Maliyyə dəstəyinin
göstərilməsi ilə
bağlı müraciət
qaydaları və vəsaitlərin köçürülməsi
mexanizmlərin şərhi
Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə
mənfi təsirinin azaldılması ilə məqsədilə Nazirlər
Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər
çəkmiş sahibkarlara
və onların muzdlu işçilərinə
maliyyə dəstəyi
proqramına start verib.
Vergilər Nazirliyinin
İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov maliyyə dəstəyinin
göstərilməsi ilə
bağlı müraciət
qaydalarını və
vəsaitlərin köçürülməsi
mexanizmlərini şərh
edib.
N.Şirinov bildirib
ki, pandemiyadan zərər çəkmiş
sahələrdə fəaliyyəti
məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə
dəstəyi verilməsi
məqsədilə dövlət
tərəfindən kompleks
tədbirlər həyata
keçirilməkdədir. Bu tədbirlər
çərçivəsində həmin sahibkarlara vergi güzəştlərinin
və tətillərinin
verilməsi, onların
sosial sığorta haqqları üzrə yüklərinin azaldılması,
sahibkarların muzdlu işçilərinə ödədikləri
əmək haqqının
bir hissəsinin dövlətin ayırdığı
vəsait hesabına ödənilməsi,
fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi
nəzərdə tutulub.
Sahibkarlıq subyektlərinin müraciət
etmələrinin asanlaşdırılması
ilə bağlı proqram təminatı hazırlanıb və aprelin 8-dən etibarən istifadəyə verilib. Aprelin 9-dan başlayaraq
10853 muzdlu işçisi
olan 1000-dən yuixarı
vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən
çox fərdi sahibkar maliyyə dəstəyi proqramından
yararlanmaq üçün
müraciət edib.
N.Şirinov müraciətlərin
göndərilməsi qaydası
və mexanizmləri barədə də məlumat verib. Bildirilib ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) pandemiyadan zərər çəkmiş sahələr
üzrə maliyyə
dəstəyinin göstərilməsi
ilə bağlı xüsusi bölmə yaradılıb. Vergi ödəyiciləri Internet Vergi İdarəsində mövcud
olan şəxsi kabinetləri vasitəsilə
həmin bölməyə
daxil olaraq əmək ödənişləri
üzrə alt bölməni seçməklə
sahibkarlıq subyektlərinin
muzdlu işçilərinə
dəstəyin göstərilməsi
ilə bağlı müraciət edə bilərlər. Müraciət edilərkən
vergi ödəyicisinə
dair reyestr və uçot məlumatları proqram tərəfindən avtomatik
olaraq doldurulur. Bu, vergi ödəyicisinin
qeydiyyatda olduğu vergi orqanı, onun VÖEN-i, aktiv bank hesabları barədə məlumatlar,
1 mart tarixinə və müraciət tarixinə işçi sayı barədə məlumatlardır. Sahibkar tərəfindən
isə pandemiyadan zərər çəkdiyi
sahə və həmin sahədə fəaliyyət göstərən
işçilərin sayı
barədə məlumatlar
sistemə daxil edilir, həmçinin vəsaitlərin hansı banka ödənilməsi ilə bağlı qeyd aparılır.
Bu qeydlər
aparıldıqdan və
müvafiq düymə
sıxıldıqdan sonra
avtomatik rejimdə daxil edilmiş məlumatların yoxlanılması
həyata keçirilir.
Bu yoxlamalar zamanı sistem tərəfindən bir sıra uyğunsuzluqlar aşkarlana bilər. Məsələn, müraciət edən
sahibkarın riskli vergi ödəyiciləri ilə əməliyyatlar apardığı ortaya çıxa bilər. 1 mart tarixinə göstərilən işçi
sayı ilə müraciət tarixinə olan işçi sayı ilə müqayisədə kəskin
azalmalar, bank hesabının aktiv olmadığı müəyyən
edilə bilər. Bu halda sistem tərəfindən
həmin sahibkara müvafiq mesajlar verilir. Uçot məlumatlarında olan uyğunsuzluqların aradan qaldırlması
ilə bağlı sahibkar müvafiq düzəlişləri edib
yenidən müraciət
edə bilər.
Elektron müraciətlər
bütün yoxlama mərhələlərini keçdikdən
sonra, hazırlanmış
reyest məlumatları
gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə
Nazirliyində açılmış
tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində
göstərdiyi bank hesabına vəsaitlərin
ödənilməsi təmin
olunacaqdır.
N.Şirinov ödəniləcək
vəsaitlərin məbləği
ilə bağlı məsələlərə də
aydınlıq gətirib.
Onun sözlərinə görə,
muzdlu işçilərə
vəsaitlərin ödənilməsi
prosesində Dövlət
Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği
- 712 manat əsas meyar olaraq götürülüb.
Əgər muzdlu işçilərin aylıq
əmək haqqı
712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin
hər bir muzdlu işçiyə ödənilməsi təmin
ediləcək.
N.Şirinov bildirib
ki, həmin sahibkarın dövlət büdcəsinə vergi və ya sosial
sığorta üzrə
borcları olsa belə, məqsədli vəsaitlərin ünvana
çatdırılması üçün banklardan sərəncamların geri
götürülməsi təmin
olunacaqdır.
