Yevgeni Mixaylov: Heç bir ölkə işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma
"seçkilər"i tanımır
Beynəlxalq təşkilatlar, dünya ölkələri
Azərbaycanın Ermənistan
tərəfindən işğal
olunmuş ərazilərində
keçirilən qanunsuz
"seçkilər"i tanımır,
çünki bu fakt Ermənistan tərəfindən bütün
beynəlxalq normaların
birmənalı şəkildə
pozulması deməkdir.
Bunu Azərbaycanın
işğal olunmuş
ərazilərində keçirilmiş
qondarma "seçkilər"i
Trend-ə şərh
edən rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov deyib.
Onun sözlərinə
görə, Dağlıq
Qarabağ birmənalı
şəkildə tarixi
Azərbaycan ərazisidir
və bunu beynəlxalq təşkilatların
qətnamələri təsdiq
edir: "Faktiki
olaraq, heç bir ölkə Azərbaycanın ərazisində
keçirilən uydurulmuş,
qondarma "seçkilər"i
tanımır və bu onu ifadə
edir ki, dünya ictimaiyyəti işğal olunmuş ərazilərdə bütün
növ fəaliyyətə,
o cümlədən siyasi
fəaliyyətə qarşı
çıxır. Qeyd
edim ki, Rusiya da qondarma
"Artsax liderləri"ni
ərazisinə buraxmamaqla
öz mövqeyini ifadə edib".
Ekspert bildirib
ki, Dağlıq Qarabağdakı vəziyyət
Azərbaycan üçün
çox vacibdir, ölkə orada baş verən hadisələri diqqətlə
izləyir, amma bir tərəfdən erməni siyasətçilər
bunun hesabına "reklam olunur":
"KİV-də sadə
erməni xalqının
adından danışmaq
hüququna iddia edən hər kəs mediada yer almaq imkanı
qazanır. Xalq isə fikrimcə, artıq xroniki qanunsuzluqdan yorulub. Sadə insanlara nə lazımdır? Dinc şəkildə yanaşı mövcud ola biləcəkləri güclü dövlət.
Amma erməni siyasətçiləri Rusiyanı
təxribata çəkməklə
münasibətləri birdəfəlik
pozmaq həddində manevrlər edirlər. Bunu xalqın maraqları üçün
etdiklərini desələr
də, onlar yalnız Soros dollarlarını düşünür.
Qarabağ erməniləri
başa düşməlidir
ki, onlar yalnız tarixi mənsub olduqları Azərbaycanın tərkibində
dinc yaşaya bilərlər"
İki sahil.- 2020.- 16
aprel.- S.9.