ÜST Azərbaycanda görülmüş işlərə
yüksək qiymət
verir
Ötən
həftə Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının sədri İlham
Əliyevin təşəbbüsü ilə keçirilən
Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə
Zirvə görüşü türk xalqları arasında əməkdaşlığın
bir daha dostluq və qardaşlıq təməlləri əsasında
qurulduğunu təsdiqlədi. Türk
Şurasının COVID-19 pandemiyasına
həsr olunmuş fövqəladə Zirvə
görüşünə türkdilli
dövlət başçıları
ilə yanaşı, Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da qatılmışdı.
Zirvə görüşündə də dönə-dönə
vurğulandığı kimi,
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına
sədrliyi dövründə
Azərbaycan üzv ölkələr arasında
əməkdaşlıq əlaqələrinin
möhkəmləndirilməsi istiqamətində xeyli səylər və təşəbbüslər göstərmişdir. Belə ki,
pandemiyanın mənfi
təsirlərinə baxmayaraq,
Azərbaycan Türkiyə
və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq,
tranzit yüklərin daşınması üçün
əlavə tədbirlər
görüb həyata
keçirmişdir. 2020-ci ilin
ilk üç ayı ərzində türkdilli ölkələrdən
180 min tondan artıq yük Azərbaycan vasitəsilə
daşınıb ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur.
Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı
problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi
sabit saxlamaq üçün 2,5 milyard
manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılmışdır.
Həmçinin Azərbaycan
koronavirus xəstəliyinin
yayılmasının qarşısının
alınması üçün
çevik və zəruri qabaqlayıcı
addımlar atıb. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, mart ayının 3-dən etibarən
ölkə üzrə
bütün təhsil
müəssisələrində tədris prosesi mərhələli şəkildə
aprelin 20-dək dayandırılıb,
ölkə ərazisində
keçirilməli olan
bütün kütləvi
tədbirlər təxirə
salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini
əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə
ölkədə Koronavirusla
Mübarizəyə Dəstək
Fondu təsis edilmişdir. Hazırda bu fonda köçürülmüş
ianələrin həcmi
110 milyon manatdan və ya 65 milyon
dollardan artıqdır.
Dövlət vəsaiti ilə
bərabər, ayrı-ayrı
şəxslərin, sahibkarların
və təşkilatların
fonda könüllü
ianəsi həm də böyük rəmzi məna daşıyır. Ölkə
rəhbərinin qeyd etdiyi kimi, bu,
Azərbaycan cəmiyyətində
olan həmrəyliyin nümunəsidir. İlk günlərdən başlayaraq Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək
koronavirusa qarşı
mübarizədə Ümumdünya
Səhiyyə Təşkilatına
5 milyon dollar könüllü maliyyə
yardımı etmişdir.
Türk Şurasının
fövqəladə Zirvə
görüşündə çıxış edən
Ümumdünya Səhiyyə
Təşkilatının Baş
direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan hökumətinə
və xalqına verdikləri töhfəyə
görə təşəkkür
etmişdir. Pandemiyaya son qoymaq üçün
əməkdaşlığı və qarşılıqlı
fəaliyyəti genişləndirməyin
vacibliyini bildirən
UST-ün Baş direktoru demişdir: “Son 100 gündə COVID-19 göstərdi ki, hətta inkişaf etmiş, zəngin dövlətlər də zərər çəkiblər.
Əlbəttə, görürük
ki, əsas zərbə həssas ölkələrə dəyir.
Belə olmaması üçün biz nə mümkündürsə
edirik”.
ÜST-ün
baş direktoru tərəfindən hələ
ötən ay Azərbaycan Prezidentinə
ünvanlanan məktubda
virusla mübarizədə
görülən işlər
nümunəvi hesab olunub. Ümumdünya Səhiyyə Təşkilatının
koronavirusla mübarizə
sahəsində Azərbaycanda
görülmüş işlərə
yüksək qiymət verməsi bu sahədə görülən uğurlu
işlərin nəticəsidir.
Azərbaycan pandemiya dövründəki
fəaliyyəti, həmçinin
ÜST ilə əməkdaşlığı
başqa dövlətlərə
örnəkdir. Ölkə
rəhbərliyinin təşəbbüsü
ilə ÜST-ün nümayəndələri hələ
martın əvvəllərində
Bakıya dəvət
olunmuşdular. Hələ o zaman koronavirusa qarşı birgə mübarizə məsələləri
müzakirə edilmişdi.
Ölkəmizə səfər
edən ÜST-ün ekspert missiyasının hazırladığı hesabatda
əksini tapmış
tövsiyələr hal-hazırda
aidiyyəti dövlət
qurumları tərəfindən
nəzərə alınır.
Nurəddin Ədiloğlu
İki sahil.- 2020.- 16 aprel.- S.11