Pandemiyadan zərər
çəkən sahələrdə
fəaliyyət göstərən
işəgötürənlərin muzdlu işçilərinə
əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər
hissələrlə həyata
keçiriləcək.
N.Şirinov vurğulayıb
ki, işəgötürənlər
özlərinin sosial məsuliyyəti məsələsini
də yaddan çıxarmamalıdır. Muzdlu
işçilərin əməkhaqqının
ödənilməsinə dəstək
dövlət tərəfindən
ünvanlı şəkildə
aparılır. Vəsait
yalnız təyinatı
üzrə, işçilərə
əmək haqqı kimi ödənilməlidir.
Muzdlu işçilərin
əməkhaqları, həmçinin
onların fərdi sosial sığorta hesabında vəsaitlərin
toplanmasının davam
etməsi üçün
sosial sığorta ayırmalarının da sahibkarın hesabına köçürülməsi təmin
edilir. Vəsaitlərdən
yalnız təyinatı
üzrə istifadə
olunmalıdır, əks
halda onlar dövlət büdcəsinə
qaytarılacaq və müvafiq tədbirlər görüləcəkdir.
Hazırlanmış proqram təminatlarında fərdi (mikro) sahibkarların da müraciət etməsi ilə bağlı alt bölmə yaradılıb. Fərdi (mikro) sahibkarlar da İnternet Vergi İdarəsində olan şəxsi kabinetləri vasitəsilə
müvafiq alt bölmədən istifadə
etməklə müraciət
edə bilərlər.
Bu zaman da, yuxarıda qeyd olunduğu kimi, müvafiq məlumatların bir hissəsi sistem tərəfindən elektron
qaydada doldurulur. Bu, sahibkarın qeydiyyatda olduğu vergi orqanının adı, onun VÖEN-i və aktiv bank
hesabları haqqında
olan məlumatlardır.
Sahibkar tərəfindən
isə müraciətə
müvafiq vergi rejimi barədə məlumatlar əlavə edilir. Belə ki, fərdi (mikro) sahibkarlar 4 vergi rejimindən birində fəaliyyət göstərdikdə, onlara
vəsaitlərin ödənilməsi
təmin ediləcəkdir.
Bu rejimlərə sahibkarın
2 faiz dərəcə
ilə sadələşdirilmiş
vergi rejimində fəaliyyət göstərməsi,
fərqlənmə nişanı
əsasında daşıma
fəaliyyəti ilə
məşğul olması,
sabit vergi qəbzi ilə fəaliyyət göstərməsi
və dövriyyəsi
12 ay ərzində 200
min manatı keçmədiyi halda mikro sahibkar kimi gəlir vergisi rejimində fəaliyyət göstərməsi
aiddir.
Sahibkar sistemdə
bu vergi rejimlərindən birini və vəsaitin ödəniləcəyi bank
hesabını qeyd edir. Bundan sonra
sistem tərəfindən
doldurulmuş məlumatların
emalı aparılır
və bu halda da sistem
tərəfindən uyğunsuzluqlar
aşkar edilə bilər. Uyğunsuzluqlar əsasən sahibkarın
qeyd etdiyi vergi rejimi ilə
uçot baza məlumatlarında olan vergi rejiminin üst-üstə düşməməsi
və ya aktiv bank hesabının
olmaması, 2019-cü ildə
dövlət büdcəsinə
ödənişlərin həyata
keçirilməməsi ilə
bağlı ola bilər. Uyğunsuzluq aşkarlandıqda sahibkara müvafiq mesaj göndərilir. Əgər məlumatlar doldurularkən uçot-baza
məlumatlarında olan
reyestr məlumatları
ilə sahibkarın doldurduğu məlumatlar arasında uyğunsuzluqlar
olarsa, sahibkara bu məlumatların dəqiqləşdirilməsi və
yenidən müraciət
etməsi üçün
imkan yaradılır. Beləliklə, sistem tərəfindən müraciət qəbul olunduqdan sonra müvafiq emaldan keçir və gün ərzində Maliyyə Nazirliyinə göndərilir ki, müvafiq tranzit hesabdan sahibkarın göstərdiyi bank hesabına vəsaitin ödənilməsi təmin
edilsin.
Fərdi mikro sahibkarlara
ödənişin həcmi
minimum 250 manat təşkil edir. Əgər onun ödənişləri 2019-cu il
ərzində 250 manatadək
olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər
vergi ödənişləri
daha böyük məbləğdə olarsa,
sahibkarlara ödənilən
vəsaitlərin məbləği
5000 manata qədər
ola bilər.
N.Şirinov bildirib ki, göstərilən parametrlər
üzrə aprelin
9-dan etibarən İqtisadiyyat
Nazirliyinin elektron sistemi və müvafiq proqram təminatı kütləvi
müraciətlərin qəbuluna
tam hazırdır. İdarə rəisi yalnız Nazirlər Kabineti tərəfindən
müəyyən olunmuş
sahələrdə fəaliyyət
göstərən və
pandemiyadan zərər
çəkmiş sahibkarların
maliyyə dəstəyi
proqramından yararlanmaq
üçün müraciət
etməli olduqlarını
xüsusi qeyd edib.
İki sahil.- 2020.- 10 aprel.- S.10.