İqtisadi sabitliyin təmin edilməsi başlıca məqsəddir
Prezident İlham Əliyev
Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı
müəssisəsinin açılışındakı
müraciətində bir daha bu reallığı diqqətə
çatdırdı ki, Azərbaycan yenə də öz
gücünü göstərir
Sumqayıt Kimya Sənaye
Parkında tibbi maska istehsalı müəssisəsinin açılışındakı
müraciətində “Azərbaycan
dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə
də öz gücünü göstərdi”
fikrini böyük inam və əminliklə
diqqətə çatdıran
dövlətimizin başçısı
İlham Əliyev bildirdi ki, bizim əsas vəzifəmiz xalqımızı,
dövlətimizi qorumaqdır.
Buna nail olmaq üçün istənilən addımların
atılması mümkündür
və biz bunu edirik.
Hər bir ölkənin inkişafında
iqtisadi amil əsas rol oynayır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə
məqsədilə iştirakçısı
və təşəbbüsçüsü
olduğu enerji layihələrinin uğurlu
icrası nəticəsində
ölkəmizin iqtisadi
və maliyyə imkanlarının genişlənməsi
üçün geniş
yol açılır.
Ən əsası 2003-cü ildən
neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına xüsusi diqqət və qayğının göstərilməsidir. Sahibkarlığın
inkişafını ölkəmizin
hərtərəfli tərəqqisində
vacib amil kimi önə çəkən cənab
İlham Əliyev daim bu tələbi
irəli sürür ki, ölkəmizdə investisiya mühiti yaxşılaşdırılmalı, yeni iş yerlərinin
yaradılması daimi
proses olmalıdır. Bu tələb öncə əhalinin demoqrafik vəziyyəti ilə əlaqələndirilir. Nəzərə alaq ki, Azərbaycan
artıq 10 milyonluq ölkədir. Sosial-iqtisadi islahatların
demoqrafik vəziyyətlə
uzalaşdırılması günümüzün əsas
tələbləri sırasındadır.
İqtisadi tərəqqiyə
nail olmadan güclü
sosial siyasətin həyata keçirilməsindən,
insanların yüksək
rifahının təminatından
danışmaq qeyri-mümkündür.
Cari ilin yanvar-fevral aylarının
sosial-iqtisadi göstəricilərinə
diqqət yetirək. Qeyri-neft
sektorunda iqtisadi artım 6,7 faizdir.
Bu, dünya miqyasında
ən yüksək göstəricilərdən biridir.
Qeyri-neft sektorunda sənaye istehsalı isə 21,7 faiz
artıb. İnflyasiya
2,8 faizdir. Əhalinin gəlirləri 9 faiz artıb. Ölkə iqtisadiyyatının inkişafında turizm sektorunun rolunu nəzərə alsaq, qeyd olunan dövrdə
Azərbaycana gələn
turistlərin sayı
18 faiz artıb. Mart ayında koronavirus
infeksiyasının yayılma
coğrafiyasının genişlənməsi
çox ciddi böhrana gətirib çıxardı. Bu fakt reallıqdır ki, dünya bu xəstəliyin iqtisadi və sosial fəsadlarını
yaşayır, vəziyyətdən
çıxmaq üçün
yollar axtarır.
Həm daxildə iqtisadi və sosial vəziyyətin ağırlaşması,
həm də ölkələr arasında
əlaqələrin müvəqqəti
olaraq dayanması öz növbəsində
böhranın dərinləşməsini
stimullaşdırır. Beynəlxalq maliyyə qurumları da artıq açıq şəkildə bəyan
edirlər ki, bu xəstəlik, onun törətdiyi və törədə biləcəyi fəsadlar
2008-2009-cu illərin böhranından
daha da ağır olacaq. Digər tərəfdən də nəzərə alaq ki, pandemiya
şəraitində dünyada
neftin qiyməti düşdü. Belə olan
təqdirdə böyük
itkilərin qaçılmaz
olduğu aydındır.
Lakin Azərbaycanın əvvəlcədən
qəbul etdiyi qərarlar əsasında gördüyü işlər,
həyata keçirdiyi
tədbirlər öz
müsbət təsirini
göstərir və sınaqdan da şərəflə
çıxacağımıza əminliyi artırır.
“Amma hər
kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir.
Xəstəlik nə qədər davam edəcək heç kim bilmir.
Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları
özünü hansı
formada büruzə verəcək? Bunu da biz bilmirik”
söyləyən cənab
İlham Əliyevin qeyd etdiyi kimi,
dövlət bütün
işləri görür.
Ölkənin hərtərəfli inkişafında özəl
sektorun rolunu önə çəkən
cənab İlham Əliyev hər zaman olduğu kimi, bu gün
də sahibkarların yanında olduğunu onlara göstərdiyi maddi və mənəvi
dəstəyi ilə ifadə etdi. Bu məqsədlə ölkə
Prezidentinin Sərəncamı
ilə Nazirlər Kabinetinə bir milyard manat vəsait
ayrıldı, dörd
işçi qrupu yaradıldı. Bu işçi qruplarının
vəzifəsi məşğulluq
məsələlərini həll
etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və başqa maliyyə imkanlarını
səfərbər etməkdir.
Ümumilikdə 4 sektoru və 20 fəaliyyət sahəsini
əhatə edən
10 proqram yaranmış
iqtisadi və sosial çətinliklərin
aradan qaldırılmasına
xidmət edir. Həmin sənədlərə əsasən,
iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı
problemlərin həllinə,
makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2,5 milyard manat ayrılacaq. Ölkədə 600 min işçi, o cümlədən
fərdi sahibkar dövlət hesabına maliyyələşdiriləcək. Onların əməkhaqlarının
əhəmiyyətli hissəsini
dövlət öz üzərinə götürüb,
artıq bu ödəmələr başlayır.
“Biz mütləq
həm xəstələrə
sahib çıxacağıq
və çıxırıq,
həm də ki, iş adamlarına”
söyləyən ölkə
Prezidenti vurğulayır
ki, sahibkarlara mənim çağırışım,
birmənalı tələbim
artıq hər kəsə bəllidir ki, bu dövrdə
heç bir ixtisara getmək olmaz, ancaq biz
sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da
əziyyət çəkməsinlər.
Bu ümumiləşdirməni apara bilərik ki, 10 istiqaməti əhatə edən yardım proqramlarının
uğurlu icrası nəticəsində daim beynəlxalq maliyyə qurumlarının, xüsusilə
Dünya Bankının
hesabatlarında ən
islahatçı ölkə
kimi qərarlaşan Azərbaycan koronavirus pandemiyasının yaratdığı
iqtisadi və sosial çətinliklərdən uğurla çıxacaq, iqtisadi inkişaf modelində yeni təkmilləşmələr,
yeniləşmələr həyata
keçirməklə dayanıqlı
inkişafını təmin
edəcək. Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı
ölkəmizin kifayət
həcmdə maliyyə
resursları vardır.
Bu baxımdan, yaranmış vəziyyətdə
biznes ictimaiyyətinin
və əhalinin təmkinli davaranış
nümayiş etdirməsi
üçün ciddi
əsaslar vardır. Bu mühüm məqam dövlətimizin başçısı
İlham Əliyevin çıxışlarında öz
əksini tapır ki, valyuta bazarına
nəzarət gücləndiriləcək,
qeyri-qanuni hərəkətlər
və yaranmış vəziyyətdən sui-istifadə
hallarının qarşısı
qətiyyətlə alınacaq.
Yeganə Əliyeva
İki sahil.- 2020.- 9 aprel.- S.4.