General Şarl de Qollun azərbaycanlı dostu

 

 

Son günlər dünyanı cənginə almış koronavirus pandemiyası kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilib. Bununla yanaşı, dünya mətbuatında faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan yazılar da üstünlük təşkil edir. Müharibə veteranları xatırlanır, onların keçdiyi döyüş yollarından bəhs olunur.

 

İkinci Dünya müharibəsində Azərbaycanın hər beş sakinindən biri silaha sarılaraq düşmənlə döyüşüb. Başqa sözlə, respublikanın o zaman 3,4 milyon əhalisinin 700 minə yaxını (onların 10 mindən çoxu qadın olub) cəbhəyə yollanıb.

 

Azərbaycan dilindədar günün”, “qara günün yayaman günün dostuifadələri var. Bu deyimləri qanlı-qadalı müharibə illərində öz qanı, canı, mərdliyi ilə isbatlayan Azərbaycan oğulları az olmayıb. Onlardan biri Fransanın Milli Qəhrəmanı adına layiq görülən Fransanın Fəxri Legion Ordeni ilə təltif olunan həmvətənimiz - fransızların Armed Mişel adlandırdıqları Əhmədiyyə Cəbrayılov olub. Ə.Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonunun Oxut kəndində dünyaya göz açmışdı. 1942-ci ilin aprel-may aylarında Ukraynadakı əməliyyat zamanı Əhmədiyyə Cəbrayılovun təyyarəsi Kursk ətrafındakı döyüşlərdə vurulur. O, ağır yaralı vəziyyətdə almanlara əsir düşür.

 

Əsirlikdə məşəqqətli günlər keçirən Əhmədiyyənin hitlerçilərin Fransada yerləşən hərbi düşərgəsində bəxti gətirir. Faşist əsirliyindın qurtulan Əhmədiyyə fransız partizanlarına qoşulur. Fransız dilini öyrənir. Bizim çoxumuz onuXarqosənədli povestindən Xarqo adı ilə tanımışıq. Bu adın Əhmədiyyə Cəbrayılova Fransa Kommunist Partiyasının o zamankı baş katibi Moris Torez tərəfindən verildiyi bidirilir. Baş katib, həmçinin Əhmədiyyənin təhlükəli əməliyyatlarda iştirakına görə ona tapança bağışlayır.

 

İkinci Dünya müharibəsi zamanı faşistlərə qarşı Fransa Müqavimət Hərəkatına rəhbərlik etmiş general Şarl de Qollun silahdaşı olan Əhmədiyyə öz xatirələrində yazırdı: “...Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək... Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll qabağa keçərkən ona dedim ki, sən keç arxaya özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar bütün Fransa partizanları, Müqavimət Hərəkatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur”.

 

De Qoll Əhmədiyyənin bu sədaqətindən cəsarətindən heyrətə gəlir. Həmin gün onların birgə əməliyyatı uğurla başa çatır. Beləliklə, gələcək Fransa Prezidenti ilə Əhmədiyyə Cəbrayılovun arasında əsl dostluqlarının təməli qoyulur. Müharibədən sonra Əhmədiyyə qəti qərara gəlir ki, Vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir onaFransanın Milli Qəhrəmanıadı verir. O, Fəxri Legion ordeninə layiq görülür, eləcə hərbi rəsmi keçidlərdə sırada generallardan əvvəl durmaq hüququ ilə Fransa ərazisində hər hansı bir nəqliyyat vasitəsində pulsuz getmək hüququ verən hərbi medalla da təltif olunur.

 

Əhmədiyyə Cəbrayılov 1946-cı il 25 noyabrda Şarl De Qolun köməyi ilə SSRİ- qayıdır, burada ona vətən xaini kimi baxırlar Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

 

1966-cı ildə Fransa Prezidenti vəzifəsinə seçilmiş Şarl de Qollun SSRİ- səfəri zamanı Əhmədiyyə Cəbrayılov Moskvaya dəvət olunur. Az sonravətən xainiadı üstündən götürülür bəraət qazanır. Belə ki, Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirib qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birlərini unutmayacaqlar. Fransa Prezidenti son cümləsində Sovet rəhbərlərinin diqqətini xüsusilə cəlb edəcək bir söz deyir: “Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim”. Qeyd etmək yerinə düşər ki, general Şarl de Qollun adı dünyanın 100 ən görkəmli şəxsiyyətləri siyahısına daxil edilib. O, həm bizm Bakının məşhur qonaqlarından biri olub.

 

Faşizmin ölüm düşərgəsindən xilas olan, odlu-alovlu müharibədən sağ qayıdan Əhmədiyyə Cəbrayılov 1994-cü il oktyabrın 10-da Şəkidə yol- nəqliyyat qəzası zamanı dünyasını dəyişib.

 

1995-ci ildə faşizm üzərində Qələbənin 50 illiyi münasibətilə Fransa hökuməti ona fəxri təqaüd, həmçinin medallar göndərir. Təəssüf ki, bu mükafatlar Əhmədiyyə Cəbrayılovun ünvanına onun ölümündən sonra gəlib çatır.

 

Qəhrəman atanın qəhrəman oğlu, polis baş leytenantı Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 1990-cı ilin sonunda Qarabağda silahlı erməni quldurları savaşda igidlik göstərərək həlak olmuş ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

 

Nurəddin Ədiloğlu

 İki sahil.- 2020.- 24 aprel.- S.15