

aklının aydınlığına sorular sormayalı,

 

Aramızda yüz yıllık zaman,

 

             yol yüzyıllık...

 

Yüzillik həsrətlərin ayrılıqların qəribə dəyişdirmə gücü var. deyirsən de, qədər özünə boşuna təsəlli verməyə çalışırsan çalış, “gözdən uzaq, könüldən uzaqfəlsəfəsi hissləri korşaltmağa, duyğuları öldürməyə sənihərkəsləşdirməyəbaşlayır. Bu vaxt sevdaların ürəkləri qovuran vaxtında verilən andlar unudulub zamanın yellərinə qarışıb soyuyur, elə bir biganələşmə başlayır ki, özün vaxtilə sevginin ünvanının artıq laqeydliyin boz çölü olduğunu görürsən:

 

Maziye karışıp sevda yeminim,

 

Bir anda unuttum seni, eminim

 

Kalbimde kalbine yok bile kinim

 

Bence artık sen de herkes gibisin...

 

Adına “həyatdeyilən bu qarmaşa səni biganəliyin hansı küncünə qoyursa qoysun, Nazim Hikmət o “hərkəsləşməniniçində insanları sevməyin onlar üçün öləbilməyin qutsallığını aşılayacaq qədər mənəvi azman idi. Ona öyrətmişdilər, o da bizə sevməyi, “hətta sevda yüzünden ölmeyin ayıp olmadığınıöyrədirdi:

 

İkimiz de biliyoruz, sevgilim,

 

öğretebiliriz:

 

dövüşmeyi insanlarımız için

 

ve her gün biraz daha candan

 

biraz daha iyi sevmeyi...

 

Nazimin həm “Ben yanmasam, sen yanmasan, biz yanmasak, nasıl çıkar karanlıklar aydınlığa?” kimi bir hikməti bilmişliyi vardı...

 

heç nəyə- bütün pisliklərə, ağrılara, yanlışlara, xətalara, günahlara baxmayaraq yenə həyatın onu başqasına fəda edəcək qədər ciddi, məsuliyyətli bir şey olduğunu da unutmur, unutdurmur Nazim Hikmət. Bu heç yaddan çıxarılacaq bir dərs deyil:

 

insanlar için ölebileceksin,

 

hem de yüzünü bile görmediğin insanlar için,

 

hem de hiç kimse seni buna zorlamamışken,

 

hem de en güzel en gerçek şeyin

 

yaşamak olduğunu bildiğin halde.”

 

Özündən sonraya bu qədər sadə dəyərli həqiqətləri irs qoymuş, sadəcə statistik olaraq 117-ci, amma zamanın elə indi durduğumuz yerində dayanıb hər iki tərəfə baxanda başlanğıcları bitmələri özündə ehtiva edən Nazim Hikmət tükənməzliyinə diqqət yetirəndə düşünürsən:

 

Ne güzel şey hatırlamak seni: ölüm ve zafer haberleri içinden...

 

Sevinc Mürvətqızı

İki sahil.- 2019.- 16 yanvar.- S.14.