Mir Cəlal adına ikinci hekayə müsabiqəsi davam edir 

 

 

2019-cu ilin noyabr ayında “Ədibin Evi”nin elan etdiyi Mir Cəlal adına ikinci hekayə müsabiqəsinə hekayələrin qəbulu aprel ayının 1-dək planlaşdırılsa da, mövcud qlobal pandemiya vəziyyəti ilə əlaqədar müsabiqənin müddəti uzadılıb. Belə ki, müsabiqədə iştirak etmək istəyənlər mayın 1-dək hekayələrini təqdim edə bilərlər.

 

Ədibin Evi”ndən AzEdu.az-a verilən məlumata görə, artıq müsabiqəyə 7 dildə 450-dən artıq hekayə qəbul edilib. Müsabiqə iştirakçıları arasında məktəblilər, müəllimlər, əcnəbilər, həvəskar peşəkar yazıçılar da var. Eyni zamanda, son bir ay ərzində qəbul edilmiş hekayələrin bir çoxunda koronavirus problemi, Azərbaycan həkimlərinin belə çətin dövrdəki fəaliyyəti öz əksini tapıb.

 

Ədibin Evimaraqlanan şəxsləri müsabiqədə iştiraka dəvət edir. Müsabiqənin qayda şərtlərinə görə hekayənin həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır. Hekayələrin məzmunu yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur. Çap olunmuş hekayələr qəbul edilmir. Hekayələr elektron şəkildə edibinevi@gmail.com ünvanına 2020-ci il mayın 1-dək göndərilməlidir.

 

Qaliblər Xalq yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək koronovirusla bağlı mövcud vəziyyət aradan qalxdıqdan sonra mükafatlandırılacaqlar.

 

Birinci yerin qalibinə 3 min, ikinci yerin qalibinə (iki mükafat) 2 min, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul veriləcək.

 

Qeyd edək ki, Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanmışdır. “Ədibin Evihekayə janrının inkişafına töhfə vermək məqsədilə hər iki ildən bir Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir.

 

2017-ci ilin sentyabr ayında elan olunmuş birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilmişdir. Qaliblər 2018-ci ilin may ayındaƏdibin Evi”ndə mükafatlandırılmışlar.

 

İki sahil.- 2020.- 15 aprel.- S.8.